Icma.az
close
up
RU
Qarlı havada qəzalar: Bu halda sığorta ödənilməyəcək

Qarlı havada qəzalar: Bu halda sığorta ödənilməyəcək

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 21-dən etibarən ölkə ərazisində qeydə alınan qarlı hava şəraiti nəticəsində yollarımızda qəza hadisələrinin sayı həddsiz dərəcədə artıb. Qəzalar nəticəsində avtomobillərə,vətəndaşların sağlamlığına,əmlaklarına külli miqdarda ziyan dəyir və dəymiş zərərin qarşılanması məsələsi ortaya çıxır.

Bəs sığorta şirkətləri avtomobillərin xərclərini hansı hallarda qarşılayır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sığorta eksperti Şahin İsmayılov bildirib ki, avtomobil sahibləri üçün sığorta şirkətlərinin təklif etdiyi iki növ sığorta məhsulu mövcuddur:

"Bunlardan ən populyar və hər bir sürücünün istifadə etdiyi "Nəqliyyat vasitəsi sürücüsünün mülki məsuliyyətinin icbari sığorta"dır. Bu sığorta yalnız üçüncü şəxslərə vurulan maddi və fiziki zərərləri qarşılayır. Yəni, əgər sürücü buzlu yolda qəza törədərək digər bir avtomobilə, piyadaya və ya obyektə ziyan vurubsa, icbari sığorta bu zərəri müəyyən limitlər çərçivəsində ödəyir. Lakin qəzanı törədən sürücünün öz avtomobilinə dəyən ziyanı icbari sığorta qarşılamır".

Şahin İsmayılov, sığorta eksperti

Ekspert qeyd edib ki, ikinci məhsul avtomobillərin Kasko sığortası məhsuludur və könüllü növdür. KASKO sığortası olan sürücülər buzlaşma səbəbilə baş verən qəzalarda öz avtomobillərinin təmir xərclərini sığorta şirkətindən tələb edə bilərlər. Ancaq burada da bəzi şərtlər var Belə ki, sürücünün yol hərəkəti qaydalarını pozmaması – əgər sürücü yüksək sürətlə hərəkət edərək qəza törədibsə və bu ekspertiza ilə təsdiqlənərsə, sığorta ödənişdən imtina edə bilər. Alkoqollu və ya narkotik maddə təsiri altında olmaması – sürücünün qəza zamanı sərxoş olduğu aşkarlanarsa, sığorta ödənişi edilmir. Sığorta müqaviləsində "təbii fəlakətlər" bəndinin olub-olmaması – bəzi sığorta şirkətləri buzlaşma, dolu, qasırğa kimi hava şəraiti ilə bağlı qəzaları əlavə risk kimi qiymətləndirir. Əgər müqavilədə bu risk əhatə olunmayıbsa, ödəniş edilməyə bilər.

"Sürücülərin əksəriyyəti avtomobillərini qış şəraiti üçün vacib olan rezin şinlərlə təmin etməyib və hətta avtomobilin idarə olunması üçün yararsız şinlərdən istifadə olunur. Belə hal qəza riskini dəfələrlə artırır. Avtomobil şininin yararsız olması halı təsdiq olunarsa, belə hal da sığorta şirkətləri tərəfindən ödənişə imtina halını ortaya çıxara bilər. Ona görə də hərəkət iştirakçıları qarlı, buzlu havalarda təhlukəsizliyi təmin edəcək şərtləri yerinə yetirməyə borcludurlar",- deyə Şahin İsmayılov qeyd edib.

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri