Hantavirus alovlanması pandemiyaya çevriləcəkmi? AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Əczaçı Torrun Qovind (Thorrun Govind) Atlantik okeanındakı kruiz gəmisində baş verən hantavirus alovlanmasının yeni bir pandemiyaya çevrilməyəcəyini düşünür, lakin infeksiyanın özünün son dərəcə təhlükəli olduğunu vurğulayır.
Redaktor.az xəbər verir ki, o, "Metro" nəşrinə verdiyi müsahibədə yeni epidemiya ehtimalını qiymətləndirib.
Əczaçının sözlərinə görə, hantavirusun yayılma mexanizmi COVID-19 və ya qripdən tamamilə fərqlidir:
Yoluxma ən çox gəmiricilərin sidiyi ilə təmasdan sonra baş verir.
İnfeksiyanın insandan insana keçməsi son dərəcə nadir hallarda müşahidə olunur.
Ekspert izah edib ki, infeksiyanın ilk simptomları soyuqdəyməni xatırlada bilər: hərarət, halsızlıq, baş və əzələ ağrıları yaranır. Ağır hallarda xəstəlik ağciyərləri və ya böyrəkləri zədələyir, təngnəfəslik, daxili qanaxmalar və tənəffüs problemlərinə yol açır. Bununla yanaşı, virusun bəzi ştamları xüsusilə təhlükəli hesab olunur və ölümcül nəticələrə səbəb ola bilər.
Bundan əvvəl Argentinadan Kabo-Verdeyə doğru hərəkət edən kruiz gəmisində hantavirus alovlanmasının baş verdiyi bildirilmişdi. Yoluxanlarda sıx təmas zamanı insandan insana keçə bilən ştamın olduğu ehtimal edilir.
İnsanlar arasında ötürülmə üçün adətən sıx və uzunmüddətli təmas tələb olunur.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 08 May 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















