Hansı yaşda ət yemək ömrü uzadır? Elmi araşdırma
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər.
Bizim.Media xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanın nəticələri "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.
Alimlər 80 yaşdan yuxarı 5 203 nəfərin məlumatlarını təhlil ediblər. Onlardan 1 459-u 100 yaşa qədər yaşayıb, digərləri isə daha erkən vəfat ediblər.
Tədqiqatçılar iştirakçıların qida rasionlarını müqayisə edərək ət istehlakı ilə uzunömürlülük arasındakı əlaqəni araşdırıblar.
Məlum olub ki, çəkisi normadan az olan yaşlılar arasında hər gün ət yeyənlərin 100 yaşa çatmaq ehtimalı vegetarianlarla müqayisədə 44% daha yüksəkdir. Lakin normal və ya artıq çəkisi olan şəxslərdə belə fərq qeydə alınmayıb.
Eyni zamanda, ət istehlakı ilə uzunömürlülük arasındakı əlaqə əsasən qadınlarda müşahidə edilib. Kişilərdə isə mütəxəssislər belə bir əlaqə aşkar etməyiblər.
Alimlər, həmçinin müəyyən ediblər ki, ət yeməyən, lakin balıq, yumurta və ya süd məhsulları istehlak edən yaşlı insanların 100 yaşa qədər yaşamaq ehtimalı ət yeyənlərlə təxminən eyni səviyyədədir.
Tədqiqatçılar hesab edirlər ki, əsas məsələ yalnız ətin özü deyil, onun tərkibindəki qida maddələridir. Yaşlılıq dövründə əzələ kütləsini qorumaq və orqanizmin zəifləməsinin qarşısını almaq üçün kifayət qədər zülal və kalori qəbul etmək xüsusilə vacibdir.
Araşdırmanın müəllifləri vurğulayırlar ki, əldə edilən nəticələr ət istehlakının birbaşa ömrü uzatdığını sübut etmir. (Oxu.Az)
Bizim.Media
Baxış sayı:96
Bu xəbər 16 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















