Hansı gündəlik vərdiş uşaqların və yeniyetmələrin ürəyinə yavaş yavaş zərər vurur
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Alimlər ekrana çox baxan yeniyetmələrdə ürək-damar riski ilə bağlı xarakterik biomarker aşkar ediblər. Telefon, kompüter və ya televizor qarşısında həddindən artıq çox vaxt keçirmək uşaqların və yeniyetmələrin ürək və damar sağlamlığına mənfi təsir göstərə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, miqyası böyük iki uzunmüddətli layihədə iştirak edən minlərlə uşağın məlumatlarının təhlili göstərib ki, ekranda hər əlavə saat hipertoniya və insulinə davamlılıq riskini nəzərəçarpacaq dərəcədə artırır. Gündə 5–6 saat cihazlardan istifadə edildikdə risk 40–60 faiz yüksəlir. Ən böyük təhlükə isə cihazlar qarşısında uzun müddət oturmağın yuxu çatışmazlığı ilə birləşməsindədir.
10 yaşlı uşaqlarda və 18 yaşa çatmış yeniyetmələrdə ekran qarşısında çox vaxt keçirilməsinin ürək və damar sisteminə mənfi təsirinin təxminən 12 faizi məhz gec yatmaq və yuxu rejiminin pozulması ilə bağlı olub. Bundan əlavə, yeniyetmələrin qanında gələcək ürək-damar xəstəliklərinin erkən göstəricisi hesab edilən xüsusi “metabolik iz” aşkar edilib.
Tədqiqatçılar vurğulayırlar ki, uşaqlara kiçik yaşlardan sağlam vərdişlər aşılamaq çox vacibdir. Ekran qarşısında vaxtın məhdudlaşdırılması və yuxu rejiminə əməl edilməsi gələcəkdə ürək problemlərinin qarşısını almaq üçün etibarlı profilaktika sayıla bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















