“Hansı səviyyədə olduğumu görəcəyəm” Zverev Sinnerə qarşı final barədə
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Üçqat “Böyük Dəbilqə” finalçısı və dünyanın 3-cü raketkası, alman tennisçi Aleksandr Zverev Avstriyanın paytaxtı Vyanada turnirin dördqat çempionu və dünyanın 2-ci raketkası, italiyalı Yannik Sinnerə qarşı keçiriləcək ATP-500 finalı haqqında danışıb.
İdman.Biz xəbər verir ki, bu, Zverevin Avstraliyadan bəri Yanniklə ilk görüşü olacaq.
“Düşünürəm ki, o vaxtdan onunla oynamamaq əsasən mənim günahımdır. O, demək olar ki, bütün mümkün finallarda oynayıb, mən isə oynamamışam. Bu, ciddi bir sınaq olacaq. Səbirsizliklə gözləyirəm. Dünyanın ən yaxşı iki oyunçusundan biri ilə oynayacağam. Görəcəyəm ki, hansı səviyyədəyəm", - Zverev deyib.
“Australian Open 2025”in finalında Sinner Zverevi 6:3, 7:6, 6:3 hesabları ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 Oktyabr 2025 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















