Hansı qurumlar distant iş rejiminə keçəcək? KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Distant işlə bağlı artıq qanunvericiliyə dəyişikliklər edilib. Bu istiqamətdə yeni maddələr qanunvericiliyə gətirilib. Bu özəl sektor üçün məcburi deyil. Dövlət sektoru üçün də hələlik məcburi xarakter daşımır, çünki həmin qurumların seçimidir. Amma distant iş rejimi və ya hibrid iş qrafikinə keçid bir ənənədir. Xüsusilə də Avropa İttifaqı və ABŞ-də əksər dövlət və özəl sektorda hibrid iş rejiminin tətbiqini müşahidə edirik. Ona görə də oxşar ənənənin Azərbaycanda da formalaşması vacibdir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
V.Bayramovun sözlərinə görə, bu, zaman alan prosesdir və qısa zamanda distant işin bütün sektoru əhatə etməsi kifayət qədər çətindir: “Ənənə formalaşdıqdan sonra bu istiqamətdə təbii ki, addımlar atılacaq. Xüsusilə özəl sektorda könüllü olmalı, məcburiyyət olmamalıdır. Dövlət sektorunda da təbii ki, qurumlar öz fəaliyyətlərinə və ya fəaliyyət sahələrinə uyğun olaraq qərarları verə bilər, amma bütün hallarda qanunvericiliyin təkmilləşməsi ondan xəbər verir ki, artıq növbəti dövrlərdə daha çox həm dövlət, həm də özəl qurumlarda distant iş rejiminə keçidi müşahidə edəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















