Icma.az
close
up
RU
Hansı universitet hansı şəhərdə olacaq?

Hansı universitet hansı şəhərdə olacaq?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ekspertlərə görə, köçürülmə prosesi ixtisaslaşma və regionun potensialı paralelliyi əsasında həyata keçirilməlidir
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına görə, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi öz əksini tapacaq. Hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda bölgələrdə yeni universitetlərin tikintisi məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.
Bu kontekstdə paytaxtda yerləşən hansı ali təhsil müəssisələrinin regionlara köçürülməsinə və hansı təmayüldən olan yeni universitetlərin açılmasına ehtiyacın olması məsələsi gündəmə gəlir. 
Ekspertlərə görə, köçürülmə prosesi ixtisaslaşma və regionun potensialı  paralelliyi əsasında həyata keçirilməlidir. Hər ali məktəb yerləşəcəyi regionun iqtisadi profili ilə uzlaşmalıdır. Belə ki, texniki və sənaye təmayüllü universitetlər - məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi fakültələrinin və ya ümumilikdə texniki profilli müəssisələrin Sumqayıt sənaye zonasına və ya gələcəkdə Qarabağın sənaye mərkəzlərinə (məsələn, Ağdam) yaxın yerləşdirilməsi məqsədəuyğun ola bilər. Kənd təsərrüfatı və aqrar profilli müəssisələr regionlarda yerləşməlidir. Bu müəssisələr Gəncə ilə yanaşı, Lənkəran, Quba-Xaçmaz və digər zonalarla daha sıx inteqrasiya olunmalıdır. Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında logistika və nəqliyyat üzrə ixtisaslaşmış ali məktəb şəhərciklərinin (kampusların) yaradılması məqsədəuyğundur.

Elçin Əfəndi
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi “Yeni Müsavat”a danışıb. Mütəxəssisin fikrincə, Bakı şəhərində fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin mərhələli şəkildə bölgələrə və ya paytaxta yaxın ərazilərə köçürülməsi fikri xüsusilə tələbə kontingenti yüksək olan universitetləri əhatə edir: “Eyni zamanda şəhərin mərkəzində yerləşərək sıxlığa və infrastruktur yüklənməsinə səbəb olan ali məktəblərin paytaxtdan kənara çıxarılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Bu qərarın arxasında duran əsas ideya ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və 2050-ci ilə qədər Bakının yenidən qurulmasını nəzərdə tutan Baş Plan çərçivəsində formalaşıb. Həmin strategiyada ali təhsil müəssisələri üçün xüsusi universitet şəhərciklərinin yaradılması planlaşdırılır. Bu şəhərciklər yalnız tədris binalarından ibarət olmayacaq, eyni zamanda tələbə yataqxanaları, müasir laboratoriyalar, elmi-tədqiqat mərkəzləri və sosial infrastruktur obyektlərini də özündə birləşdirəcək. Məqsəd universitetləri bir məkanda cəmləşdirmək, vahid akademik mühit formalaşdırmaq və təhsilin  keyfiyyətini yüksəltməkdir".
Elçin Əfəndi qeyd edib ki, belə bir yanaşmanın həyata keçirilməsi yalnız paytaxtın yükünü azaltmaqla məhdudlaşmır, universitetlərin bölgələrə köçürülməsi həmin ərazilərin sosial-iqtisadi inkişafına ciddi təkan verə bilər: “Yeni tələbə axını, müəllim heyətinin yerləşməsi, xidmət sektorunun genişlənməsi və ümumilikdə iqtisadi dövriyyənin artması regionlarda canlanma yaradacaq. Turizm, xidmət və digər sahələrdə də müsbət dinamika müşahidə oluna bilər. Bununla yanaşı, universitet şəhərciklərinin yaradılması təhsil prosesinə də müsbət təsir göstərəcək. Müəllim və tələbələrin eyni akademik mühitdə cəmləşməsi elmi müzakirələrin intensivliyini artıracaq, tədqiqat fəaliyyətini stimullaşdıracaq və nəticə etibarilə akademik göstəricilərin yüksəlməsinə gətirib çıxaracaq. Bu cür mühitdə innovativ yanaşmaların tətbiqi, elmi layihələrin həyata keçirilməsi və beynəlxalq əməkdaşlıqların genişlənməsi daha real görünür”.
Təhsil mütəxəssisi paytaxtdan köçürülə biləcək universitetlərin adlarını da açıqlayıb: “Bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Mədəniyyət və İncəsənət Universiteti ola bilər. Eyni zamanda şəhər mərkəzində fəaliyyət göstərən bəzi özəl ali təhsil müəssisələrinin də paytaxtdan kənarda yerləşən kampuslara köçürülməsi mümkündür.
Bu universitetlərin vahid kampus şəklində fəaliyyət göstərməsi həm tədris keyfiyyətinin artmasına, həm də tələbələrin sosial həyatının daha sistemli təşkilinə imkan yaradacaq. Digər tərəfdən, onların Şamaxı və digər regionlara köçürülməsi həmin bölgələrin inkişafına mühüm töhfə verə bilər. Beləliklə, bu təşəbbüs həm paytaxtın urbanistik problemlərinin həllinə, həm də regionların balanslı inkişafına xidmət edən strateji addım kimi qiymətləndirilə bilər".

Natiq Cəfərli — Vikipediya

Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, işğaldan azad olunmuş bir neçə şəhəri tələbə şəhərciyinə çevrilmək mümkündür: “Bu, yalnız təhsil sahəsinin inkişafına deyil, eyni zamanda Qarabağ bölgəsinin məskunlaşmasına, iqtisadi aktivliyin artmasına və ümumilikdə regionun sosial həyatının canlanmasına mühüm töhfə verə bilər. Paralel olaraq, bu addım Bakının üzərindəki demoqrafik və infrastruktur yükünün azaldılması baxımından da əhəmiyyətli rol oynaya bilər. Burada əsas məsələ yalnız universitetlərin köçürülməsi ilə məhdudlaşmır. Söhbət tam mənada müasir standartlara cavab verən tələbə şəhərciklərinin, kampusların yaradılmasından gedir. Yəni bu, sadəcə universitet binasının başqa əraziyə köçürülməsi deyil, bütöv bir akademik-ekosistemin formalaşdırılması deməkdir. Təbii ki, belə genişmiqyaslı layihələrin həyata keçirilməsi ciddi maliyyə vəsaiti tələb edir. İnfrastrukturun sıfırdan qurulması, kommunikasiya xətlərinin çəkilməsi, müasir təhsil mühitinin yaradılması və yaşayış üçün əlverişli şəraitin təmin olunması böyük investisiya tələb edən prosesdir. Bu səbəbdən layihənin qısa müddətdə tam reallaşdırılması real görünmür. Çox güman ki, bu proses mərhələli şəkildə, bir neçə il ərzində həyata keçiriləcək.
Məhz bu baxımdan, planlı və addım-addım yanaşma daha məqsədəuyğun hesab edilə bilər. Xüsusilə Xankəndi, Ağdam və Füzuli kimi şəhərlərin tələbə şəhərciklərinə çevrilməsi bu baxımdan diqqət çəkən variantlardır. Bu şəhərlərin coğrafi mövqeyi, yenidənqurma imkanları və strateji əhəmiyyəti nəzərə alınaraq, burada müasir universitet kampuslarının yaradılması mümkündür. Belə bir yanaşma həmin ərazilərin sürətli məskunlaşmasına, yeni iş yerlərinin yaranmasına, xidmət sektorunun inkişafına və ümumilikdə Qarabağ iqtisadiyyatının dirçəlməsinə güclü təkan verə bilər".
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qriqoryan Şirvanzadə məktəbində səs verdi Divarların vəziyyəti müzakirə mövzusu oldu

07 İyun 2026 20:15see578

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see341

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see254

Bu şəxslərin beyni daha gec YAŞLANIR

08 İyun 2026 02:03see202

Parkinqdə sürücülər əsassız yerə cərimələnirlər? Həll yolu nədir? FOTO

07 İyun 2026 18:28see195

Azərbaycanda minlərlə iş yeri bağlandı Nə baş verir?

08 İyun 2026 14:16see194

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see193

2026 cı ildə Avropa aviaşirkətlərinin mənfəəti azalacaq Uilli Uolş

07 İyun 2026 19:47see188

İmmunitetdən kənar faydalar: hanımeli bədən üçün nə edir?..

07 İyun 2026 20:44see183

Qonşulara pul verdilər, üç gün toy etdilər… Detallar

08 İyun 2026 03:07see183

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

07 İyun 2026 19:45see180

Media sənayesində əhəmiyyətli dəyişikliklər gözlənilir...

07 İyun 2026 20:55see180

İranın hücumları zamanı vurulan sərnişin təyyarəsi deyil AÇIQLAMA

08 İyun 2026 01:29see174

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see173

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı fəaliyyətini DAYANDIRDI

08 İyun 2026 01:48see173

“Mediada oxudum” Emin Ağalarov atasının ikinci evliliyi haqqında

08 İyun 2026 02:48see172

Ermənistan sülh gündəliyini fəal şəkildə davam etdirəcək Armen Qriqoryan

07 İyun 2026 19:19see172

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see171

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see170

Azərbaycan gimnastları üç “qızıl” qazandı

08 İyun 2026 18:18see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri