Icma.az
close
up
RU
Sinnerə yüngül cəza verilməsi narazılıq doğurdu

Sinnerə yüngül cəza verilməsi narazılıq doğurdu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Dünyanın bir nömrəli tennisçisi Yannik Sinnerin antidopinq qaydalarını pozduğuna görə mayın 4-də qədər yarışlardan uzaqlaşdırıldığını xəbər vermişdik.

Daha dəqiqi, Ümumdünya Antidopinq Agentliyi (WADA) 23 yaşlı italiyalı tennisçi ilə dopinq işinin tənzimlənməsi ilə bağlı razılaşma imzalayıb. Sinner cəza müddəti ilə razılaşıb, WADA da İdman Arbitraj Məhkəməsinə onunla bağlı ünvanladığı apellyasiya şikayətini geri çağırıb.
Gözlənilən oldu: tennis dünyası bu razılaşmaya birmənalı reaksiya göstərmədi. Əksəriyyət Sinnerə özəl münasibətdən narazıdı. Almaniyalı tennisçi Aleksandr Zverevin şərhi:

“Çox qəribə, həm də uzun çəkən durumdu: əvvəlcə ona bəraət verdilər, sonra isə belə görünür ki, WADA bu işi yenidən gözdən keçirmək istədi. Hesab edirəm ki, iki variant var. Ya sənin heç bir günahın yoxdu, deməli, səni cəzalandırmamalıdılar. Yox, günahkarsansa, onda dopinq qəbuluna görə 3 aylıq uzaqlaşdırma heç də sərt cəza deyil. Odu ki, fikrimcə, qərar vermək lazımdı: bu Sinnerin günahıdı, ya yox? Yannik günahkar deyilsə, cəzalandırılmamalıdı, yox, günahkardısa, qəribə cəzadı. Bütün bu proses, bir il ərzində başverənlər çox qəribə təsir bağışlayır”.


Serbiyalı ulduz Novak Cokoviç də üçaylıq diskvalifikasiyaya münasibət bildirib:

“Belə çıxır ki, top səviyyəli oyunçusuzsa və yaxşı vəkillərə çıxış imkanınız varsa, cəza müddətinə təsir edə bilərsiz. Sinnerlə Sventek günahsızdı – bu sübut olunub. Yannik komandasının üzvlərinin səhlənkarlığı və səhvi üzündən cəzalanıb. Şəxsən mən və bəzi başqa tennisçilər bunu qəribəlik sayır”.


Amma Cokoviçin sonrakı fikirləri də qəribədi: “Çoxları belə hesab edir ki, bu məsələdə favoritizm prinsipi işə düşüb. Simona Halep, Tara Mur və uzun müddətə cəzalanan başqa tennisçilərin də nümunəsi ilə tanışıq. Mənə elə gəlir ki, ümumilikdə bu sistemlə məşğul olmaq lazımdı, çünki sistem işləmir”.
Bütün bu açıqlamalardan sonra Sinnerin vəkili Ceymi Singerə də tribuna vermək yerinə düşər:

“Hər şey çox ədalətsiz oldu. Sinnerin işi ilə bağlı məhkəmə araşdırması lap əvvəldən “klassik” ssenari üzrə getdi. Ona heç bir xüsusi münasibət olmayıb, sadəcə, testin müsbət nəticələnməsinə gətirib çıxaran şərait spesifik xarakter daşıyıb. Yannik hesab edir ki, onunla yetərincə sərt davrandılar, ancaq onu da etiraf edir ki, hər kəsin fərqli fikri ola bilər. Qalan tennisçilər bu tarixçə ilə bağlı bütün detalları bilmirlər, ona görə də, sadəcə, fikirlərini dilə gətirirlər. Ancaq bəlkə də faktları daha diqqətlə öyrənməyə dəyər. Mən də Sinneri üçaylıq cəzanın doğru olduğuna inandırmaq üçün vaxt sərf etdim. Yəni WADA-nın razılaşma ilə bağlı təklifini qəbul etmək daha doğru qərardı, nəinki CAS-a üz tutmaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri