Hansı avtomobillər piyadalar üçün daha təhlükəlidir? 35 illik tədqiqat
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Britaniya İmperial Kollecinin mütəxəssislərinin tədqiqatı zamanı məlum olub ki, pikap, krossover və yüksək keçidli avtomobillər piyadalar üçün daha təhlükəlidir. Tədqiqat 35 illik göstəricilərə əsaslanır.
Avtosfer.az xəbər verir ki, tədqiqat zamanı 600 mindən çox yol-nəqliyyat hadisəsi təhlil edilib. Məlum olub ki, pikap, krossover və yüksək keçidli avtomobillərlə vurulduqda piyadaların ölüm riski 44 faizdir. Uşaqlarda isə bu risk 82 faizi ötür.
Kollecin mütəxəssisləri səbəbləri də elan edib. Sözügedən avtomobillərin qabaq hissəsi daha hündür olduğu üçün toqquşma zamanı insanın həyati vacib orqanlarını – sinə və çanağı zədələyir. Həm də sedanlardan fərqli olaraq pikap vurduğu piyadanı kənara atır. Bu zaman digər nəqliyyat vasitəsinin zərərçəkəni təkrarən vurmaq ehtimalı yüksək olur.
Vüqar

