Icma.az
close
up
RU
Hansı xalqların dilində hansı sözlər daha çoxdur? 616 dil araşdırıldı

Hansı xalqların dilində hansı sözlər daha çoxdur? 616 dil araşdırıldı

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avstraliyalı alimlər Kanadada danışılan inuit dillərindən biri olan inuktitut dilində qarın təsviri üçün ən çox sözün olduğunu təsdiqləyiblər. Lakin "qar lüğəti” baxımından zəngin olan təkcə şimal dilləri deyil: qarı təsvir edən sözlərin sayına görə ilk iyirmiliyə yapon və şotland dilləri də daxil olub.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tədqiqat "Proceedings of the National Academy of Sciences” jurnalında  dərc olunub.

Alimlər, həmçinin, müəyyən bir dil üçün ən məşhur anlayışları təyin etməyə və ya konkret anlayış üçün ən çox söz olan dili tapmağa imkan verən onlayn alət də hazırlayıblar.

Tədqiqatçılar 616 dünya dili üzrə 1574 ingilis dilindən tərcümə edən lüğət bazası toplayaraq, fərqli dillərdə hansı anlayışların daha çox təsvir olunduğunu araşdırıblar.

Kompüter təhlilinin köməyi ilə alimlər müəyyən sözlərin lüğətlərdə təkrar olunma tezliyini müqayisə edərək nəticəyə gəliblər ki, müxtəlif dillərin leksikası tez-tez mədəni xüsusiyyətləri əks etdirir.

Tədqiqatçılar elmi ədəbiyyatda əvvəldən təsvir edilmiş 163 dil-semantik əlaqəni yoxlayıblar və əksəriyyəti təsdiqlənib.

Məsələn, monqol dilində atlarla bağlı çoxlu söz var: arğamaq ("gözəl yüyənli at”) və ya çödörlöh ("ata buxov atmaq”). Yapon dilində isə dad və vəzifələrlə bağlı çoxlu leksik elementlər var, hindidə isə sevgi ilə bağlı.

Alman dilində pivə ilə, fiji dilində balıqla, maori dilində isə qıjı ilə bağlı çoxlu söz var.

Tədqiqatın ən maraqlı suallarından biri "qar üçün onlarla söz” ifadəsi ilə bağlı olub. Bu ifadə inuit dillərinə dair uzun illərdir mövcud olan, "eskimosların böyük lüğət mifologiyası” adlandırılan iddiaya əsaslanır.

Lakin alimlər bildirirlər ki, bu iddia həqiqətə uyğundur: 616 dil arasında inuktitut (Şərqi Kanada inuktitutu) qarla bağlı ən çox leksik vahidə malikdir. Bu dildə, məsələn, kikalukpok ("bərk qarda yeriyərkən çıxan səs”) və apingaut ("ilk qar”) kimi sözlər var.

Qarla bağlı ən çox sözə malik olan iyirmi dil sırasına Alyaska dilləri ilə yanaşı yapon və şotland dilləri də daxil olub. Məsələn, şotland dilində doon-lay ("güclü qar yağışı”), feughter ("gözlənilmədən yağan yüngül qar”) və fuddum ("ara-sıra yağan qar”) kimi sözlər var.

Eyni zamanda leksik zənginlik coğrafi iqlimlə həmişə uyğun gəlmir. Məsələn, Cənubi Afrikada yağıntılar azdır, lakin bu bölgənin dilləri – nyanca, şona və East Taa – yağışla bağlı çoxlu sözə malikdir.

East Taa dilində bu sözlərin çoxu yağıntının ritualları ilə bağlıdır. Məsələn, lábe ||núu-bâ – göy gurultusuna yağış üçün edilən hörmətli müraciət formasıdır,|qába isə yağış çağırmaq üçün edilən rituallı su səpməkdir.

Tədqiqat zamanı, həmçinin, qoxularla bağlı çoxlu leksik elementlərə malik olan dillər də aşkarlanıb. Məsələn, marşallı dilində jatbo ("nəmişik parça qoxusu”), meļļā ("qan qoxusu”) və aelel ("əllərdə və ya qabda qalmış balıq qoxusu”) sözləri var.

Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, təhlil yalnız lüğətlərdəki sözlərin sayına əsaslanır və ona görə də qəti nəticələr çıxarmaq tezdir.

Alimlər məqsədlərinin yalnız potensial dil-mədəni əlaqələri ortaya qoymaq olduğunu bildirir və müəyyən dillərlə bağlı stereotiplərdən çəkinməyə çağırırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri