Icma.az
close
up
RU
Hamiləlik zamanı toksoplazmoz

Hamiləlik zamanı toksoplazmoz

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Qadınların bir çox hissəsi hamiləlik zamanı toksoplazmoz kimi xəstəliklə üzləşir.

Toksoplazmoz parazitar xəstəlikdir. İnsan bu xəstəliyə heyvanlardan və həmçinin tam bişməmiş və ya qızarmamış ətdən, pis yuyulmuş və ya yuyulmamış meyvə, giləmeyvə və tərəvəzlərdən, torpaqla işlədikdə və s. yoluxa bilər.

Hamiləliyin planlaşdırılması mərhələsində qadın digər infeksiyalarla yanaşı toksoplazmoza da yoxlanılmalıdır. Bunun üçün qadın qan analizi verməlidir. Qanda bu infeksiyaya qarşı iki cür immunoqlobulinlərin (İgG və İgM) olub-olmaması təyin olunur. Bəzi hallarda analizlərin nəticələri həkimlərdə suallar yaradır və bu halda qadın müəyyən müddətdən sonra təkrar analizə göndərilir.

Təəssüflər olsun ki, qadınların əksəriyyəti infeksiyalara hamiləlikdən əvvəl yox, hamiləlik baş tutduqdan sonra yoxlanılır. Bu zaman hamilə qadın onun qanında bu virusun aşkar olunması haqda  eşidtikdə, stress vəziyyətinə düşür. Lakin əksər hallarda narahatçılıq üçün ciddi səbəb olmur. Bu infeksiya hamiləlik zamanı müalicə oluna bilər.

Beləliklə, qadın toksoplazmoza görə yoxlandıqda, bu kimi nəticələri ala bilər:

- İgM müsbət, İgG mənfi.

Normadan qanda İgM immunoqlobulinlər olmamalıdır. Qanda İgM immunoqlobulinin olması infeksiyanın kəskin dövründə mümkündür. Bu o deməkdir ki, infeksiya orqanizmə təzə düşüb. İgM immunoqlobulinləri yoluxmadan sonra 2-3 ay ərzində qanda təyin olunurlar. Bu vəziyyət hamiləlik zamanı ən təhlükəli sayılır.

Təzə infeksiya döldə müxtəlif pozulmalara səbəb ola bilər. Bu pozulmalar arasında: hamiləliyin pozulması, vaxtdan tez doğuş, yenidoğulmuşda sinir sistemində pozulmaların olması. Lakin vaxtında təyin olunmuş müalicə bu pozulmaların riskini minimuma çatdırır.

Bu səbəbdən qadında toksoplazmozun "təzə" forması aşkar olunduqda, ona mütləq müalicə təyin olunmalıdır. Müalicə adətən hamiləliyin 12-ci həftəsindən sonra təyin olunur. Bu zaman qadına antibakterial preparatlar - "antibiotik"lər (adətən rovamisin, spiramisin) və həmçinin immuniteti möhkəmləndirən preparatlar, vitaminlər və s. təyin olunur.  Dərmanların dozalarını və qəbulun müddətini hər bir konkret halda həkim təyin etməlidir. Qadın bütün həkimin tövsiyələrini yerinə yetirməlidir. Bu olduqca vacibdir.

- İgG müsbət, İgM mənfi.

İgG immunoqlobulinlərin qanda olması (İgM isə olmaması) "köhnə" infeksiyadan xəbər verir. Məsələ burasındadır ki, insanların bir çox hissəsi özləri bundan xəbərsiz olaraq bu xəstəliyi gizli şəkildə keçirir və daha sonra onların orqanizmində bu xəstəliyə qarşı davamlı immunitet yaranır. Bu ən yaxşı variantdır. Bu vəziyyət təhlükəli sayılmır. Adətən qadına bu halda heç bir xüsusi müalicə təyin olunmur.

- İgG və İgM müsbət.

Bəzən qadının qanında həm İgG, həm də İgM immunoqlobulinləri aşkar olunur. Bu o deməkdir ki, infeksiya orqanizmdə təxminən 1 il ərzində "yaşayır".  Bu halda qadına adətən 2-3 həftədən sonra təkrar analiz təyin oluna bilər.  Qadına müalicə təyin olunur.

- İgM və İgG mənfi.

Bəzən qadının qanında toksoplazma tapılmır (İgM və İgG yoxdur). Bu halda qadın çox diqqətli olmalıdır və hamiləlik zamanı bu infeksiyaya yoluxmamalıdır. Bunun üçün heyvanlarla kontaktlardan uzaq olmaq, gigiyena qaydalarına ciddi riayət etmək, yalnız yaxşı bişmiş və ya qızarmış ət yemək, meyvə və tərəvəzləri yaxşı yumaq lazımdır.

Mənbə: www.beremennost.net

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri