Trampı qəzəbləndirəcək addım! Hamısı məhv edildi
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ və İran arasında gərginlik davam edir.
Turkustan.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu yaydığı bəyanatda ABŞ-ın İrana endirdiyi hava zərbələrinə cavab olaraq sərt tədbirlər görüləcəyini açıqlayıb.
Bəyanata görə, İran "Nəsr 2" əməliyyatının səkkizinci mərhələsini həyata keçirib. İddia olunur ki, ballistik raketlərlə İordaniyanın Əzraq bölgəsində yerləşən ABŞ hərbi bazası hədəfə alınıb. İran tərəfi hücum nəticəsində ABŞ-ın hərbi komandanlıq-idarəetmə mərkəzi və qırıcı təyyarələr üçün istifadə olunan anqarın vurulduğunu iddia edib.
İnqilab Keşikçiləri əməliyyatın ABŞ-ın əvvəlki hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib. Bəyanatda həmçinin iddia olunur ki, ABŞ-ın İordaniyadakı bazalardan həyata keçirdiyi hava zərbələri nəticəsində İranda uşaq xərçəng xəstəxanasının yerləşdiyi ərazi təhlükə altına düşüb.
İran tərəfinin məlumatına görə, yaranmış təhlükə səbəbindən xəstəxanada müalicə alan 121 uşaq təxliyə edilib. Bu iddialarla bağlı ABŞ və ya müstəqil mənbələr tərəfindən hələlik təsdiqləyici açıqlama verilməyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 16 İyul 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















