Icma.az
close
up
RU
Hantavirus infeksiyası: vacib XƏBƏRDARLIQ

Hantavirus infeksiyası: vacib XƏBƏRDARLIQ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Yaz aylarında ekspedisiya kruiz gəmisində qeydə alınan hantavirus infeksiyası nəticəsində üç nəfər həyatını itirsə də, hadisə dünya əhalisi üçün qlobal təhlükə yaratmayıb.

Lent.az xəbər verir ki, bu nəticə "JAMA Internal Medicine" jurnalında dərc olunan araşdırmada yer alıb.

Merilend Universiteti Tibb Məktəbinin epidemioloqu Daniel J. Morqanın rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, hadisənin əsas problemi virusun bioloji təhlükəsi deyil, cəmiyyətdə yaranan genişmiqyaslı panika və beynəlxalq qurumların koordinasiyasız fəaliyyəti olub.

Araşdırmaya görə, infeksiya bu il mayın 2-də Cənubi Amerikadan Kanar adalarına doğru hərəkət edən və göyərtəsində 23 ölkənin vətəndaşlarını daşıyan MV Hondius ekspedisiya gəmisində başlayıb. May ayının ortalarınadək 13 yoluxma halı və üç ölüm qeydə alınıb.

Yoluxmaya səbəb insanlar arasında ötürülə bilən yeganə hantavirus növü hesab olunan "Andes" ştammı olub. İlk yoluxan şəxs Çili və Argentinada ekspedisiya zamanı gəmiricilərdən virusa yoluxan Niderland vətəndaşı, ornitoloq olub. O, vəfat etməzdən əvvəl virusu həyat yoldaşına və bir neçə digər sərnişinə ötürə bilib.

Virusun inkubasiya dövrü 42 günə qədər davam etdiyindən bütün təmasda olan şəxslər ciddi nəzarətə götürülüb, onların bir hissəsi isə ABŞ-ın Nebraska ştatındakı xüsusi mərkəzdə təcrid olunub.

Alimlər bildirirlər ki, yoluxma zəncirləri vaxtında aşkarlanaraq erkən mərhələdə dayandırılıb. Onların sözlərinə görə, "Andes" ştammının insandan insana ötürülmə qabiliyyəti çox məhduddur və gəmidən kənarda geniş yayılma riski mövcud olmayıb.

Buna baxmayaraq, mediada yeni pandemiya ilə bağlı qorxu sürətlə yayılıb və bu da müxtəlif ölkələrdə fərqli qərarların qəbul edilməsinə səbəb olub. Məsələn, ABŞ ölkəyə gələn şəxslər üçün məcburi sərt karantin tətbiq etdiyi halda, Kanada ev şəraitində özünümüşahidə ilə kifayətlənib.

Tədqiqat müəllifləri vurğulayırlar ki, bu hadisənin uğurla lokallaşdırılması dünyanın yeni bioloji təhdidlərə tam hazır olması anlamına gəlmir. Onların fikrincə, sözügedən virusun kütləvi yayılma potensialı əvvəlcədən çox aşağı idi.

Epidemioloqları daha çox narahat edən məsələ isə COVID-19 pandemiyasından sonra rəsmi tibbə olan etimadın zəifləməsidir. Araşdırma müəllifləri hesab edirlər ki, dövlət qurumları və media yalnız elmi cəhətdən sübut olunmuş faktlara əsaslanan sakit və şəffaf kommunikasiya aparmalıdır. Bu yanaşma xüsusilə ona görə vacib sayılır ki, hazırda Konqo Demokratik Respublikasında həqiqətən təhlükəli və genişmiqyaslı Ebola epidemiyası davam edir. Məlumata görə, burada 500-dən çox yoluxma və 100-ə yaxın ölüm halı təsdiqlənib, Ümumdünya Səhiyyə Təşkilatı isə fövqəladə vəziyyət elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 İyul 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri