Icma.az
close
up
RU
Hamiləlik zamanı qripp

Hamiləlik zamanı qripp

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Hamiləlik zamanı qadınların immuniteti zəifləyir. Bu fizioloji prosesdir.

Məsələ burasındadır ki, insanın immun sistemi orqanizmi yad hüceyrələrdən qoruyur və bu hüceyrələri məhv edir. Qadının orqanizmində inkişaf edən döl də onun immun sistemi  üçün "yaddır" (axı onun hüceyrələrinin yarısı atanındır). Məhz bu səbəbdən hamiləlik zamanı qadının immun sistemi zəifləyir ki, dölə ziyan vurmasın.

Lakin bu zəifləmə qadına ucuz başa gəlmir. Zəifləmiş immunitet orqanizmdə yaşayan və həmçinin xarici mühitdən bura düşən virus, infeksiyalar, mikroblarla daha zəif şəkildə mübarizə aparır ki, bunun nəticəsində hamilə qadınlar daha tez-tez soyuqdəymə, infeksion xəstəliklərinə tutulur. Hamilə qadınları daha tez-tez herpes narahat edir (dodalqrın üstündə, ağız boşluğunda kiçik xoralar əmələ gəlir), göbələk infeksiyası "baş qaldırır" (cinsi yollarından ağ kəsmiyə bənzər ifrazatlar çoxalır).

Hamiləlik zamanı qadın virus xəstəliklərinə qarşı daha davamsız olur. Bu viruslardan biri qripdir. Qrip adi soyuqdəymə ilə müqayisədə hamilə qadın üçün heç də "ziyansız" deyil. Əksinə qrip virusu hamiləlik zamanı müxtəlif və çox ağır pozulmalara səbəb ola bilər - hamiləliyin erkən pozulması, döldə müxtəlif patologiyaların inkişafı və s.

Qrip yüksək hərarət (40-40,5 C kimi), oynaqlarda ağrılar, işığa qarşı dözümsüzlük, bəzən ürəkbulanması və qusma ilə müşayiət olunur. Bu intoksikasiyanın simptomlarıdır. 2-ci-3-cü gün quru öskürək, zökəm, boğazda göynəmə kimi simptomlar inkişaf edir. Xəstə güclü tərləyir, özünün çox zəif, yorğun hiss edir. Dodaqlarda herpes çıxa bilər (ağrılı kiçik xoralar), qadında qarın ağrısı və hətta ishal ola bilər. Belə vəziyyət 7 gün ərzində davam edə bilər.

Qrip virusu immun sisteminin daha da zəiflənməsinə səbəb olur ki, bunun nəticəsində qadında müxtəlif ağırlaşmalar inkişaf edə bilər - pnevmoniya, haymorit, ürəkdə və böyrəklərdə pozulmalar və s. Həmçinin qadında olan bəzi xroniki xəstəliklər (bronxial astma, xroniki bronxit, böyrək və ürək xəstəlikləri) kəskinləşə bilər. Bu səbəbdən hamilə qadına "qripp" diaqnozu qoyulubsa, qadın daim terapevtin ciddi nəzarətində olmalıdır ki, mümkün olan ağırlaşmaların qarşısı alınsın.

Qripin dəqiq diaqnozunu yalnız həkim qoya bilər. Bu səbəbdən xəstəliyin ilk simptomlarında qorxuya düşməyin (bu adi soyuqdəymə də ola bilər) və dərhal evə terapevti dəvət edin.

Hamilə qadınlarda qripin müalicəsi zamanı bəzi virusəleyhinə, öskürəyə və zökəmə qarşı olan bəzi preparatlar istifadə olunmur. Həkimlər təbii vasitələrə üstünlük verməyə çalışırlar. Belə ki, bir qədər turş bol maye intoksikasiya ilə çox yaxşı mübarizə aparır. İtburnu dəmləməsi, limonlu çay balla, moruqlu, zoğallı çay və s. istifadə etmək olar.  Lazım olduqda həkim ot tərkibli öskürək əleyhinə dərmanlar və s. təyin edə bilər. Müalicəvi bitkilərlə olan inhalyasiyalar da (sürvə otu, evkalipt, nanə, çobanyastığı ilə) yaxşı kömək edir.

Yüksək hərarətlə mübarizədə tərkibində parasetamol olan vasitələr istifadə olunur. Parasetamol bütün dünyada hamilə qadınlar üçün ən ziyansız hərarətsalan vasitə hesab edilir.

Qripp virus infeksiyasıdır və bu səbəbdən bu xəstəliyin müalicəsində antibiotiklər istifadə olunmur. Antibiotiklər yalnız qripin fonunda bakterial infeksiyalar inkişaf etdikdə istifadə oluna bilər (pnevmoniya, haymorit və s. zamanı).

Qripp hamiləliyin 12-ci həftəsinə kimi xüsusilə təhlükəlidir. Bu müddət ərzində dölün əsas orqan və sistemləri formalaşır və bu zaman hamiləliyin normal keçməsi xüsusilə vacibdir. Bu müddət ərzində qripp infeksiyası hamiləliyə mənfi təsir etdikdə, hamiləlik bir çox hallarda özü-özündən pozulur. Lakin əgər hamiləlik qripdən sonra normal inkişaf edirsə (analizlər, USM normadadır), bu o deməkdir ki, ciddi narahatçılıq üçün səbəb yoxdur.

12-ci həftəsindən sonra qrippin hamiləliyə mənfi təsiri daha az olur.

Mənbə: www.beremennost.net

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri