Icma.az
close
up
RU
Bizə hansısa ayətullah lazımdırmı?..

Bizə hansısa ayətullah lazımdırmı?..

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Deyilənə görə, İranın dini lideri Seyid Əli Xamenei dünyasını dəyişəndə bizim Azərbaycanda da ona dərhal "Yasin” oxutduranlar olub. Yox, əsla mürdəşir-filan deyilik ki, "aha, daha bir ölü də var, qazancımız olacaq!” deyək.

Bizi bir azca fərqli sual düşündürür: görən, həm də Seyid Əli Xameneinin sayəsində dünyasını dəyişən etirazçılara kim "Yasin” və yaxud da rəhmət oxuyacaq? Axı onlar da az deyildi, minlərlə idi...

Nə isə! Bu da artıq keçmişdir. Amma hələ nataman, ona görə ki, mühairbə gedir və məlum deyil, İranın tarixi yeni səhifədən başlayacaq, yoxsa köhnə səhifənin davamı olacaqdır? 

Hiss olunur ki, "yuxarı”da heç kim "təzə səhifə”, ciddi dəyişiklik haqqında düşünmür. Hətta belə düşünən varsa da bunu gizlin saxlayır, demir, çünki ehtiyat edir.

İranın ruhani hakimiyyəti bu səbəbdən "köhnə səhifə”nin davamını yazmağa qərar verdi, özünün növbəti dini liderini seçdi və bu da bizim keçmiş Seyidin oğlu Müctəba oldu ki, bunun özü də çox maraqlı bir detaldır. Niyə görəsə, axır vaxtlar hər yerdə "ata-oğul tandeminə” daha çox təsadüf olunur: bəlkə qonşu İran da islam respublikasından daha çox keçmiş xilafətə çevirlib və xəbərimiz yox?

Belədə isə Müctəbanın hakimiyyətə gəlişi bizi qəti hansısa formada məşğul etmədi, ona görə ki, ağlımızdan fikir keçdi ki, bəlkə o, İranın sonuncu dini lideri olacaq? Həm də adamdan umacağımız yox! Hərçənd, istisna etmirik: Müctəbanın gəlişi İran siyasətini az da olsa, çərçivəyə salar, amma ola bilsin, onun heç bu xidmətinə ehtiyac olmayacaq, çünki belə görünür Trampın da öz "molla”sı var: deyəsən, elə o, da düşünür ki, İranın problemi yaxşı siyasi rejim məsələsi yox, daha yaxşı molladır, necə ki, bəziləri hələ indi də Tehran üçün "daha yaxşı padşah” axtarır...                              

Bir detalı da qeyd edərdik burada. Deyirlər ki, bəs azərbaycanlılar da iranlılar kimi şiədirlər. Belə deyil, əvvəla, bəlkə də şiəyik, amma ki, İran kimi yox. Belədə isə azərbaycanlılar nə şiədir, nə də sünni, biz müsəlmanıq, Allahı, Peyğəmbəri və Quranı tanıyırıq, kimsədən "Kərbəla müsibəti”nin əvəzini çıxmaq fikrimiz də yox! İnsafən, Ruhani İdarəsi də şiə-sünni söhbətlərinin tamam aradan qaldırılmasına çalışır, insanlar heç bir fərq bilmədən birlikdə namaz qılır! Ona görə bizi iranlı ayətullahlarla heç nə bağlamır, nə şiə, nə də sünni "qövsü”nün üzvü deyilik, bizimçün müsəlmanlar və islam ölkələri var.

Əlbəttə, az qala, 1500 il bundan əvvəl baş vermiş Kərbəla hadisələri çox təsirlidir, hətta ibrətamizdir, belə olmasaydı Mahatma Qandi kimi böyük siyasət mütəfəkkirinin də diqqətini cəlb etməzdi. 

Amma insanlar, çox təəssüf, bu olaydan da düzgün nəitcə çıxarmır. Aşurada başlarına-dizlərinə döyür, amma yenə də zülmə-zalıma boyun əyir, hətta bəzən özləri də zalımlıq edir, kiminsə haqqını tapdayırlar. 

Həm də 1500 il keçib o hadisələrdən. Ona görə də bu məsələdə hansısa teatrallığa, canfəşanlığa ehtiyac yoxdur: 1500 ildən sonra durub kimisə o hadisələrə görə cəzalandırası deyilik ki?

Həm də bizə kənardan hansısa dini lider heç vaxt lazım olmayıb, heç indi də buna ehtiyacımız yox: axundumuz da var, mollamız da və hətta artıq öz illahiyyatçılarımız da.

Ona görə də molla Müctəbayla da işimiz yox – ağlında bir yaxşı şey varsa, qoy, bunu iranlı qardaşlarımız üçün etsin. Halbuki biçarə iranlılar  bundan daha cana yığılıb. Peyğəmbər, İslam buyurur ki, dinimizdə məcburiyyət yoxdur. Bəlkə bunun mollaların İranda az qala, yarım əsrdir  davam edən hakimiyyətinə də aidiyyəti, dəxli var?..

O ki qaldı İranda baş verən savaşa, Trampın "molla” rejiminə daha bir təzyiq kanalı vardı. 

Amerikalılar danışıqları siyasi-dünyəvi hakimiyyətlə, Pezeşkianla aparmağı təkid edə bilərdi. "Molla”lar nə edəcəkdi? Gez-tez, məcbur qalıb razılaşacaqdılar! Amma ABŞ diplomatları nə etdi? İlk gündən elan etdilər ki, real hakimiyyətlə, yəni "molla”larla danışıq apacağıq! Eyni gülünclüyü Ukraynada edirdilər: Zelenski neçə dəfə deyib ki, Vaşinqton Rusiyadan çox bizə təzyiq edir!..

Bu kanal hələ tam qapanmayıb. Diqqət edirik və görürük ki, hələ Mossadın və MKİ-nin aradan götürmək istədiyi fiqurların arasında doktor Pezeşkianın adı yoxdur. Əlbəttə, bütün bu "siyahı”lar adi feyk də ola bilər, amma görün, on gündə neçə böyük fiqur aradan götürülüb!..

Hələlik müharibə gedir. Amma daha çox təhlilçi düşünür ki, iki-üç həftədən çox çəkməz. Bizə də belə gəlir. Düzdür, vaxtında Tehranın Bağdadla müharibəsi səhv etmirəmsə, bir az çəkmişdi. Amma ki, indi İranın uzunmüddətli müharibə aparmaqçün resursları yoxdur: ölkə neçə ildir ağır sanksiyalar altındadır, sosial-iqtisadi vəziyyət çox ağırdır və bu imkanlarla uzun müddət müharibə aparmaq olmaz. 

ABŞ-ın da problemi maliyyə, hərbi-texniki xarakterli olmasa da, hər halda, ən azı uzun müddət müharibə imkanı yoxdur. Əlbəttə, inranlıların gizlənməkçün nə Vyetnamdakı kimi meşələri-cəngəllikləri, nə də ki, əfqanlar kimi dağı-dərəsi yoxdur. 

Onun problemi dözümlü rus xalqından fərqli, tələbkar amerikalı cəmiyyət və bir də canlı hərbi qüvvədir. Həm də müharibənin uzağı, artıq payızda Trampçün bilavasitə nəticələri olacağı deyilir. 

Elə İsrail də, əgər Qəzzanı saymasaq, daha çox sürətli müharibələrilə yadda qalıb. Odur, məsələnin tezliklə yekunlaşacağı və yaxud da ən azı aydınlaşacağı deyilir. Nə deyə bilərik?..

Hüseynbala Səlimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Mart 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri