“Hansısa şirkətlə aktual danışıqlar yoxdu” “Kəpəz”in sponsor düyünü açılmaq bilmir
Footbal-plus-dan verilən məlumata əsasən, Icma.az xəbər verir “Hansısa şirkətlə aktual danışıqlar yoxdu” “Kəpəz”in sponsor düyünü açılmaq bilmir.
“Kəpəz”in maliyyə problemini böyük ölçüdə həll etdiyini, gəncəli iş adamlarından birinin kluba hər ay ciddi məbləğdə vəsait ödədiyini yazmışdıq.
Son günlər mətbuatda yayılan bilgilərə inansaq, tərəflər arasında yaranan anlaşmazlıq münasibətlərin korlanmasına səbəb olub.
Hər halda, məsələnin detalları bəndənizə məlum deyil və bu haqda rəsmi açıqlama verilməyib. Bu üzdən üzümüzü başqa yönə, dəqiq desək, Futbolun İnkişaf Fonduna (FİF) tutduq. Görəsən, qurum “Kəpəz”ə sponsor tapılmasıyla bağlı hansısa şirkət və sahibkarlar ilə danışıqlar aparırmı? Tezliklə xoş xəbər eşidə bilərikmi?
FİF-in icraçı direktoru Tural Piriyevin “Football-plus.az”ın cavabı:
“Hazırda gündəmdə olan məsələlər bizimlə bağlı deyil. Prosesdə iştirakçı deyilik və həmin şəxs və ya şəxslər ilə danışıqlar aparmırıq. Həmçinin, təəssüf ki, hazırda “Kəpəz”lə bağlı biz tərəfdən hansısa şirkətlə aktual danışıqlar yoxdu”.
KƏNAN BAHADIR
