Icma.az
close
up
RU
Yeni qlobal gərginlik qarşıdurmaya çevriləcəkmi?

Yeni qlobal gərginlik qarşıdurmaya çevriləcəkmi?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aparıcı güc mərkəzlərinin hərəkət trayektoriyası necə müəyyənləşə bilər...

2025-ci ilin dördüncü ayını yaşamağımıza baxmayaraq, dünyanın iqtisadi-siyasi mənzərəsində olduqca mühüm yeniliklərin şahidi oluruq. Xüsusilə, ABŞ prezidenti Donald Trampın apardığı iqtisadi “reformalar” qlobal müstəvidə şok effekti yaradıb. Ağ Ev sahibinin “dost” və ya “düşmən” demədən bütün dövlətlərə qarşı tarif rüsumunun tətbiqi ilə bağlı qərarı dünyanın aparıcı üç güc mərkəzindəki “dəngələri” yerindən oynadıb. ABŞ-ın daxilindən belə bu rüsum siyasətinə qarşı səslər eşidilməyə başlayır. Aİ isə ABŞ-ın fonunda əsas ticarət partnyorundan belə bir zərbə aldığına hələ də inana bilmir. Nəhayət, Çin baş verənlərə daha çox hazırlıqlı görünsə də, nəticədə onlar da uğrayacaqları zərərin həcmindən xəbərdardırlar - nəzərə alsaq ki, Çin ilə ABŞ arasındakı ötənilki ticari dövriyyə təxminən 689 milyard dollara yaxın olub və bunun da mühüm bir hissəsi - 525 milyardı ABŞ-ın idxal etdiyi məhsullara söykənir, Pekinin düşdüyü durumla bağlı fikirləşməyinə dəyər.

Baş verən “iqtisadi silkələnmələr” siyasi nöqteyi-nəzərdən də təsirsiz ötüşmür. Onsuz da Tramp dövründə heç də müsbət tonda qiymətləndirilməyən ABŞ-Aİ münasibətlərindəki soyuqluq get-gedə dərinləşir. Dünənə qədər ABŞ-ın NATO-nun maliyyələşməsi ilə bağlı “narazılığını” eşidirdiksə, artıq Aİ özünün fərdi müdafiə sisteminin qurulmasından bəhs açır. Eləcə də, baş verənlər Aİ-Çin-Rusiya üçbucağı kimi “xəyali əməkdaşlıq” mərkəzi yarada bilər. Dünyanın ən aktual deyimlərindən olan “düşmənimin düşməni dostumdur” prinsipi burada da özünü göstərəcəkmi?

Brüssel narazıdır: Aİ gələcəyini ABŞ-dan kənarda görür?

Bu mənada ilk növbədə Aİ ilə ABŞ arasındakı mövcud gərginliklərin əsas səbəblərinə diqqət yetirmək gərəkir. Bəhs açılan ticarət və iqtisadi mübahisələrin kökü məlumdur - Aİ Trampın “tarif siyasəti” ucbatından 2 trilyon dollarlıq illik ticari münasibəti olan “tərəfdaşını” itirib. Bu da azmış kimi, avtomobil ixracına 25 faiz əlavə rüsum tələbi meydana çıxıb. Paralel olaraq Aİ də boş oturmur - ABŞ-ın texnologiya şirkətlərinə (Google, Apple, Facebook, Amazon) yüksək vergilər tətbiq edilməsinə başlanılıb. Nəhayət, iki “dost” arasında ən əhəmiyyətli ortaq nöqtə sayılan NATO-nun gələcəyi sual altına düşür. Düzdür, bəzi ekspertlər Aİ-nin NATO-dan kənarda təhlükəsizlik imm?niteti yaratmasına inanmır - Avropanın indiki məqamda, xüsusilə Rusiya - Ukrayna müharibəsi fonunda buna getməyəcəyini bildirirlər. Amma hər bir halda məsələ ilə bağlı ciddi müzakirələrin başlaması ondan xəbər verir ki, Aİ ABŞ-ın təhlükəsizlik qalxanından ayrılmaq istəyir. Səbəb isə sadədir - iqtisadi partnyorunu yarıyolda qoyan ABŞ-ın sabah təhlükəsizliklə bağlı hansı variantlara üstünlük verəcəyini müəyyənləşdirmək çətindir.

Hələlik isə iki güc mərkəzi arasındakı iqtisadi gərginliyin siyasi və ya hərbi qarşıdurmalara transfer olunacağına inam azdır. Aİ yeni qarşıdurmalar yaratmaq yox, mövcud situasiyadan çıxmaq üçün yol axtarır. ABŞ isə bunun qarşılığında təzyiq aparatını bir az da gücləndirir...

Vurğulayaq ki, iki dost kontingent arasında qlobal fikir ayrılıqlarından biri də enerji siyasəti və ya Rusiya enerjisi ilə bağlı artıq fərqli yanaşmalara malik olmalarıdır. ABŞ-ın Rusiyadan enerji asılılığını azaltmaq üçün Aİ-yə təzyiq göstərməsi, xüsusilə “Şimal Axını 2” layihəsinə qarşı çıxması “köhnə qitə”də açıq suallar yaradıb. Aİ ölkələrinin ABŞ-ın enerji strategiyasını qəbul etməməsi və bəzi üzv ölkələrin Rusiya qazından asılı qalmağa davam etməsi münasibətləri korlayan mühüm detallardan sayılır.

Eyni tezisi Çinə münasibətdə də görmək mümkündür. Çin siyasətində keçmiş müttəfiqlərin fərqli yanaşmaları ortadadır. ABŞ-ın Çinə qarşı sərt ticarət və texnoloji sanksiyalar tətbiq etməsi qarşılığında Aİ-nin Pekinlə davranışı daha ehtiyatlı və balanslı xarakter daşıyır. Bu isə ABŞ-ı indiki halda daha çox qıcıqlandırır. Çinə qarşı mübarizədə hətta Rusiya ilə belə kompramisə getməyə hazır olan ABŞ Aİ-nin bu “ilıq siyasəti”ni qəbul edə bilmir.

Nəhayət, texnologiya və kibertəhlükəsizlik sahəsindəki fikir ayrılıqları - Aİ ABŞ texnologiya şirkətlərinə qarşı sərt məxfilik qaydaları tətbiq edir və bunun qarşılığında isə Vaşinqton Aİ-nin Çin texnologiyalarına açıq qalmasından narahatlıq keçirir. Beləliklə, iqtisadi fikir ayrılıqları öz növbəsində siyasi müstəvidəki müttəfiqliyin rəngini daha da tündləşdirir...

Vaşinqton Pekinə qarşı: güc nisbəti dənizlərdə bəlli olacaq...

Digər iki güc mərkəzi arasındakı mövcud münasibətlərin get-gedə daha da “gərgin pozisyon” olması isə daha başadüşüləndir: Çin və ABŞ arasında. Burada da vurğulandığı kimi,  ticarət və iqtisadi müharibə əsas xarakter daşıyır.

ABŞ-ın Çinə qarşı yüksək tariflər tətbiq etməsi və texnoloji embarqolar qoymasına cavab olaraq Çin də analoji yolu seçdiyini bəyan etdi. ABŞ isə belə olacağı təqdirdə Çinə qarşı tarif rüsumunun 50 faiz nisbətində olacağını bildirib. Bu, əslində iqtisadi müharibənin açıq konturlarıdır. Çin də ABŞ-ın texnologiya şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edir. Son dövrlərdə daha qabarıq hiss edilən “TikTok” savaşı əslində çox şeydən xəbər verir - ABŞ Çin texnologiya şirkətlərini (Huawei, TikTok, ZTE) milli təhlükəsizlik riski kimi görür və sanksiyalar tətbiq edir. Qarşılıqlı “müharibənin” daha bir ştrixi isə son illərdə diqqəti cəlb edən “çip”lərlə bağlıdır. Çinin öz texnoloji suverenliyini gücləndirmək və ABŞ-ın çip sənayesindəki üstünlüyünü qırmaq cəhdlərinin şahidi oluruq. Süni intellekt, kvant kompüterlər və 5G texnologiyasında liderlik uğrunda rəqabət bu gərginliyin həddini daha da artırır.

Bu “qrupda” da hərbi-siyasi qarşıdurmaların cizgiləri açıq-aydın hiss edilməkdədir. Xüsusilə, iqtisadi münasibətlərin gərginləşməsi fonunda Tayvan məsələsinin yenidən “aktuallaşması” onu göstərir ki, artıq bu istiqamətli təzyiqlər də işə düşüb. Son günlərdə Tayvan yaxınlığında Çir ordusunun hərbi təlimlər keçməsi ABŞ-ın ətrafında formalaşan G7 birliyi tərəfindən etirazla qarşılandı. Sirr deyil ki, Tayvan ABŞ və Çin arasında hərbi qarşıdurma riski daşıyan ən kritik mövzulardan biridir və hər an “alışma” ehtimalını üzərində daşıyır. Son iqtisadi gərginliklər bu hərbi təması daha da yaxınlaşdırır. Təsadüfi deyil ki, artıq bir müddətdir Çin Cənubi Çin dənizində süni adalar yaradaraq hərbi mövqeyini gücləndirir. ABŞ-ın regiondakı müttəfiqlərini (Filippin, Yaponiya, Vyetnam) dəstəkləməsi və bu ərazilərdə patrul əməliyyatları keçirməsi isə Hind-Sakit Okean regionunda təsir dairəsini genişləndirmək istəyindən doğur. İndiki zamanda isə Qərb anlayır ki, Çin-ABŞ qarşıdurması bütün dünya üçün müsbət heç bir detal vəd etmir - əksinə, yüksək modernizasiyaya malik və yeni hərbi texnologiyalar əldə edən Çin ən azından Rusiya ilə yaxınlaşarsa, onları hansı aqibətin gözləyə biləcəyini ehtmal edirlər. Düzdür, buna qarşı ABŞ Hindistan, Yaponiya və Avstraliya ilə hərbi əməkdaşlığı dərinləşdirir, amma adıçəkilən hər iki dövlətin hərbi resurslarına diqqət yetirsək, belə bir addım xoşagələn nəticələr vəd etmir.

Aİ-Çin yaxınlaşması: praktik cəhətdən ən real müttəfiqlik...

ABŞ-ın bu qeyri-standart addımları isə nəticə etibarı ilə Aİ ilə Çin arasındakı son dövrlərdəki yaxınlaşmaları daha da istiləşdirib. İki region arasında bir neçə istiqamətdə əməkdaşlıq formalaşıb:

- İqlim dəyişikliyi və yaşıl keçid sahəsində əməkdaşlıq;

- Texnologiya və rəqəmsal iqtisadiyyat sahəsində dialoq;

-Süni intellekt üzrə əməkdaşlıq;

- Sərhədlərarası məlumat axını;  

- Ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi.

Bu kimi detallar regionlararası münasibətlərə yeni rəng qatır. Konkret misallara gəldikdə isə son aylarda daha da güclənən İtaliya-Çin əməkdaşlığı, Almaniyanın Çinə investisiyaları, iki region arasında yüksək səviyyəli siyasi dialoqlar və sammitlər, Aİ-Çin sammitini göstərmək olar. Bu faktlar Aİ və Çin arasında son dövrlərdə müxtəlif sahələrdə əməkdaşlığın və dialoqun artdığını sübut edir. Eyni zamanda, müşahidə olunan hal qarşıdurma ehtimalı qarşılığında Aİ-nin birmənalı şəkildə keçmiş müttəfiqə dəstək verəcəyinə inamı azaldır. Çünki baş verənlər Aİ ilə Çin arasında bir sıra iqtisadi və diplomatik yaxınlaşmalara səbəb olub. ABŞ-ın Çin mallarına yüksək tariflər tətbiq etməsi nəticəsində Çin ixracat bazarlarını diversifikasiya etmək üçün Aİ-yə daha çox yönəlir. Aİ və Çin arasında yeni ticarət razılaşmalarının imzalanması və qarşılıqlı ticarət həcminin artması müşahidə edilir. Eyni zamanda, vurğulandığı kimi, investisiya axınlarının artması müşahidə olunur. ABŞ-ın Çin texnologiya şirkətlərinə qarşı məhdudiyyətləri səbəbindən Çin investorları Aİ bazarlarına daha çox sərmayə qoymağa başlayır. Aİ-nin “Qlobal Qapı” (Global Gateway) təşəbbüsü ilə Çinin “Bir kəmər, bir yol” layihəsi arasında sinerji imkanları artır. Bu faktı təsdiqləyən mühüm detallar mövcuddur - son dövrlərdə Azərbaycanda səfərdə olan bir sıra avropalı diplomat və ya dövlət başçısı Orta Dəhlizin diversifikasiyası arzusunu dilə gətirib və gələcək iqtisadi münasibətlərdə Azərbaycan üzərindən formalaşan Şərq-Qərb tranzitinin əhəmiyyətinə toxunub.

Ən maraqlı cəhətlərdən biri isə Aİ-nin ABŞ və Çin arasında iqtisadi balans yaratmağa çalışmasıdır ki, bu da “köhnə qitə”nin rəsmi Pekinlə əlaqələrinin daha da möhkəmlənməsinə yol açır. Düzdür, bütün baş verənlərə baxmayaraq, Aİ ABŞ-ın strateji tərəfdaşı qismində qalır, amma yaxın gələcəkdə yeni siyasi-iqtisadi, hətta  hərbi birliklərin formalaşması ehtimalını da gözardı etmək  olmaz. 

Rusiya ilə birgəlik: Çin hazır görünür, Aİ isə...

Məsələnin “Rusiya tərəfi” isə hələ də açıq qalmaqda davam edir.  ABŞ-ın son dövrlərdə Rusiya ilə yaxınlaşma cəhdləri müşahidə olunur ki, bu da məsələyə birmənalı münasibəti təkzib etmiş olur. Bəllidir ki, Çin və Rusiya ABŞ-ın sanksiyalarına və tarif siyasətinə qarşı yeni ticarət tərəfdaşları axtarır və bu mənada Aİ ən yaxşı tərəfdaş sayılır. Çünki Aİ ABŞ-ın təzyiqlərindən yan keçmək üçün iqtisadi münasibətlərini diversifikasiya etmək niyyətini gizlətmir. Aİ son dövrlərdə Rusiya enerjisindən uzaqlaşdırılsa da, Çinin Rusiya ilə enerji əlaqələri sürətlə artır. Uzunmüddətli perspektivdə Aİ-nin enerji balansı səbəbindən yenidən Rusiya ilə müəyyən əməkdaşlığa getmək ehtimalı belə var. Vurğulandığı kimi, burada əsas motivlərdən biri ABŞ-ın təzyiqlərinə qarşı geosiyasi balansı tarazlamaq üçün Aİ, Çin və Rusiyanın birgə addımlarının şahidi olmaq istisna edilmir. Lakin ortada mühüm məhdudiyyətlər də var:

- Aİ, Çin və Rusiya arasında dərin siyasi və ideoloji fərqlər var.

- Aİ ABŞ-la strateji münasibətlərini qorumaq istəyir.

- Avropa Birliyi Çin və Rusiyaya qarşı müəyyən sanksiyaları hələ də qüvvədə saxlayır.

Nəticə olaraq, qısa müddətdə tam bir Aİ-Çin-Rusiya blokunun formalaşması real görünməsə də, iqtisadi və ticarət sahələrində məhdud əməkdaşlıq mümkündür. Bu isə qlobal qarşıdurmanı daha da körükləyə bilər...

PƏRVİZ SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Aprel 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see179

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see139

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see132

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see130

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see127

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see127

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see125

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see121

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see121

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see110

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see110

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see110

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see108

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see106

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri