Hansı meyvələri birlikdə yemək olmaz? Diyetoloqlardan XƏBƏRDARLIQ
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Nar və bananın birlikdə qəbulu həzm sistemi üçün təhlükəli hesab olunur, hətta bəzi hallarda bu birləşmə bağırsaq keçməzliyinə səbəb olaraq insan həyatı üçün risk yarada bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Macarıstanın "Origo" nəşri diyetoloqların rəyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, nar liflə zəngindir və çətin həzm olunur, bananın tərkibində isə yüksək miqdarda pektin maddəsi var.
"Pektin nar dənələrinin bağırsaqlarda şişməsinə səbəb olur. Bu zaman toxumlar kütlə halında yığılır və həmin kütlənin hərəkəti çətinləşir. Nəticədə bu kütlə quruyaraq bağırsaq traktını tıxaya bilər", - deyə materialda bildirilir.
Məqalə müəllifinin sözlərinə görə, narla bananın birgə qəbulu xüsusilə azyaşlı uşaqlar və yaşlı insanlar üçün təhlükəlidir. Çünki onlar çox vaxt kifayət qədər su qəbul etmirlər ki, bu da həzmi ləngidir.
Bundan əlavə, oxşar təsir göstərə biləcək başqa birləşmələr də var. Məsələn, alma, müsli, çia toxumu, liflə zəngin armud və ya narı tərkibində yüksək pektin olan heyva, qarağat, gavalı, böyürtkən, qarğıdalı və ərik kimi meyvə və giləmeyvələrlə eyni vaxtda yemək məsləhət görülmür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Oktyabr 2025 07:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















