Icma.az
close
up
RU
Xankədidən Trampa... Trampdan hamıya, hamıya...

Xankədidən Trampa... Trampdan hamıya, hamıya...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

İlham Əliyev: O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir

ABŞ ilə güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensial...

Azərbaycanın son illərdə beynəlxalq siyasi arenada özünü fəal oyunçu kimi təsdiqləməsi danılmaz bir faktdır. Aparıcı qlobal güc mərkəzlərinin Bakıya diqqəti bunu əsaslandıran aparıcı faktordur. Xüsusilə, Çin, ABŞ və Aİ kimi mühüm qlobal mərkəzlər Bakı ilə əlaqələrində yeni tezislər formalaşdırır, yeni bir mühit müəyyənləşdirir. Bunun səbəbləri isə çoxşaxəlidir - ən əsas səbəb kimi, Azərbaycanın yeni nizamda oynadığı rol və yerləşdiyi bölgənin təhlükəsizlik arxitekturasının, ictisadi-ticari gələcəyini müəyyənləşdirən layihələrin əsas təşəbbüskarı kimi çıxış etməsidir.

Xüsusilə, ABŞ-ın yeni prezidenti Donald Trampın hakimiyyətə gəlişi ilə Ağ Evin regiona baxışı dəyişib - daha praqmatik, ümumi maraqlara fokuslanmış və və daha konstruktiv xarakter almağ başlayıb.

Bizim kimi fundamental dəyərləri bölüşən...

Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə qlobal kataklizmlərə münasbətindəki fundamental dəyişiklik olduqca vacib bir amildir - Donald Trampın Bayden-Blinken adminstrasiyasından fərqli olaraq “müharibə prezidenti” deyil “sülh prezidenti” kimi çıxış etməsi çox şeydən xəbər verir. Paralel olaraq, Tramp Azərbaycan ilə eyni dəyərləri bölüşür - normal cəmiyyətin inkişafı uğrunda apardığı siyasi xətt bu mənada da qimətləndirilir. Prezident İlham Əliyev III Qlobal Şuşa Media Forumunda çıxış edərkən bildirib ki, hələ seçki prosesində Trampın qələbəsini proqnozlaşdırmırdım: “Sadəcə, dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.

907-ci düzəlişin dayandırılmamasını ciddi nəzərə aldıq

Vurğulandığı kimi, əvvəlki adminstrasiyanın birtərəfli və ədalətsiz yanaşması bölgədə tarazlığı pozurdu və bu da öz növbəsində Azərbaycan-ABŞ münasibətlərinə böyük zərbə vururdu. Suverenlik mövzusunda Azərbaycana digər ölkələrdən fərqli yanaşma sərgiləmələri qəbuledilməz hal idi. Bu yanaşmalar dövlətin rəsmiləri tərəfindən dilə gətirilirdi. Beləliklə, Prezident İlham Əliyevin də bildirdiyi kimi, prezident Baydenin Administrasiyası tərəfindən atılmış və qeyri-dost hesab etdiyimiz bir çox digər addımlar münasibətlərin korlanmasında, əslində, əsas meyar idi.

Dövlət başçısı çıxışında vurğulayıb ki, Prezident Bayden hər il etdiyi kimi, Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin dayandırılmasından uzaqlaşaraq, bu cür qərarı yenidən qəbul etmədiyini biz çox ciddi nəzərə aldıq, çünki biz onlara Əfqanıstanda lazım olduğumuz zaman, o, və onun sələfləri həmin düzəlişin qüvvəsini əvvəllər dayandırırdı. Əfqanıstanda biz onlara artıq lazım olmadığımız dövrdə onlar 1992-ci ildə qəbul olunmuş sanksiyaları Azərbaycana qarşı yenidən tətbiq etdilər. “Beləliklə, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi sanksiyalar onunla bağlı idi ki, Azərbaycan Ermənistanı blokadaya alır və bu, Prezident Trampın dediyi kimi, saxta xəbərlər əsasında olan məsələ idi. Biz Ermənistanı blokadaya almamışdıq. Ermənistan ərazimizi işğal etmişdir, lakin ABŞ Konqresində ermənipərəst lobbinin fəaliyyəti nəticəsində həmin sanksiyalar tətbiq edildi. 2001-ci ildə biz ABŞ-a Əfqanıstandakı missiyasında lazım olduğumuz zaman Prezident və ovaxtkı bütün prezidentlər həmin sanksiyanın qüvvəsini dayandırırdı. Amma Prezident Bayden onu yenidən tətbiq etdi”, - deyə dövlət başçısı deyib.  Həqiqətən də, 1992-ci ildə ABŞ konqresi tərəfindən qəbul edilən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş Azərbaycana qarşı atılan ən ədalətsiz addımlardan biri sayılır. Prezident Bayden isə bu düzəlişin dayandırılması ilə bağlı hər il imzalanan sənədi imzalamadı.

Yeni dönəmdə yeni əlaqələr

Yeni dönəmdə isə Donald Trampın hakimiyyətə gəlişi ilə münasibətlərdə yeni bir mərhələnin başlanmasına ümid böyükdür. ABŞ-ın dövlət maraqları ilə üst-üstə düşməyən “Ermənistan sevdası” artıq keçmişdə qalıb - indiki mərhələdə Vaşinqton özünün mənafeyinə uyğun siyasət qurur. Tramp adminstrasiyası ilə yüksək səviyyəli təmaslarımız qurulub.  İki ölkə arasında mühüm qarşılıqlı gündəlik mövcuddur - bu fakt Trampın son bir neçə ay ərzində Bakıya ünvanladığı xoşməramlı məktublarda da öz əksini tapıb. Vurğulanmalıdır ki, ilk prezidentliyi dövründə də Azərbaycanın Tramp adminstrasiyası ilə yaxın münasibətləri var idi, heç bir böhran yox idi.  İki ölkə arasında əlaqələr müsbət fonda inkişaf edib. ABŞ Azərbaycanı strateji enerji tərəfdaşı kimi tanıdığını bəyan edib. Paralel olaraq iqtisadi əməkdaşlıq yüksəlib. Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq əhəmiyyətli şəkil alıb - terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi və narkotiklə mübarizə sahəsində birgə proqramlar həyata keçirilib. Prezident Trampın birinci prezidentlik dövründə (2017-2021) ABŞ-Azərbaycan münasibətlərində yüksək siyasi dialoq və tərəfdaşlıq müşahidə olunub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqe sərgiləyib  - Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərib. 2017, 2018, 2019 və 2020-ci illərdə göndərilən məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.

Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu dəstəkləyib. 2018-ci ildə Prezident Tramp Bakıya ünvanladığı məktubda Azərbaycanın enerji sahəsindəki rolunun vacibliyini qeyd edərək, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsini dəstəklədiyini bildirib. 2019-cu ildə ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı addımları dəstəklədiklərini bildiriblər.

44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövlyünü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib. Trampın şəxsi açıqlamaları və administrasiyasının qərarları göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirib. Bekləliklə, Donald Trampın rəhbərlik etdiyi adminstrasiyanın yeni dönəmdə yeni münasibətlər sistemini formalaşdırılmasının arxasında mühüm təməl dayanır. Bu əlaqələr yeni dönəmdə strateji fonda davam etməkdədir. Prezident İlham Əliyev bildirib ki, biz hazırda Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensialı görürük: “Biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir. Bizim enerji təhlükəsizliyi və bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə güclü tərəfdaşlıq tariximiz var. Artıq dediyim kimi, biz ABŞ-la İraqda və Əfqanıstanda onlara lazım olduğumuz zaman olmuşuq və hərbi qulluqçularımız onlarla çiyin-çiyinə xidmət edib. Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın dministrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin, eyni zamanda, o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq”.

Tramp paylaşım etdi...

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə Şuşa Qlobal Media Forumundakı çıxışından bir hissəni paylaşıb. Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-da onun seçilməsini istədiyini bildirib. O qeyd edib ki, Tramp yeganə ABŞ prezidentidir ki, müharibə başlatmayıb, əksinə müharibələri sonlandırmaq məqsədi güdür. Prezident İlham Əliyev daha böyük qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Trampın Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki şəxsən niyyətinə görə ona minnətdarlığını bildirib.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see482

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see353

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see352

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see334

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see333

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see330

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see305

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see301

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see294

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see289

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see288

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see283

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see278

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see269

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see246

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see234

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see222

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri