Icma.az
close
up
RU
Hansı rayonlarda subsidiyası ödənilməyəcək?

Hansı rayonlarda subsidiyası ödənilməyəcək?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Respublika üzrə pambıq yığımı yekunlaşmaq üzrədir. 

Dekabrın 3-dək əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 348 035 ton xam pambıq tədarük olunub. Dekabrın 3-nə olan operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 34,64 sentner/ha təşkil edir.

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycanın ənənəvi pambıqçılıq rayonlarından sayılan Sabirabadda bu il 11 086,2 hektar sahədə pambıq əkilib. Bugünədək sahələrdən 36 569,2 sentner pambıq yığılıb. Rayonda pambıq üzrə orta məhsuldarlıq göstəricisi 33 sentner/ha təşkil edir. 

Sabirabad rayonunda pambıq əkini aparan fermerlər 8 pambıq emalı şirkəti ilə müqavilə bağlayaraq məhsulu bu şirkətlərə təhvil verirlər. Fermerlərlə ən çox müqavilə bağlayan şirkətlər “Prime Cottton” MMC, “Azərpambıq” MMC, “P-Agro” MMC şirkətləridir. Rayon üzrə fermerlərlə imzalanmış pambıq istehsalı müqavilələrinin təxminən 59 faizi bu şirkətlərin payına düşür.

Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə əsasən, şirkət fermeri zəruri toxum, gübrə, pestisid və herbisidlərlə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerə zəruri məsləhətlər vermək üçün aqronom ayırır, əkin xərclərini qarşılamaq üçün avans verir. 

Fermer isə bunun qarşılığında məhsulu yetişdirmək və müqavilədə müəyyən olunmuş qiymətə şirkətə təhvil vermək öhdəliyinə malikdir. “Contract farming” formatında müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir tətbiq olunur və özünü uğurla doğruldur.

Qeyd edək ki, 2025-ci təsərrüfat ilində Respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 40,24 sentner/ha təşkil edir. Dekabrın 1-dək rayon üzrə əkin aparılmış 8 898,3 ha sahədən 35 808,6 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,47 sentner/ha), Biləsuvar (38,34 sentner/ha), Tərtər (37,17 sentner/ha), Saatlı (35 sentner/ha) və Bərdə (34,96 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir. Salyan rayonunda qeydə alınan 34,30 sentner/ha göstəricisi ümumrespublika göstəricisinə yaxındır.

Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası 15 dekabr tarixinədək pambığın təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Respublikada pambıq yığımı davam edir.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri