Hansı əlamətlər uşağın narkotik istifadə etdiyini göstərir? AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Həkim uşağın narkotik istifadə etdiyini göstərən əsas əlamətləri açıqlayıb
Redaktor.az xəbər verir ki, narkoloq və psixiatr Ruslan İsayev bildirib ki, yeniyetmələrdə narkotik asılılığını göstərən konkret bir əlamət yoxdur və bu vəziyyəti qiymətləndirmək üçün bir neçə göstəriciyə kompleks şəkildə baxmaq lazımdır.
Mütəxəssis qeyd edib ki, əsasən üç istiqamət üzrə dəyişikliklər diqqətə alınmalıdır: iştaha və qidalanma vərdişləri, xarici görünüş, həmçinin davranış və emosional fon. Onun sözlərinə görə, valideynlər daha çox uşağın davranışında və emosional vəziyyətində baş verən dəyişiklikləri hiss edirlər. Belə ki, yeniyetmənin dost çevrəsinin qəfil dəyişməsi, qapalı olması, əvvəl maraq göstərdiyi fəaliyyətlərə marağın azalması və dərs göstəricilərinin pisləşməsi diqqət çəkən məqamlardandır. Bundan əlavə, əsəbilik, aqressiya, kəskin əhval dəyişiklikləri, bəzən həddindən artıq aktivlik, bəzən isə apatiya halları müşahidə oluna bilər. Yuxu rejimində də pozuntular – yuxusuzluq və ya həddindən artıq halsızlıq kimi hallar yaranır.
Həkim bildirib ki, iştaha ilə bağlı dəyişikliklər də müəyyən siqnal verə bilər. Məsələn, bəzi maddələr iştahanın azalmasına və arıqlamaya səbəb olur, digərləri isə əksinə, həddindən artıq yemək istəyini artırır. Lakin bu dəyişikliklər təkbaşına diaqnoz qoymaq üçün kifayət deyil və stres, depressiya kimi digər səbəblərlə də bağlı ola bilər.
Fiziki əlamətlər də önəmlidir. Bunlara dərinin vəziyyətinin pisləşməsi, səpkilər, səliqəsizlik, hərəkətlərdə ya həddindən artıq aktivlik, ya da lənglik daxildir. Həkim vurğulayıb ki, əsas məsələ tək bir əlamətə deyil, bu dəyişikliklərin birgə və davamlı şəkildə ortaya çıxmasına diqqət yetirməkdir.
Mütəxəssis valideynlərə tövsiyə edib ki, belə hallarda özbaşına nəticə çıxarmağa çalışmaq əvəzinə, mütləq peşəkar müayinəyə müraciət etsinlər. Onun sözlərinə görə, erkən diaqnostika bu kimi hallarda həlledici rol oynayır.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 15 May 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















