Icma.az
close
up
RU
Hansı universitet qış imtahanlarına yaxşı hazırlaşıb...

Hansı universitet qış imtahanlarına yaxşı hazırlaşıb...

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gündən Azərbaycandakı bütün ali məktəblərdə qış imtahan sessiyası başlayıb.

Modern.az xəbər verir ki, imtahanların yanvarın sonunadək davam edəcəyi gözlənilir. Bəs universitetlərdə imtahanlar hansı qaydada keçirilir və hazırlıq üçün hansı işlər görülüb?
Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, bakalavriat və magistratura (əyani) səviyyələrində 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 30-da yekunlaşacaq. Qiyabi təhsil alanlar üçün isə imtahan sessiyası 7-13 yanvar tarixlərini əhatə edəcək.

İmtahanlar əyani təhsil alan I, II, III kurslar üçün müvafiq fənlər üzrə yazılı (elektron), test və şifahi (videoqeydiyyatın aparılması ilə), əyani təhsil alan IV kurslar üçün isə test və şifahi (videoqeydiyyatın aparılması ilə) üsulla keçirilir. Qiyabi təhsil alan tələbələr üçün imtahanlar test üsulla təşkil edilib. Magistratura səviyyəsində isə bütün imtahanlar şifahi (videoqeydiyyatın aparılması ilə) üsulla keçiriləcək.

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 9-dan 13-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.
 

Bakı Dövlət Universitetində (BDU) imtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) təşkil olunub.

Sessiya ərzində bakalavriat səviyyəsində 923 qrup üzrə 21000-dən çox, magistratura səviyyəsində isə 455 ixtisaslaşma üzrə 2334 tələbə imtahan verəcək.

Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevral ayının 2-dən 6-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Sessiya fevralın 2-dək davam edəcək.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavr səviyyəsində 30 ixtisas, magistr səviyyəsində isə 60 ixtisaslaşma üzrə imtahanlar keçiriləcək. İmtahanlar yazılı və yazılı-şifahi formada təşkil olunub.

“ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülüb. Şəffaflığın təmin olunması məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imtahan prosesinə nəzarət həyata keçirilir”, - universitetdən bildirilib.

Bu gün start götürən imtahanlar yanvarın 30-da başa çatacaq.

Lənkəran Dövlət Universitetində (LDU) imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 29.12.2025-ci il tarixdən 31.01.2026-cı il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I, III, V tədris ili qrupları üçün 12.01.2026-cı il tarixdən 17.01.2026-cı il tarixinədək, II, IV tədris ili qrupları üçün 26.01.2026-cı il tarixindən 31.01.2026-cı il tarixinədək keçiriləcək.

LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. Rektor imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini bildirib.

LDU-da bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilməklə, 1-ci növbə saat 09:00-dan 11.30-dək, ikinci növbə saat 14.00-daaan 16.30-dək təşkil olunacaq.

Xatırladaq ki, universitetdə tələbələr özlərinin imtahan və kollokvium vaxtlarını seçməkdə tam müstəqildirlər. Tələbələr imtahan gününə qədər istənilən vaxt öz imtahan və kollokvium vaxtlarını elektron qaydada şəxsi kabinetlərinə daxil olaraq seçə və vaxtı dəyişə bilərlər. Hər hansı bir səbəbdən imtahanda və ya kollokviumda iştirak edə bilməyən tələbələr daha sonra elektron qaydada imtahan və kollokvium vaxtlarını dəyişə bilər, və ya tələbə seçdiyi imtahana gəlib imtahan suallarını alarkən öz fikrini dəyişib başqa fəndən imtahanı seçə bilər. Tələbə istəyinə uyğun olaraq imtahanlarını (kollokviumlarını) imtahan üçün ayrılmış müddətin əvvəlində, həmin müddətin sonunda, və ya imtahanlara daha yaxşı hazırlaşa bilmək üçün ayri-ayrı fənlərin imtahanları arasında interval saxlaya bilər. Bununla da tələbələrə təhsil trayektoriyasının, bilik-bacarıq səriştələrinin müəyyənləşdirilməsi zamanı tam sərbəstlik verilmişdir. Artıq 4 ildir ki, Lənkəran Dövlət Universitetində bu sistem tətbiq olunur.

Tələbələrə bir gün öncədən imtahan vaxtlarını və otaqlarını xatırladan sms-lərin göndərilməsi təşkil edilib.

Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektor Natiq İbrahimovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb(25-8-27-86; 25-8-54-18).

“Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları ilk gündən fəaliyyətdədir və imtahan gedən tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.

Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Kitabxana hər gün saat 08.30-dan 17.30-dək fəaliyyət göstərir», - unbiversitetdən bildirilib.

Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası 5 yanvar 2026-cı il tarixindən başlanıb.

İmtahan sessiyasında 5500-dən çox tələbə və magistrant iştirak edəcək.

İmtahanlar yazılı, şifahi, test və seçilmiş fənlər üzrə elektron formatda təşkil olunacaq.

İmtahanların şəffaf və operativ təşkili məqsədilə Operativ Qərargah, İmtahan Mərkəzi və Apellyasiya Komissiyası fəaliyyət göstərəcək, bütün imtahan prosesləri audio-video qeydə alınacaq. Həmçinin, Qaynar xətt nömrəsi (0-104-103-103) tələbə və magistrantlardan gələn müraciətləri qəbul edəcək.

A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see138

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri