Icma.az
close
up
RU
Hansı ixtisaslarda rəqabət yüksək olacaq? SİYAHI

Hansı ixtisaslarda rəqabət yüksək olacaq? SİYAHI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ali məktəblərə ixtisas seçimi mərhələsi yaxınlaşdıqca builki qəbul prosesində ən yüksək rəqabətin hansı ixtisaslar arasında yaşanacağı da abituriyentləri düşündürən əsas məsələlərdən biridir. Son illər müşahidə olunan tendensiya göstərir ki, ixtisas seçimində təkcə nüfuz deyil, əmək bazarında iş tapmaq, yüksək maaş qazanmaq və uzunmüddətli karyera perspektivi də əsas meyarlara çevrilib. Bu baxımdan bəzi ixtisaslara maraq ildən-ilə artır və həmin istiqamətlərdə rəqabət daha da kəskinləşir.

Təhsil eksperti Məzahir Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, ənənəvi olaraq valideynlərin təsiri ilə seçilən ixtisaslar olsa da, son illərdə gənclər bir sıra sahələrdə qərarlarını daha çox özləri verirlər.

Onun sözlərinə görə, həkimlik və hüquqşünaslıq kimi ixtisaslarda valideyn amili hələ də güclü olaraq qalır:

"Bizim ənənəvi standart ixtisaslarımız var ki, daha çox valideynlərin iradəsi ilə seçilən ixtisaslardır. Bunlar həkimlik, hüquqşünaslıq kimi ixtisaslardır və abituriyentlər bu məsələlərdə seçim ərəfəsində daha çox təzyiq altında olurlar. Amma son illərdə populyarlaşan bir çox ixtisaslar var ki, artıq onları seçmək istəyən gənclərə valideynlər əvvəlki qədər təsir edə bilmirlər".

Ekspert hesab edir ki, builki qəbul kampaniyasında ən yüksək rəqabət yenə də ən çox tələb görən ixtisaslar arasında yaşanacaq.

"İnformasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, tibb, stomatologiya, hüquq, beynəlxalq münasibətlər, maliyyə-iqtisad, biznesin idarəedilməsi, neft-qaz mühəndisliyi kimi ixtisaslara həmişə üstünlük verilir. Eyni bal toplayan, xüsusilə də 500-dən yuxarı nəticə göstərən abituriyentlər əsasən bu ixtisaslara iddialı olurlar. Düşünürəm ki, bu il də əsas rəqabət məhz həmin istiqamətlərdə gedəcək".

Məzahir Məmmədlinin sözlərinə görə, ötən illə müqayisədə II ixtisas qrupunda rəqabətin daha da artacağı gözlənilir:

"Bu il II ixtisas qrupuna sənəd verənlərin sayı ötən illə müqayisədə 2 500 nəfərdən çox artıb. Maraqlıdır ki, əvvəlki illərdə III qrupu seçənlərin bir hissəsi bu il II qrupa üstünlük verib. Bu səbəbdən hesab edirəm ki, xüsusilə II qrupun prestijli ixtisaslarında keçid balları müəyyən qədər yüksələ bilər. Artımın çox böyük olacağını düşünmürəm. Buraxılış imtahanlarının nəticələri də nəzərə alınarsa, bəzi ixtisaslarda 15-20 bal civarında artım mümkündür".

Ekspert bildirib ki, əmək bazarındakı yüksək maaş və iş imkanları artıq abituriyentlərin seçimlərinə birbaşa təsir göstərir:

"Əvvəllər daha çox ixtisasın nüfuzu əsas götürülürdüsə, indi gənclər iş tapmaq imkanını, gələcək qazancı və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini düşünürlər. Onlar ən azı yaxın 10 ili hədəfləyən ixtisas seçməyə çalışırlar".

Onun fikrincə, hazırda xüsusilə alternativ enerji və rəqəmsal texnologiyalar sahəsində ciddi kadr çatışmazlığı müşahidə olunur:

"Azərbaycanda alternativ enerji sahəsində mütəxəssis qıtlığı var. Günəş panellərinin quraşdırılması, elektrik-elektronika və avtomatlaşdırma mühəndisliyi istiqamətlərində mütəxəssislərə ehtiyac yüksəkdir. İnformasiya texnologiyaları və kompüter mühəndisliyi də artıq bir neçə ildir əmək bazarında mövqeyini möhkəmləndirib və bu sahələrə maraq davam edir".

Məzahir Məmmədli vurğulayıb ki, süni intellektin sürətlə inkişaf etdiyi dövrdə abituriyentlər gələcək riskləri də nəzərə almalıdırlar:

"Bu gün süni intellekt artıq həyatımızın bütün sahələrinə daxil olub. Ona görə də ixtisas seçərkən təkcə bugünkü vəziyyəti yox, yaxın 10-15 ilin əmək bazarını da düşünmək lazımdır. Süni intellektin təsirindən daha az asılı olacaq sahələrə üstünlük verilməlidir. İnformasiya texnologiyaları, kiber təhlükəsizlik, data analitikası, elektrik-elektronika və avtomatlaşdırma mühəndisliyi kimi istiqamətlər gələcəkdə də əmək bazarında yüksək tələbat görəcək".

Ekspert qeyd edib ki, son illərin tendensiyası göstərir ki, abituriyentlər artıq ixtisas seçərkən yalnız ənənəvi nüfuzu deyil, gələcək məşğulluq imkanlarını və beynəlxalq əmək bazarında rəqabət üstünlüyü qazandıracaq peşələri də nəzərə alırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyul 2026 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri