Icma.az
close
up
RU
Qarabağ ın bir addımlığında olduğu ÇL in Liqa mərhələsi Orada hansı nəhənglər var?

Qarabağ ın bir addımlığında olduğu ÇL in Liqa mərhələsi Orada hansı nəhənglər var?

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan çempionu "Qarabağ" tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsində (keçmiş adı və formatı qrup mərhələsi) oynamağa yaxındır. 

525.az xəbər verir ki, Ağdam təmsilçisi artıq ÇL-in pley-off mərhələsinə vəsiqə qazanıb. Orada "Kəhər atlar" Macarıstanın ən köklü komandalarından "yaşıl qartallar" deyə də çağırılan Budapeşt "Ferensvaroş"u ilə qarşılaşacaq. 126 yaşlı bu klub 36 dəfə ölkəsinin çempionu olub. Komandalar arasında ilk görüş avqustun 19-da Budapeştdə, cavab oyunu avqustun 27-si Bakıda keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.

"Qarabağ" ÇL-in qrup mərhələsində ilk və hələlik sonuncu dəfə 2017-18 mövsümündə çıxış edib. Daha sonra komanda 2 dəfə (2022 və 2024-cü illərdə) ÇL-də əsas mərhələyə düşməyə yaxın olsa da, müvafiq olaraq "Viktoriya" (Çexiya) və "Dinamo"ya (Zaqreb, Xorvatiya) uduzaraq pley-off-da mübarizəni dayandırıb.

"Atletiko" - "Qarabağ" matçından (1:1) bir an... Miçel Madriddə hesabı açır

ÇL-in Liqa mərhələsində kimlər var: PSJ, "Barselona", "Liverpul"...

2025/26 mövsümü Çempionlar Liqasının Liqa mərhələsi 36 komandanın iştirakı ilə keçiriləcək. Maraqlıdır ki, yarışın finalı "Ferensvaroş"un ev oyunlarını keçirdiyi "Ferens Puşkaş" adına stadionda olacaq (30 may, 2026-cı il).

Hər komanda Liqa mərhələsində 8 fərqli rəqiblə bir matç keçirəcək (4-ü evdə, 4-ü səfərdə). Yekunda 1-8-ci yeri tutanlar 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə (şərti olaraq 1/16 final) vəsiqə qazanacaq. Bu cütün qalibləri 1/8-i təmin etmiş 8 komandaya rəqib olacaqlar.

Qeyd edək ki, 2024/25 mövsümü yekunlaşandan sonra artıq 29 komanda ÇL-in əsas mərhələsində iştirak etmək hüququ qazanıb. Daha yeddi iştirakçı isə avqustda başa çatacaq pley-off raundundan sonra Liqa mərhələsinə vəsiqə əldə edəcək. Yarışda ən çox iştirakçı (6 komanda) ilə İngiltərə Premyer Liqası təmsil olunacaq.

Bəs, "Ferensvaroş" - "Qarabağ" cütünün qalibini ÇL-in liqa mərhələsində hansı nəhəng komandalar gözləyir?

Gəlin, bu adlara nəzər salaq:

İngiltərə

"Liverpul"
"Arsenal"
"Mançester Siti"
"Nyukasl"
"Tottenhem"
"Çelsi"

İtaliya

"Napoli"
"İnter"
"Atalanta" 
"Yuventus"

İspaniya

"Barselona"
"Real" (Madrid)
"Atletik"
"Atletiko" 
"Vilyareal"

Almaniya

"Bavariya"
"Bayer"
"Borussiya" (Dortmund)
"Ayntraxt" 

Fransa

PSJ
"Olimpik"
"Monako"

Niderland

"Ayaks" 
PSV

Portuqaliya

"Sportinq"

Belçika

"Yunion"

Türkiyə

"Qalatasaray"

Çexiya

"Slaviya" (Praqa)

Yunanıstan

"Olimpiakos"

Həmçinin pley-off mərhələsində aşağıda qeyd edilən 7 cütün qalibi olacaq komandalar:

"Ferensvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)

"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr)

"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)

"Budo/Qlimt" (Norveç) - "Şturm" (Avstriya)

"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)

"Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka)

"Fənərbaxça" (Türkiyə) - "Benfika" (Portuqaliya)

Qeyd edək ki, ÇL-də Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq. İlk turun oyunları 16-18 sentyabrda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see262

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see178

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see168

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see150

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see149

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see139

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see137

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see135

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see135

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see134

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see132

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see132

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see128

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see125

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri