Icma.az
close
up
RU
Hamıya kök hüceyrə vurmaq olmaz Həkimdən vacib AÇIQLAMA

Hamıya kök hüceyrə vurmaq olmaz Həkimdən vacib AÇIQLAMA

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vüsal Eyvazov: "Hüceyrə terapiyası yalnız geniş müayinədən sonra tətbiq edilməlidir"

Azərbaycan Televiziyasının "Hədəf" proqramına və "Trend" İnformasiya Agentliyinə birgə müsahibəsində səhiyyə naziri Teymur Musayev dünyada aktiv şəkildə tətbiqinə başlanan və bir sıra ağır xəstəliklərin müalicəsində əvəzsiz müalicə üsulu hesab edilən hüceyrə terapiyası ilə bağlı ölkəmizdə də işlər aparıldığını deyib:

“Biz bunu çinli həmkarlarımızla birgə Azərbaycanda həyata keçirmək üçün hazırda həmin mərkəzi qururuq. İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Çox sevindirici haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar nəinki adi həkim kimi fəaliyyət göstərirlər, əksəriyyətinin hüceyrə terapiyası sahəsində elmi dərəcələri də var. Lazımi infrastruktur qurulmaqdadır və işə salındıqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəlikləri olan insanlar üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan regional ilkə də imza atacağıq”.

Həkim alqoloq (ağrı terapevti), doktor Vüsal Eyvazov hüceyrə terapiyası barədə danışarkən bildirdi ki, bu üsul əsasən qan xərçəngi, sümük iliyi çatışmazlığı, ağır oynaq zədələnmələri və bəzi autoimmun xəstəliklərin müalicəsində tətbiq olunur: 

- Burada hər xəstəyə fərdi müalicə və yanaşma təyin olunmalıdır. Hüceyrə terapiyasının tətbiq olunduğu əsas xəstəliklər hematoloji və onkoloji xəstəliklər, leykoz, limfoma, multipl miyelom və ağır aplastik anemiya formalarıdır. Genetik qan pozğunluqları, məsələn, Azərbaycanda geniş yayılan Talassemiya (böyük talassemiya) və Oraqvari hüceyrəli anemiya, ortopedik xəstəliklərdə məsələn, diz osteoartriti, yəni kirəclənmə, menisk və qığırdaq zədələnmələri, vətər travmalarıdır. Autoimmun və nevroloji xəstəliklərdən dağınıq skleroz, sistemli qırmızı qurd eşənəyi – lupus, dəri problemləri arasında sağalması çətin olan ağır yanıqlar, dəri defektləri və saç tökülməsində istifadə oluna bilər. Hüceyrə terapiyası hər xəstəlik və hər pasiyent üçün eyni dərəcədə effektiv deyil. Müalicənin uyğunluğu yalnız ixtisaslı həkim tərəfindən geniş analizlərdən sonra müəyyən edilməlidir. Məsələn, qan xəstəliklərində kök hüceyrə köçürülməsi standart və sübut olunmuş metoddur. Lakin bəzi nevroloji və ya estetik sahələrdə tətbiqlərin bir hissəsi hələ də kliniki araşdırma mərhələsindədir. Səhiyyə Nazirliyi də bu səbəbdən müalicələrin vahid beynəlxalq standartlarla aparılmasını mütləq sayır. Fərdi yanaşma odur ki, misal üçün oynağın yeyilmə və artroz dərəcəsindən asılı olaraq xəstəyə xalis kök hüceyrə və ya ekzosom vurulması qərarı fərdi şəkildə seçilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyul 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri