Hamısı məhv edildi Kadırov
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çeçenistanda təxribat aktlarında şübhəli bilinən bir şəxs öldürülüb, digəri isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə respublika rəhbəri Ramzan Kadırov təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə keçirdiyi görüşdən sonra məlumat verib.
Çeçenistanın daxili işlər naziri Aslan İrasxanov bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il törədilmiş təxribat fəaliyyətlərində iştirak edən şəxslərin şəxsiyyəti müəyyən edilib. Əməliyyat zamanı şübhəlilərdən biri məhv edilib, digəri isə tutularaq istintaqa cəlb olunub.
Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, saxlanılan şəxs dindirilmə zamanı 2025-ci ildə inzibati binanın yaxınlığında törədilən partlayışda, həmçinin Çernoreçye ərazisindəki Dövlət Yol Müfəttişliyi postu yaxınlığına əldəqayırma partlayıcı qurğunun quraşdırılmasında iştirak etdiyini etiraf edib.
Kadırov Qudermes rayonundakı təhlükəsizlik vəziyyətinin xüsusi nəzarətdə saxlanıldığını və təxribatçıların zərərsizləşdirildiyini qeyd edib.
///globalinfo///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 23 Oktyabr 2026 01:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















