Icma.az
close
up
RU
Hamiləlik və peyvəndlər

Hamiləlik və peyvəndlər

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hamiləliyə hazırlıq dövründə qadına bəzi peyvəndlərin vurulması lazım ola bilər.

Uşaqlar və əksər hallarda böyüklər üçün yüngül hesab edilən məxmərək xəstəliyi hamiləlik zamanı yoluxan qadınlar üçün çox təhlükəlidir. Hamiləlik dövründə ananın məxmərəklə xəstələnməsinin nəticəsi olaraq doğulan körpədə katarakta, ürək qüsurları, karlıq, bədən sümüklərinin, qara ciyər, dalaq və sidik-cinsiyyət orqanlarının inkişaf qüsurları, sinir sisteminin, xüsusilə baş beyinin zədələnmələri kimi müxtəlif patoloji hallar baş verir.

Hamiləlik dövründə məxmərək xəstəliyinə yoluxmanın əsas profilaktikası -  hamiləliyə hazırlıq dövründə bu xəstəliyə qarşı peyvəndin edilməsindən ibarətdir. Məxmərək xəstəliyinə qarşı peyvəndin edilməsinə qərar verməzdən əvvəl, sizdə bu infeksiyaya qarşı immunitetin olub-olmamasını yoxlamaq məqsədi ilə qanda məxmərək viruslarına qarşı anticisimlərin müəyyən edilməsi üçün xüsusi laborator müayinədən keçmək lazımdır. Məsələ burasındadır ki, bir sıra hallarda sizin məxmərəklə xəstələnib-xəstələnmədiyinizi müəyyən etmək mümkün olmur. Çünki bir çox hallarda bu xəstəlik gizli şəkildə və ya çox məhdud sayda olan əlamətlərlə də keçə bilər ki, bu zaman da, təbii olaraq,  orqanizmdə bu virusa qarşı xüsusi anticisimlər yaranmış olur. Ancaq hətta qanda məxmərəyə qarşı xüsusi anticisimlərin olduğu halda, bu xəstəliyə qarşı peyvənd edilməsi də təhlükəli deyil. Həkimlər hesab edirlər ki, bu halda orqanizmin müdafiə reaksiyası bir qədər də möhkəmlənmiş olar. Məxmərəyə qarşı olan peyvəndi hamiləliyin planlaşdırıldığı vaxtdan ən azı 3 ay əvvəl etmək tövsiyə olunur. Təbii ki, peyvəndin edilməsindən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Məxmərək xəstəliyi keçirən qadınlar yalnız xəstəlikdən sağaldıqdan ən azı 6 ay sonra hamilə qala bilərlər.

Hamiləlik dövründə suçiçəyi, qızılca, parotit kimi infeksion xəstəliklərə yoluxma halları çox az-az hallarda təsadüf edilir. Qeyd edilən xəstəliklərə qarşı olan peyvəndlər yalnız qadınlar əvvəllər bu infeksiyalarla xəstələnmədiyi hallarda və həm də qadınların hamısına deyil, yalnız risk qrupuna daxil olanlara (uşaq və ya tibbi müəssisələrində işləyənlər və s.) edilə bilər.

Viruslu hepatit B – infeksion xəstəlik olub, qara ciyərin zədələnməsinə gətirib çıxarır və bir insandan digərinə əsasən qan vasitəsi ilə və ya cinsi yolla keçir. Hepatit B virusu ilk növbədə hamilə qadının özü üçün çox təhlükəli hesab olunur. Belə ki, hamiləlik dövründə qadının bu xəstəliyə ilkin yoluxması baş verərsə, onun qara ciyərinin ağır zədələnməsi inkişaf edə bilər. Ana bətnində olan körpənin bu infeksiyaya yoluxma ehtimalı isə çox azdır.

Hepatit B virusuna qarşı olan standart vaksinasiya - vaksinanın üç dəfə təkrar olunması ilə aparılır. Bu zaman 2-ci vaksinasiya ilkin vaksinasiyadan 1 ay, 3-cü vaksinasiya isə 6 ay sonra aparılır. Vaksinasiyanı elə vaxtda başlamaq lazımdır ki, hər üç vaksinasiya hamiləliyin baş verməsinə qədər (yəni 6 ay müddətində) başa çatmış olsun. Hepatit B virusuna qarşı vaksinasiya ilk növbədə tibb işçiləri arasında aparılır. Hər bir hamiləlik zamanı cərrahi müdaxiləyə ehtiyac ola biləcəyi risk istisna edilmədiyi üçün, yaxşı olar ki, bu peyvənd hamiləlik dövrünə qədərki müddət ərzində vacib olan peyvəndlər siyahısına daxil edilsin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri