Icma.az
close
up
RU
Hamının faydalı bildiyi kərə yağı ziyanlıdır? KONKRET

Hamının faydalı bildiyi kərə yağı ziyanlıdır? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Harvard universitetinin qidalanma üzrə mütəxəssisləri bildirirlər ki, kərə yağında ürək-damar sağlamlığı üçün faydalı hesab edilən yağ turşuları azdır və tərkibindəki doymuş yağların yüksək olması “pis xolesterolu” artıraraq ürək xəstəlikləri riskini yüksəldə bilər. Bu səbəbdən onların əsas tövsiyəsi kərə yağının çox miqdarda istifadəsinin məsləhət görülməməsidir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, bu fikirlər kərə yağının tamamilə zərərli olması anlamına gəlmir.

Ekspertin sözlərinə görə, insan orqanizmi yağsız yaşaya bilməz və yağlar həm beynin, həm sinir sisteminin fəaliyyəti, həm də enerji mənbəyi kimi həyati əhəmiyyət daşıyır:

“Harvard mütəxəssisləri doymuş yağların artığını riskli hesab edir və buna görə kərə yağının çox istifadəsini məsləhət görmürlər. Lakin bu, kərə yağından tam imtina edilməli olduğunu deməyə əsas vermir. Zeytun yağı, balıq yağı kimi daha faydalı yağların istifadəsini artırmaq mümkündür.”

İ. Şirinov qeyd edir ki, əsas məsələ kərə yağının miqdarı və tərkibidir. Xüsusilə soya, palma və digər ucuz yağların kərə yağına qatılması sağlamlıq üçün ciddi təhlükə yarada bilər:

“Tərkibi dəyişdirilmiş yağlar bədəni yükləyir və ölüm riskini artıra bilir. Amma təmiz kərə yağının özü zərərli deyil. Sadəcə heyvani doymuş yağlar normadan artıq olmamalıdır.”

Ekspert əlavə edib ki, orqanizm iki vacib yağ turşusunu — Omega-3 və Omega-6-nı özü istehsal edə bilmir. Bu yağlar beyinin və sinir sisteminin qorunmasında mühüm rol oynayır. Onların çatışmazlığı beyin funksiyalarının zəifləməsinə, ürək ritminin pozulmasına, immunitetin düşməsinə, görmə zəifliyinə və hətta hormonal balansın pozulmasına səbəb olur.

“Məsələ yağdan imtina etmək deyil, pis yağları azaltmaq, yaxşı yağları isə normada saxlamaqdır. Yağsız həyat mümkün deyil.”

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see129

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri