Icma.az
close
up
RU
Hansı nəhənglər finalın astanasında büdrəyəcək?

Hansı nəhənglər finalın astanasında büdrəyəcək?

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük maraqla izlənilən, eyni zamanda bitmək bilməyən müzakirələrə səbəb olan DÇ-2026 yavaş-yavaş kuliminasiya nöqtəsinə yaxınlaşır.

"Football-plus.az" xəbər verir ki, 104 oyundan 100-ü artıq geridə qalıb. Ən maraqlıları isə hələ irəlidədi. Tarixdə ilk dəfə FİFA-nın son reytinqində ilk 4 pillədə qərarlaşan komandaların hamısı yarımfinala yüksəlib. Bütün yarımfinalçılar daha öncə dünya çempionluğunu qazanıb. Bu fakt isə buna qədər yalnız DÇ-1970 və DÇ-1990-da baş vermişdi. Qısası, televizorun önündə yerinizi möhkəmlədin. Çünki bizi tarixi duellər gözləyir.
yarımfinal
14 iyul
Fransa – İspaniya

Hakim: İvan Barton (Salvador)
Cəzalı: yoxdu
Stadion: “Ey-Ti-End-Ti” (Dallas)
Əvvəlki oyunlarının balansı: +13=7-18
Bu cütdə finala layiq bir oyun izləyəcəyik. Etiraf edək ki, hər iki komanda çox güclüdü və finalda oynamağa layiqdi. Hər iki tərəf təkcə həlledici matça vəsiqə qazanmağa yox, həm də adını tarixə yazdırmağa çalışacaq. Məsələ burasındadı ki, İspaniya artıq 36 oyundu uduzmur. Burda söhbət əsas və əlavə vaxtda uduzmamaqdan gedir. İspanlar bu görüşdə də məğlub olmayacaqları təqdirdə İtaliyaya məxsus rekordu (37) təkrarlayacaqlar! Luis de la Fuentenin komandası sonuncu dəfə 2024-ün martında yoxlama oyununda Kolumbiyaya boyun əyib (0:1).
Maraqlıdı ki, DÇ-2022-nin ilk oyununda Argentina da italyanların rekordunu təkrarlamaq ərəfəsində idi. Amma o vaxt “albiselesta” sürpriz şəkildə Səduiyyə Ərəbistanına uduzdu! Digər tərəfdə isə Fransa ardıcıl 3-cü finalın astanasındadı. Daha öncə bunu Avropa ölkələrindən yalnız Almaniya (1982, 1986, 1990) bacarıb. Yığmanın başında son oyunlarını keçirməyə hazırlaşan Didye Deşam, təbii ki, tarixə düşmək arzusundadı. Baş məşqçi kimi ardıcıl iki mundialı daha öncə yalnız italiyalı Vittorio Potso (1934, 1938) bacarıb. Əzəmətli Mbappenin liderlik etdiyi Fransa bu turnirdə məhsuldarlığı ilə diqqəti çəkir. 16 qol vuran fransızlar Argentinadan sonra ən məhsuldar ikinci komanda statusundadı. Komanda oyunu ilə göz oxşayan son Avropa çempionu İspaniya isə yalnız bir qol buraxması ilə öyünə bilər. Fransa keçirdiyi bütün oyunlarda qələbə qazanıbsa, İspaniya yalnız sürpriz şəkildə müdafiəsini yara bilmədiyi Kabo Verde ilə görüşdə büdrəyib. Fransa həm də bu rəqibdən son dönəmlərdəki uğursuzluqların qisasını almağa çalışacaq. Axı həm ötənilki Millətlər Liqasının, həm də son Avropa çempionatının yarımfinalında ispanlar fransızlardan üstün olub.
Ümumiyyətlə, DÇ-2006-nın 1/8 finalında qeydə alınan 3:1-lik qələbədən bəri Fransa İspaniyaya qarşı keçirdiyi 9 oyunun yalnız ikisində qalib gəlib. Ona görə də şəxsi oyunlarda İspaniyanın 18:13 öndə olması təəccüb doğurmamalıdı. Mərakeşlə oyunda Mbappenin zədə üzündən əvəzlənməsi yarımfinal ərəfəsində fransalı fanatları narahat etməyə bilməz. Düzdü, Messi ilə hər cəhətdən bombardirlik uğrunda mübarizə aparan Mbappenin zədəsinin ciddi olmadığı deyilir. Hər halda, o son məşqlərdə iştirak edib. Amma zədə ona mane olsa, bu, Fransa üçün çox ciddi zərbə olacaq.
15 iyul
İngiltərə - Argentina

Hakim: açıqlanmayıb
Cəzalı: C.Kuansa/yoxdu
Stadion: “Mersedes-Bents” (Atlanta)
Əvvəlki oyunlarının balansı: +6=5-3
Klub futbolunda qüdrətini göstərməyə müvəffəq olan İngiltərə yığma səviyyəsində heç cür “şeytanın qıçını qıra” bilmir. DÇ-1966 hələ də ingilislərin finala yüksəldikləri, eləcə də çempion olduqları sonuncu turnirdi və bu baxımdan komanda növbəti dəfə tarixi anın astanasındadı. İngiltərəli fanatlar artıq “it`s coming home” oxumaqdan təngə gəliblər və bunun, nəhayət, reallaşmasını arzulayırlar. Bu aspektdən yanaşanda İngiltərənin üzərində böyük təzyiq olduğunu vurğulamağa dəyər. Çünki Messili Argentina onsuz da dünya çempionudu. Yarımfinalda məğlubiyyət dünyanın sonu olmayacaq. Messi onsuz da yetərincə tarix yazıb və bu oyunun nəticəsindən asılı olmayaraq, yığma karyerasını major notda bitirəcək.
Bukmekerlər “üç şir”i favorit sayır. Bunu anlamaq olar. Argentina bu turnirin pley-offunda nəinki İsveçrə, hətta Kabo Verde və Misir kimi iddiasız komandalarla oyunlarda da ciddi problemlər yaşayıb. “Albiselesta” gah hakimlərin, gah rəqiblərin tez həvəsdən düşməsinin, gah da bəxtin hesabına hər dəfə çətinliyin öhdəsindən gələ bilib. Amma bəxt və ya 39 yaşlı Messinin sehri hər dəfə işə yaramaya bilər. Əla formada olan Bellingem – Keyn dueti bu turnirin hər oyununda qol buraxan Argentinanın müdafiəsinə çətin anlar yaşada bilər. İngilislərin vurduğu 13 qoldan 12-si məhz bu iki futbolunun hesabındadı. İsveçrə göstərdi ki, Messinin qarşısını kəsmək mümkündü. Leo həmin matçda bəlkə də turnirdəki ən zəif oyununu keçirdi. Eyni şeyi ingilislərin daha təcrübəli və səviyyəli müdafiəçiləri də etməyə çalışacaq. Yeri gəlmişkən, Messi karyerasında ilk dəfə İngiltərə yığmasına qarşı oynayacaq. İngiltərə klubları onun sevimli rəqiblərindəndi (36 oyun, 29 qol). Görək yığma səviyyəsində işlər necə alınacaq...
Ümumiyyətlə, İngiltərə ilə Argentinanın yolu son 20 ildə kəsişməyib. Komandaların son dueli 2005-in noyabrına təsadüf edib. O vaxt Cenevrədəki yoxlama oyununda ingilislər 3:2 üstün olmuşdular. Mundiallarda isə bu komandaların yolu dəfələrlə kəsişib və hər duelə aid az qala ayrıca kitab yazmaq olar. Təbii ki, komandaların ən yaddaqalan oyunu DÇ-1986-nın 1/4 finalında Maradonanın həm yaxşı, həm də pis mənada şou göstərdiyi qarşılaşmadı. İngiltərə şəxsi oyunlarda həm DÇ-lərdə (3:2), həm də ümumilikdə (6:3) üstündü.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyul 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri