Icma.az
close
up
RU
Hansı universitetlərdə geyimlə bağlı qadağalar var? SORĞU

Hansı universitetlərdə geyimlə bağlı qadağalar var? SORĞU

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Yeni tədris ilinin başlamasıyla birlikdə universitetlərdə geyimlə bağlı müzakirələr də gündəmə gəlir. Yeni tələbə adı qazananları bir sual maraqlandırır: Görəsən, oxuduğum universitetdə geyimimlə bağlı qadağalar qoyulmayacaq ki?

Lent.az bu sualla bağlı universitetlər arası sorğu keçirib.

Bakı Dövlət Universitetindən sorğumuza bildirildi ki, BDU-da geyimlə bağlı heç bir məhdudiyyət yoxdur:

“BDU tələbələri həmişə səliqəli geyimləri ilə seçilirlər”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidmətindən təhsil müəssisəsində geyimlə bağlı heç bir məhdudiyyət olmadığı bildirildi.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) sorğumuza cavabda bildirildi ki, universitetdə tələbə və əməkdaşların geyimi ilə bağlı müəyyən davranış qaydaları mövcuddur:

“Bu qaydalar geyimdə ümumi etik standartların qorunmasına, akademik mühitin ciddiyyətinin təmin edilməsinə və milli-mənəvi dəyərlərə hörmət prinsipinə əsaslanır.

Geyimlə bağlı tələblər diskriminativ xarakter daşımır və dini, mədəni və ya fərdi geyim seçimlərinə qadağa tətbiq edilmir. Əsas məqsəd — tədris mühitində rahatlıq, qarşılıqlı hörmət və professional yanaşmanın təmin edilməsidir.

Müəyyən qeyri-rəsmi geyim formaları — məsələn, idman geyimi, çox açıq və ya şəffaf paltarlar, imtahan və dərs prosesinə uyğun olmayan qeyri-rəsmi geyimlərlə universitetə daxil olmaq tövsiyə olunmur. Bu məhdudiyyətlər istisnasız şəkildə hər kəsə – həm tələbələrə, həm də universitet əməkdaşlarına şamil olunur.

Universitetin daxili nizamnaməsində geyimlə bağlı bu cür tənzimləmələr beynəlxalq təcrübəyə uyğun olaraq, ümumi davranış və etik kodeks çərçivəsində təqdim olunub və şəxsi inanc və ya kimliklərə müdaxilə məqsədi daşımır”.

Azərbaycan Dillər Universitetindən bildirildi ki, təhsil müəssisəsində geyimlə bağlı heç bir qadağa yoxdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətindən geyimlə bağlı sorğuya bildirildi ki, ADMİU-da yalnlız şortik və çəkələk deyilən ayaqqabı növünə qadağa var:

“Eyni zamanda, çox açıq-saçıq geyinən tələbələrə xəbərdarlıq edilir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetdən bildirildi ki, ADPU-da təhsilalanlara geyimlə bağlı xüsusi qadağa və məhdudiyyət tətbiq edilmir.

“Tələbələrə geyimdə müəllim nüfuzunu xərər gətirəcək element və ayrıseçkiliyi təblig edən simvollardan istifadə etməmək tövsiyə olunur”.

Qarabağ Universitetindən qeyd olundu ki, təhsil müəssisəsində tələbələrin geyim üslubu ilə bağlı xüsusi qadağa və ya məhdudiyyət tətbiq edilmir.

“Bununla belə, tələbələrə akademik mühitə uyğun geyimlərdən istifadə etmələri tövsiyə olunur”.

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, AU-da tələbələr üçün nizam-intizam qaydaları var:

“Bu qaydalar xaricində tələbələr üçün hər hansı qadağa yoxdur”.

Azərbaycan Milli Konservatoriyadan sorğumuza cavabda bildirildi ki, universitet milli yaddaş və dəyərləri yaşatmaq, ənənələri davam etdirmək məqsədi daşıyan bir universitet olduğu üçün burada təhsil alan tələbə xanımlar və bəylər artıq harada təhsil aldıqlarını yaxşı bilirlər. Buna görə də bu sahədə hər hansı bir problemimiz olmayıb.

“Sözügedən qadağaların heç biri bizim universitetdə mövcud deyil. Bu baxımdan tələbələrimizdən çox razıyıq – onlar təhsil aldıqları elm ocağına layiq geyim tərzinə üstünlük verirlər.

Hicabla bağlı isə bunu deyə bilərəm ki, universitetimizdə hicablı əməkdaşlarımız da fəaliyyət göstərir. O cümlədən tələbələrimizə də bu mövzuda heç bir məhdudiyyət və ya qadağa tətbiq olunmayıb”.

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi, İlahiyyat Universiteti, ADA, Bakı Slavyan Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Turizm və Memarlıq Universiteti sorğumuza cavab vermədi. Lakin əvvəlki illərdə sözügedən müəssisələrdən bəzilərində tələbələrlə geyim məsələsində problemlər yaranmışdı. 

Builki vəziyyətin nə yerdə olduğu ilə bağlı sorğuya cavab aldıqdan sonra paylaşacağıq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Sentyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri