Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Universitetlərdə hansı yeni ixtisaslar üzrə qəbul aparılacaq? SORĞU

Universitetlərdə hansı yeni ixtisaslar üzrə qəbul aparılacaq? SORĞU

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, artıq ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Bütün ixtisas qrupları üzrə seçim 11–19 avqust tarixlərində olacaq.

Bəs 2025–2026-cı tədris ilində universitetlərdə hansı yeni ixtisaslara qəbul aparılacaq?

Metbuat.az mövzu ilə bağlı bir sıra ali təhsil müəssisələrinə sorğu göndərib.

Sorğumuza cavab olaraq Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Namazova bildirib ki, yeni tədris ilindən Sosial elmlər və psixologiya fakültəsində bakalavriat səviyyəsində “Xüsusi pedaqogika” ixtisasına qəbul aparılacaq. Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli qüsurlu uşaqların və böyüklərin inkişafının psixoloji xüsusiyyətlərini, onların təhsilinin nəzəri əsaslarını, prinsiplərini, metodlarını və təşkilati formalarını öyrənir. Bu ixtisas müxtəlif istiqamətləri əhatə edir:

"Surdopedaqogika" - eşitmə və danışma məhdudiyyətli şəxslərin təlim-tərbiyəsi, "Tiflopedaqogika"– görmə məhdudiyyətli şəxslərin təlim-tərbiyəsi, "Oliqofrenopedaqogika"– əqli geriliyi olan şəxslərin təlim-tərbiyəsi, "Loqopediya"– nitq qüsurlu şəxslərin təlimi və reabilitasiyası.Autizm, daun sindromlu, hiperaktivlik, davranış dayaq hərəkət aparatı pozulmaları ilə bağlı uşaqlarla pedaqoji iş də “Xüsusi pedaqogika” ixtisas sahəsinə daxil olmaqla gələcək mütəxəssisləri praktik iş üzrə hazırlayır. “Xüsusi pedaqogika” ixtisasını uğurla bitirən məzunlar Respublikada sağlamlıq imkanları məhdud olan uşaqlar üçün olan xüsusi dövlət internat məktəbləri, sağlamlıq mərkəzləri, eləcə də özəl psixologiya və tibb mərkəzlərində fəaliyyət göstərə bilərlər",- deyə Kəmalə Namazova əlavə edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev bildirib ki, bu il yeni ixtisas üzrə qəbul aparılmayacaq. Yalnız əvvəl mövcud olan “Daşınmaz əmlakın idarə olunması” ixtisasının adı müasir tendensiyalara uyğun olaraq dəyişdirilib. Onun sözlərinə görə bundan əlavə, son illərdə “Şəhərsalma”, “Logistika”, dizayn və inşaat mühəndisliyi üzrə ixtisaslara qəbul davam edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, 2025–2026-cı tədris ilində yeni ixtisas üzrə qəbul aparılmayacaq. Lakin qəbul planı ötən ilə nisbətən 2655 yerindən 2705 yerə qaldırılıb. Bəzi ixtisasların adları məzmun yenilənməsinə görə dəyişdirilib:

"Korreksiyaedici təlim"- Xüsusi pedaqogika, "İnformatika müəllimliyi"- İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi, "Riyaziyyat və informatika müəllimliyi"- Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi. Bundan başqa, mövcud 25 ixtisas üzrə rus və ingilis bölmələrində qəbul yerləri artırılıb. İngilis dilli ixtisasların sayı 4-dən 7-yə çatıb".

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı bildirib ki, bu il yeni ixtisas üzrə qəbul aparılmayacaq.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentindən Elnur Mədətoğlu bildirib ki, 2025–2026-cı tədris ilində bakalavriat səviyyəsində “Data analitikası” ixtisasına qəbul aparılacaq.

Xəzər Universitetinin İctimai əlaqələr və media şöbəsinin direktoru Əlövsət Əmirbəyli qeyd edib ki, bakalavriat səviyyəsində bu il iki yeni ixtisas üzrə "Biotexnologiyax", "İnformasiya təhlükəsizliyi" üzrə qəbul aparılacaq. Magistratura səviyyəsində isə 4 yeni ixtisas üzrə "Baytarlıq təbabəti", "Dizayn", "Data elmləri", "Turizm işi" qəbul aparılacaq.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, bu il yeni ixtisas üzrə qəbul aparılmayacaq.

ADA Universitetinin Mətbuat katibi Samirə Ağayeva bildirib ki, 2025–2026-cı tədris ilində "İtaliya-Azərbaycan Universiteti" layihəsi çərçivəsində ilk dəfə olaraq Dizayn və Memarlıq fakültəsində "Kommunikasiya dizaynı" və "Şəhərsalma" ixtisaslarına qəbul aparılacaq.

Ülkər Cəlilzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 Avqust 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see266

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see190

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see187

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see154

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see145

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see142

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see133

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri