Icma.az
close
up
RU
“Hansısa klubumuzun akademiyasının olduğunu deyə bilmərik”

“Hansısa klubumuzun akademiyasının olduğunu deyə bilmərik”

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Azərbaycanda futbol da var, futbolçu da” deyən Aqil Nəbiyevin çalışdırdığı U-17 yığmamız Fransadan 8 cavabsız top buraxandan sonra İsraildən də 5 qol “yedi”. Amma bu dəfə cavabsız yox.

Bir qol vura bildilər. Belə ki, hər kəsin ilk hissəyə minimal hesablı məğlubiyyətlə gedəcəyimizi düşündüyü anda yeniyetmələr hesabı bərabərləşdirdilər. İkinci hissədə rəqib qapımızdan dörd qol keçirdi.
Əlbəttə, ortada məğlubiyyət varsa, əsas günahkar, daha doğrusu, məsuliyyət sahibi baş məşqçidi. Amma hər şeyi Aqil Nəbiyevin üstünə yıxmayaq. U-17-nin heyətində yer alan futbolçuların hansı komandaların formasını geydiyinə də baxaq.
6 futbolçu “Marset” akademiyasında çıxış edir. Xatırladaq ki, bu akademiya “Barselona”nın nəzdindədi. Yığmanın düşərgəsinə 7 futbolçu “Sabah”dan, 5 futbolçu “Qarabağ”dan gəlib. Bir futbolçu hətta “Qarabağ”ın əsas komandasında ötən mövsümün sonunda debüt də edib. Söhbət Amin Rzayevdən gedir. O Amin ki, İsraillə oyunun son saniyələrində qırmızı vərəqə almaqla Rumıniya ilə bu gün keçiriləcək matç ərəfəsində komandasını çətin vəziyyətdə qoydu.
Təbii ki, hər ölkədə futboldakı uğurların fundamenti uşaq futbolunda qoyulur. Bizdə isə... Əsas milli komanda qara gündədi, aşağı yaş qrupları üzrə yığmalar ondan da betər vəziyyətdədi. Bəs sonumuz hara gedir? Növbəti nəsildən də ümidimizi kəsək? Bu suallar ətrafında “Qarabağ”ın akademiyasının əlaqələndiricisi Aftandil Hacıyevlə danışdıq:

“17 yaş artıq Avropada peşəkar sayılan yaşdı. Bəli, U-17 yığmamızda “Sabah”ın, “Qarabağ”ın, “Marset” klubunun akademiyasının uşaqları coxluq təşkil edir. Ölkədə ümid etdiyimiz uşaqlar burdan çıxır. Bura “Neftçi”, “Qəbələ”, “Zirə” klublarının akademiyasının futbolçularını da daxil edərdim. Amma belə nəticələr ortaya çıxırsa, deməli, daha artığını etməliyik. Əslində hansısa klubumuzun akademiyasının olduğunu deyə bilmərik. Heç bir klubda akademiyaya aid bölümlər yoxdu. Bunlara klubların nəzdində fəaliyyət göstərən məktəb demək daha doğru olar. Hələ ki akademik səviyyəyə çatmamışıq. Buna görə məşqçiləri günahlandırmaq düzgün olmazdı. Problemlər idarəetmə ilə bağlıdı. Yarışları keçirməyə meydançalar tapılmır. Birdən-birə Fransaya qarşı təbii otda oynayanda necə olmalıdı ki? İl ərzində bir dəfə belə şansları olur. Onda da Avropa çempionatına düşməyi tələb etmək sadəlövhlük olar. Buna görə heç kimi günahlandırmıram. Məşqçilərin inkişafını düşünməliyik. Hər şeyə aydın şəkildə baxmalıyıq. Mən iki ildi “Qarabağ” Futbol Klubunun akademiyasının rəhbəriyəm. Gəldiyim gündən rəhbər şəxslərlə - Tahir Gözəllə, Qurban Qurbanovla danışmışam. Hamısı akademiyanın olmasını istəyir. Burda uşaqların gündəlik həyatı da çox vacibdi. Bir çox Avropa ölkələrində klub akademiyası əsas komanda ilə birgə məskunlaşır. Sonuncu dəfə “Benfika” səfərində də bunun şahidi oldum. Uşaq futbolu ilə əsas komanda bir yerdədi. Biz də belə olmasını istəyərdik. Bizə Suraxanıda yer ayrılması daha məqsədəuyğun olar”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Oktyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri