Icma.az
close
up
RU
Hansı orqan nə zaman yaşlanır? Yaşlanmaya qarşı tədbirlər…

Hansı orqan nə zaman yaşlanır? Yaşlanmaya qarşı tədbirlər…

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Yaşlanmaq sanki birdən baş verirmiş kimi görünsə də, əslində hər orqanın öz yaşlanma sürəti vardır.

Sizi nəyin gözlədiyini bilsəniz, əvvəlcədən bədəninizin bəzi qisimlərinə daha çox diqqət edərsiniz. Klivlend Klinikasının geriatriya üzrə mütəxəssisi dr. Ronan Factorun fikrincə, bədəninizi hər yaşda mühafizə etmək mümkündür.

Beləliklə, hər orqan neçə yaşında və necə yaşlanmağa başlayır…

Dəri - 18 yaş: 18 yaşından etibarən davamlı kollagen və elastik elastin ildə 1% azalmağa başlayır. Bu müddətdə siqaret çəkməyərək, yaxşı qidalanaraq bunun qarşısını ala bilərsiniz.

Gözlər - 40 yaş: Milli sağlamlıq institutlarından Milli Göz İnstitutunun həkimi dr. Rachel Bishopun fikrincə, gözləriniz başlanğıcda çox yönümlü fotoaparat kimidir, fəqət 40 yaşına gəldikdə görmə sahəsi zəifləyir. Göz xəstəliklərini azaltmaq üçün siqaret çəkməyin və ultrabənövşəyi radiasiyadan yayınmaq üçün gün eynəklərindən istifadə edin. Günəşə məruz qalma və siqaret katarakta yaranmasını sürətləndirir.

Ağciyərlər - 30 yaş: Boston Tibb Mərkəzinin həkimi dr. Thomas Perlsin fikrincə, ağciyərin fəaliyyəti 30 yaşından etibarən ildə 1% nisbətində azalmağa başlayır və oturaq həyat tərzi keçirən insanlarda aktiv insanlara nisbətən daha çox azalır. Bunun qarşısını almaq üçün ən yaxşı üsul müntəzəm idman məşqləridir.

Sümüklər - 35 yaş: Sümük kütləsi 35 yaşından sonra 1%-lik nisbətlə azalmağa doğru gedir (klimaksdan sonra daha da sürətlənir) Ağırlıqqaldırma məşqləri sümük ağırlığında böyük fərq yaradır.

2015-ci ildə aparılan bir araşdırma gündə 20 dəfə tullanmağın belə çanaq sümüyünün mineral konsentrasiyasını yaxşılaşdırdığını aşkara çıxarıb.

Əzələlər - 40 yaş: Milli Yaşlanma İnstitutunun elmi işlər üzrə rəhbəri dr. Luigi Ferruccinin fikrincə, yaşlandıqca hər kəs əzələləri itirərək yağ toplayır. Bu dəyişiklik 40 yaşında sürətlənir. Əzələ itkisinə məruz qalmaq istəmirsinizsə, idman məşqləri mütləq həyatınızın ayrılmaz tərkib hissəsi olmalıdır.

Böyrəklər - 50 yaş: Özünüz fərqində olmasanız da, böyrəklərin fəaliyyəti 50 yaşdan sonra zəifləməyə  başlayır. Bunun qarşısının alınması üçün ən yaxşı üsul bol su içməkdir. Susuzluq yaşla birlikdə azaldığı üçün özünüzə bunu xatırlatmağınız lazım ola bilər. Bir araşdırmanın nəticələrinə görə, çox maye qəbul edənlər böyrək funksiyasının zəifləməsinə ən az meyilli insanlardır.

Qulaqlar - 60 yaş: Yaşla əlaqədar eşitmənin azalması mərhələlərlə baş verir, lakin 65-74 arası 3 insandan 1-də bu vardır. Bunun baş verməsini ləngitmək üçün edilə biləcək bir şey yoxdur, lakin qeyd etmək lazımdır ki, tez-tez yüksək səslə musiqi dinləmək və ya çalmaq və tikinti kimi gurultulu sektorlarda işləmək bu prosesi sürətləndirir.

Bağırsaq - 60 yaş: Başınızdakı saçlar itirdiyiniz tək şey deyil. Bağırsağınızdaki villüslər – saça bənzəyən və qəbul edilən qidalardan qida maddələrini əmən kiçik çıxıntılar 60 yaşlarında düzləşməyə başlayır. Bu isə daha az qida maddəsi əməcəyiniz mənasına gəlir.

Ürək - 65 yaş: Siz yaşlandıqca ürək əzələlərinizin sayı azalır, lakin ölçüləri böyüyür ki, bu da ürək divarını qalınlaşdırır və arteriyalarınızın sərtləşməsinə səbəb olur.

20-30 yaşlarından başlayaraq pik aerobik qabiliyyət hər 10 ildə 10% azalmağa doğru gedir və infarkt əsasən 65 yaşında özünü göstərməyə başlayır.

Beyin - 70 yaş: Johns Hopkins Bloomberg İctimai Sağlamlıq Məktəbinin koqnitiv (zehni) yaşlanma üzrə araşdırmaçısı George Rebokun fikrincə, hər unutqanlığınızı yaşlanma ilə əlaqələndirməyin. Lakin 70 yaşlarında beyində yaşla bağlı dəyişikliklər özünü göstərməyə başlaya bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri