Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Doqquzuncuların nəzərinə: bu ixtisaslarda gərgin rəqabət olacaq

Doqquzuncuların nəzərinə: bu ixtisaslarda gərgin rəqabət olacaq

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda 9-cu sinif bazası üzrə keçirilən buraxılış imtahanlarının nəticələrinin açıqlanması kolleclərə qəbul mərhələsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu il imtahan nəticələrinin ümumi mənzərəsi, yüksək bal toplayan şagirdlərin sayı, eləcə də bəzi ixtisaslara marağın artması qəbul müsabiqəsində rəqabətin hansı istiqamətdə dəyişəcəyinə dair ilkin proqnozları da aktuallaşdırır. Xüsusilə bəzi ixtisaslar üzrə rəqabətin artacağı gözlənildiyi üçün qəbul ballarında dəyişiklik olub-olmayacağı diqqət mərkəzindədir.

Maraqlıdır, mövcud nəticələr fonunda builki kolleclərə qəbul ballarında artım gözlənilirmi? İlkin proqnozlar nəyi göstərir?

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, 9 illik baza üzrə 5 və 12 aprel tarixlərində keçirilən imtahan nəticələrini əvvəlki illərin imtahan nəticələri ilə müqayisə etdikdə, maksimum nəticə göstərən şagird sayının bu il üçün normal hesab oluna biləcəyini demək olar.

"Ümumilikdə şagirdlərin nəticələri yaxşıdır. Çünki yeni tətbiq edilən imtahan modelindən sonra şagirdlər artıq bu sistemə uyğunlaşıblar və imtahanları daha rahat yaza bilirlər. Kolleclərə qəbul zamanı formalaşacaq keçid ballarında müəyyən dəyişikliklər ola bilər. Bildiyiniz kimi, 9 illik baza üzrə yerlərin sayı azalıb və bu da ixtisaslar üzrə balların fərqlənməsinə təsir göstərir. Buna görə də 9 illik baza üzrə rəqabətin kifayət qədər gərgin olacağını proqnozlaşdırmaq olar".

Ekspert nəzərə çatdırıb ki, 300 bal toplayan abituriyentlərin hamısı kolleclərə sənəd vermir:

"Belə ki, həm əvvəlki illərin, həm də cari ilin məzunları daxil olmaqla təxminən 30 min nəfərin kolleclərə qəbul prosesində iştirak edəcəyi gözlənilir. Bu isə iştirakçı sayının kifayət qədər çox olduğunu göstərir.

Qəbul plan yerlərinin isə təxminən 9 min civarında olduğu bildirilir. Bu da onu deməyə əsas verir ki, 9 illik baza üzrə kolleclərə qəbul zamanı rəqabət kifayət qədər yüksək olacaq. Şagirdlər ixtisas seçimi zamanı xüsusilə diqqətli davranmalıdırlar".

E.Əfəndi onu da əlavə edib ki, əsasən maliyyə, biznes, iqtisadiyyat və kompüter sahəsi ilə bağlı ixtisaslarda rəqabətin daha yüksək olacağı gözlənilir:

"Çünki bu istiqamətlərə maraq və tələbat çoxdur. Buna görə də seçim zamanı ötən illərdə həmin ixtisaslar üzrə formalaşmış keçid ballarına diqqət yetirmək vacibdir.

Abituriyentlər seçim edərkən həm öz ballarını, həm də əvvəlki illərin nəticələrini düzgün analiz etməlidirlər. Əgər bu amillər nəzərə alınmasa və seçimlər düşünülmüş şəkildə aparılmasa, qəbul olunmamaq ehtimalı daha yüksək olaraq qalır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri