Icma.az
close
up
RU
Hansı xarakterik xüsusiyyətlər insana irsən keçir? Rusiyalı mütəxəssisdən açıqlama

Hansı xarakterik xüsusiyyətlər insana irsən keçir? Rusiyalı mütəxəssisdən açıqlama

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İnsan xarakterinin xüsusiyyətləri ətraf mühit, şəxsi təcrübə və genetika kimi bir çox amillərin təsiri ilə formalaşır.

Müəyyən edilib ki, sinizm (və ya kinizm - əxlaq normalarına, mədəni dəyərlərə və ədəb ideyalarına açıq olan, onları qətiyyətlə rədd edən və nifrət edən münasibət), ekstraversiya, xoşməramlılıq, yeni təcrübələrə açıq olmaq, neyrotizm (narahatlıq, həyəcanlılıq, gərginlik və özünə inamsızlıq halları ilə xarakterizə olunur) və vicdanlılıq genetikadan asılı ola bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı mütəxəssis, bioloq Yekaterina Surkova "Gazeta.ru"ya müsahibəsində danışıb.

"Genetika əhəmiyyətli töhfə verir. Bizim DNT-miz orqanizmimizdəki müxtəlif biokimyəvi reaksiyalarda iştirak edən və bununla da davranışımıza təsir edən zülalların strukturu haqqında məlumat daşıyır. Kimyəvi reaksiyalar emosiyalarımızın və şəxsi xüsusiyyətlərimizin dofamin, serotonin, qamma-aminobutirik turşusu və digər bu kimi əsas "oyunçularının" maddələr mübadiləsini və hərəkətlərini müəyyən edir. Bu maddələrin necə, nə vaxt, harada və nə dərəcədə aktiv olacağı genomumuzda kodlanmış zülallardan asılıdır", - deyə mütəxəssis bildirib.

Hansı dəyişikliklərin və hansı genlərin xarakterimizə təsir etdiyini müəyyən etmək üçün elm adamları GWAS (genome-wide association study - tam genom miqyaslı assosiasiya tədqiqatı) tədqiqatları aparırlar. Bunun üçün iki qrup insanın genomları müqayisə edilir: müəyyən xüsusiyyətə malik olanlar və olmayanlar. Bu qruplardan olan insanların DNT nukleotid ardıcıllığında aşkar edilən əhəmiyyətli fərqlər bu xüsusiyyətlə əlaqəli hesab olunur.

"Məsələn, elm adamları göstəriblər ki, CROT geninin müəyyən variantlarına sahib insanlar sinizmə daha çox meyilli olurlar. Son araşdırmada Yel Tibb Məktəbinin tədqiqatçıları şəxsiyyət xüsusiyyətlərinin "Böyük beşliy"inin hər biri ilə - ekstraversiya, xoşməramlılıq, yeni təcrübələrə açıq olmaq, neyrotizm və vicdanlılıq ilə əlaqəli olan genetik variasiyaları müəyyən etmək üçün "Milyon veteran" proqramının məlumatlarından istifadə etməklə, GWAS həyata keçiriblər. Nəticədə, alimlər bu şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli olan 200 yeni genetik variant müəyyən ediblər", - deyə Yekaterina Surkova qeyd edib.

Ancaq başa düşmək lazımdır ki, xarakter bir və ya iki gen ilə deyil, bir çox qarşılıqlı əlaqədə olan genetik amillər ilə formalaşır. Üstəlik, genlərin ətraf mühit və təcrübə ilə qarşılıqlı əlaqəsi bu məsələni daha da çətinləşdirir. Bununla belə, Surkova vurğulayıb ki, şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli olan genetik meyillərinizi bilməklə, bu məlumatı şəxsi inkişafınız üçün istifadə edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri