Icma.az
close
up
RU
Hansı populyar saç düzümü tökülmə və qırılma riski yarada bilər?

Hansı populyar saç düzümü tökülmə və qırılma riski yarada bilər?

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Populyar və milyonlarla qadın tərəfindən istifadə olunan saç düzümü saçlar üçün təhlükəli ola bilər. Qadınlar arasında çox geniş yayılmış və adi görünən bir saç düzümü ilk baxışda göründüyündən daha zərərli ola bilər. Britaniyalı trixoloq Reyçel Valentin xəbərdarlıq edir: əgər saçları hər gün eyni aksesuarla və eyni nöqtədə möhkəmləndirsəniz, saçların nazikləşməsinə və hətta qismən keçəlləşməyə səbəb ola bilərsiniz.

Bu barədə Lent.az məlumat verir:

Hansı saç düzümü travmatik hesab olunur?

Mütəxəssisin sözlərinə görə, son zamanlar qadınların ən çox müraciət etdiyi zədələnmə sahəsi təpə hissəsidir. Valentin izah edir ki, böyük “krab” tipli saç klipləri ilə hazırlanan saç düzümlərinə həddindən artıq maraq başın yuxarı hissəsində saçlara davamlı dartılma yaradır. Zamanla bu, follikulları zəiflədir və saçları qırılgan edir. Bu vəziyyət traksion (gərginlik nəticəsində yaranan) alopesiya adlanır saç follikullarının uzun müddət mexaniki dartılma səbəbilə iltihablanması və zədələnməsi. Əgər adətlər vaxtında dəyişdirilməsə, saç tökülməsi geridönməz ola bilər.

Risk yaradan təkcə “krab” tipli klipslər deyil

Bərk hörüklər

Yüksək yığılmış atquyruğu

Saç uzatmada istifadə olunan ağır tellər

bunların hamısı follikullara əlavə yük yaradır və saç zədələnməsinə gətirə bilər.

Risqi necə azaltmalı?

Saç düzümünün yerini dəyişin saçları hər gün eyni nöqtədə bağlamayın. Müxtəlif aksesuarlar istifadə edin: bu gün klips, sabah yumşaq parça rezin. Saçları həftədə bir neçə dəfə açıq buraxın ki, bərpa olunsun.

Saçlar bərpa oluna bilərmi?

Britaniya Dermatologiya Assosiasiyasının məlumatına görə:

Erkən mərhələdə follikullar dartılma faktoru aradan qaldırıldıqda özünü bərpa edə bilir. Amma gecikmiş hallarda bəzən saç əkilməsi yeganə çıxış yolu olur və bu prosedurun effektivliyi təxminən 95% təşkil edir.

Bundan əlavə, saç tökülməsi:

hormonal dəyişikliklər,

vitamin çatışmazlığı,

və irsiyyətlə də əlaqəli ola bilər

bu səbəbdən saçlarda hər hansı dəyişiklikləri nəzərdən qaçırmamaq vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri