Hamiləlik və doğuma görə vəsait artırılmalıdır
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Uşaqların doğumuna görə birdəfəlik müavinət artırıldı. Amma kateqoriyaları bir az ayırmaq lazımdır.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, işsiz, imkanı olmayan şəxslər üçün eyni standart, doğulan uşağa görə 500 manatın verilməsi ədalətli sayılmır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Biz demoqrafik siyasətlə bağlı stimullaşdırıcı addım atmırıq. Bizdə yaşlı əhalinin sayı artır, gənclərin sayı isə azalmaqdadır. Bu da doğum faizinin aşağı düşdüyünə görədir. Hamiləlikvə doğuma görə vəsaitin artırılması vacibdir", - deyə deputat bildirib.

