Icma.az
close
up
RU
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq Professordan XƏBƏRDARLIQ

Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq Professordan XƏBƏRDARLIQ

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Virus insan orqnizmində çox ağır vəziyyət yaradır

Total şəkildə bəşəriyyəti ağuşuna alsa bu infeksiya, əlbəttə, səhiyyə sistemi bu qədər ağır xəstələrin müalicə etməkdə aciz qalacaq

Hantavirusla bağlı qorxunc proqnozlar yayılır. Türkiyəli professor Oytun Erbaş bu virusun Covid-19-dan daha ağır nəticələrə səbəb ola biləcəyini, potensial qlobal pandemiyanın bəşəriyyət tarixinin gedişatını dəyişdirə biləcəyini iddia edir. 2018-ci ildən bəri hantavirusla bağlı tədqiqatların aparıldığını bildirən O. Erbaş, sprey əsaslı peyvəndlərin hazırlandığını bildirib:

"Bu, bütün dünyaya təsir edə biləcək ciddi bir virusdur".

O.Erbaş əlavə edib ki, Covidin ölümcüllüyünü hantavirusla müqayisə etmək belə mümkün deyil. Bütün fond bazarları dağılacaq. Hər kəs illərlə evindən çıxa bilməyəcək. Bir çox şey bitə bilər. Bir gündə rəqəmsal dünyaya keçə bilərik. 15 il ərzində 34 yoluxma halı və 11 ölüm halı var idi. Bu virus yayılır.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hantavirus canlı təbiətdə, heyvan mənşəli virusdur, yəni heyvanların orqanizmində təbii rezervuar kimi lövbər salmış virusdur, xüsusən də gəmiricilərdə bu tapılıb: 

- Gəmiricilərin də içində “maral siçanları” adlanan siçanlar var, boyunları uzun olduğuna görə belə adlandırılırlar. Şimali, cənubi Amerikada daha çox yayllıb. Onların orqanizmdə bu virus var. Ümumiyyətlə, canlı təbiətdə bu cür yoluxmalar olub, təsərrüfatlarda, fermerlər qarşılaşıb bu cür yoluxmalarla. Siçanlar mövcud olan yerlərdə onların dişləməsi, ağız suyundan insanlara keçə bilir və ağır xəstəliklər törədib. Virusun bir neçə ştampı var ki, həqiqətən də çox ağır vəziyyət yaradır. Ölüm halları 70 faizədək yüksəlir. Burada kardio-pulmonal şok - ürək ağ ciyər ağırlaşması, hemorragik qızdırma, böyrək çatışmazlığı ilə gedən total, ölümcül ağırlaşmalar əmələ gəlir. Hazırda virusun kruiz gəmisindən yayıldığı ehtimal edilən ştampı - Andes ştampının insandan insana keçməsi müəyyən edilib. Düzdür, bu, çox yaxın kontaktla keçir. Amma çox ciddi narahatlıqdır. Həkimlərin, ÜST-ün həyəcan təbili bununla bağlıdır. 

A.Qeybulla bildirdi ki, virusun insandan insana transfer etməsi o deməkdir ki, insan orqanizmində yaşayıb mutasiya edərək, yeni varianta keçə bilər: 

- Virusun genomonunda ribonuklein turşusu olduğuna görə, əlbəttə, mutasiya imkanı var və virus nə vaxtsa insandan insana hava-damcı yoluyla keçərsə, bəli, bu, qlobal pandemiyaya qədər gətirib çıxara bilər. Bu gün belə bir risk yoxdur, amma bunun qlobal pandemiyası bəşəriyyət üçün böyük təhlükə olar, çünki virus insan orqnizmində çox ağır vəziyyət yaradır. Total şəkildə bəşəriyyəti ağuşuna alsa bu infeksiya, əlbəttə, səhiyyə sistemi bu qədər ağır xəstələrin müalicə etməkdə aciz qalacaq. Və böyük sayda ölüm halları ola bilər. Virus həqiqətən də canlı təbiətdə var və dəhşətlisi budur ki, insan orqanzminə keçməsi artan insan sayına bağlıdır. İnsanlar heyvanları sıradan çıxarır, bitkiləri sıradan çıxarır, təbiətə ən kobud şəkildə müdaxilələr edilir, nəticədə viruslar insan orqanizminə transfer etməyə başlayır. Hesab edirəm ki, həkimlərin, ÜST-ün narahatlığı əbəs deyil. Və bu narahatlıq daha çox gələcəyə, proqnoza hesablanıb, nəinki indiki duruma. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 May 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri