Icma.az
close
up
RU
Hansı hərbçilərə ev verilir? AÇIQLAMA

Hansı hərbçilərə ev verilir? AÇIQLAMA

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hərbçilər ölkənin təhlükəsizliyini təmin etmək üçün böyük fədakarlıqlar edirlər. Onların sosial rifahının yaxşılaşdırılması isə dövlətin əsas vəzifələrindən biridir. Bu məqsədlə həyata keçirilən xüsusi proqramlar çərçivəsində hərbçilərə mənzillər verilir. Bu layihə onların daha stabil və rahat həyat qurmasına kömək edir, eyni zamanda, hərbi xidməti daha cəlbedici edir. Bəs hərbçilərə dövlət tərəfindən ev verilməsi üçün hansı şərtlər var?

Bu barədə hərbi ekspert Şair Ramaldanov Metbuat.az-a açıqlamasında məlumat verib.

O bildirib ki, hərbçilərin sosial məsələləri ilə bağlı Azərbaycan dövlətində müvafiq qərarlar qəbul edilib və hərbçilərin evlə təmin edilməsi də həmin qanun çərçivəsində həyata keçirilib:

“Hazırda Azərbaycanda hərbçilərin evlə təminatına daha çox diqqət yetirilib və biz hər il bununla bağlı xoş xəbərlər alırıq. Hərbçilərin evlə təmin edilməsi 20 il qüsursuz xidmət edənlərə şamil olunur və bu evlər o kəslərin mülkiyyətinə verilir. Lakin Azərbaycan dövlətinin müvafiq qanunları əsasında ya hərbçilərə xidməti evlər verilir, ya da kirəyə qalanların aylıq pulu ödənilir. Bunun üçün müəyyən tariflər də müəyyənləşib. Hərbi xidmətdə olan şəxsi heyətin ev problemlərində dövlət və yaxud Müdafiə Nazirliyi bilavasitə iştirak edir. Hərçənd hərbçilərdən kirayə pulunun, xidməti evlərin verilməsi ilə bağlı müəyyən sənədlərin təqdim edilməsində fərqli yanaşmalar var. Bununla bağlı hərbi hissələrdə və müvafiq qurumlarda komissiya yaradılıb və fərdi şəkildə hər kəsin məsələsini müəyyənləşdirib qərar verir”.

Ekspertin sözlərinə görə, verilən qərarda hərbçiyə ayrılmış sahənin həcmi, evin hansı ərazidə olmasının də rolu var. Çünki bəziləri Bakıdan kənar yaşayış məntəqələrində evlə təmin edilirlər:

“Hətta ailə üzvlərinin sayı, uşaqların cinsi də qərarda nəzərdə tutulur. Əgər uşaqlar oğlan və qızdırsa, hər birinə ayrıca otaq ayrılır, əgər iki qız və yaxud iki oğlandırsa, onda bir otaq ayrılır. Fərdi şəkildə komissiya tərəfindən buna baxılır, qərar qəbul edilib təsdiq üçün yuxarı komandanlığa göndərilir və hərbçilər evlə təmin edilirlər. Hərbçi demək olar ki, daim xidmətdə olur və onun ailəsinin yaşayışla təmin edilməsi çox vacib sosial yanaşmadır, bilavasitə onun xidmətinə mənəvi-psixoloji durumuna təsir edən amildir. Ona görə də Milli Məclisdə də bu məsələ tez tez səsləndirilir. Dünyanın hər yerində hərbçilərlə bağlı özəl yanaşmalar mövcuddur”.

Ş.Ramaldanov qeyd edib ki, 20 il qüsursuz xidmət edən hərbçi hətta təqaüdə çıxsa da, bu amillər mövcudluğunu itirmir:

“Yəni hərbçi evlə təmin edilənə qədər digər sosial yanaşmalar, kirayə pulunun verilməsi davam edir. Hərbçiyə evin verilməməsi isə komissiyanın özünün qəbul etdiyi fərdi qərarlardan asılıdır. Qanunda nəzərdə tutulub ki, hər bir hərbçi evlə təmin edilməlidir və mülkiyyətə evin verilməsi də bunun tərkib hissəsidir. Əgər 20 il qüsursuz xidmət edibsə, ona bu qanun şamil olunur. Ancaq xidmət dövründə qüsuru olan hərbçilər adətən bu kateqoriyaya düşmürlər. Bunlar fərdi şəkildə komissiya tərəfindən öyrənilir və qərar qəbul edilərək yuxarı komandanlığa təqdim olunur. Hətta hərbçilərin kompakt yaşaması üçün müəyyən yerlər ayrılıb və orada hərbçilər üçün evlər tikilir. Yəni adətən hərbçilərin həyatı bir-birinə oxşardır və xidmət etmiş təqaüdçülərin bir yerdə kompakt yaşayıb qonşuluq etməsinin də müəyyən müsbət cəhəti var. Digər tərəfdən isə, əgər təcili hadisə baş verərsə, xidmətdə olan hərbçilərin kompakt yaşadığı şəhərcikdən nəqliyyatla hərbi hissələrə və qurumlara çatdırılması da daha uyğundur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:414
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri