Icma.az
close
up
RU
Hantavirus yayılan sərnişin gəmisi ilə bağlı bir çox məqam hələ də aydın deyil

Hantavirus yayılan sərnişin gəmisi ilə bağlı bir çox məqam hələ də aydın deyil

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hantavirusun yayıldığı sərnişin gəmisinin Tenerifeyə yaxınlaşması fonunda müxtəlif ölkələr 140-dan çox sərnişin və ekipaj üzvünün qəbuluna hazırlaşır.

Bizimyol.info xəbər verir ki, gəminin bazar günü səhər saatlarında adaya çatacağı gözlənilir.

İndiyədək azı üç nəfərin öldüyü, bir neçə şəxsin isə yoluxduğu bildirilir. Mütəxəssislərin məlumatına görə, hantavirus adətən gəmiricilərin ifrazatlarının toz hissəciklərinin nəfəs yolu ilə orqanizmə daxil olması nəticəsində yayılır və insanlar arasında yoluxma riski aşağıdır. Lakin bəzi alimlər gəmidə qeydə alınan "Andes" virusunun nadir hallarda insandan insana keçə biləcəyini istisna etmirlər.

Argentina rəsmiləri ehtimal edirlər ki, virus ilkin olaraq səfərində olan hollandiyalı bir cütlükdə yaranıb. Onlar aprelin 1-də Argentinadən yola çıxaraq gəmidə səyahətə qoşulublar. Lakin yoluxmanın dəqiq mənbəyi hələ təsdiqlənməyib.

Argentina Səhiyyə Nazirliyi araşdırmaları ölkənin cənubundakı Uşuiya şəhəri ətrafında cəmləyib və yaxın günlərdə bölgəyə mütəxəssislər göndərməyi planlaşdırır.

İspaniya hakimiyyəti sərnişinlərin Tenerifedə qəbuluna hazırlıq görür. Bildirilib ki, insanlar yalnız repatriasiya uçuşları hazır olduqdan sonra kiçik qayıqlarla sahilə çıxarılacaq və avtobuslarla hava limanına aparılacaqlar.

ABŞ və Böyük Britaniya öz vətəndaşlarını təxliyə etmək üçün təyyarələr göndərəcək. ABŞ vətəndaşlarının daha sonra Nebraska ştatında yerləşən xüsusi karantin və biotəhlükəsizlik mərkəzinə aparılacağı bildirilir.

Digər ölkələr isə hələlik öz planlarını açıqlamayıb və sərnişinlərin nə qədər müddət gözləməli olacağı məlum deyil.

Gəmi operatoru "Oceanwide Expeditions" və Niderland rəsmilərinin məlumatına görə, aprelin 24-də 12-dən çox ölkədən olan 20-dən artıq sərnişin Cənubi Atlantikdə yerləşən Saint Helena adasında gəmini tərk edib.

Onların arasında həyat yoldaşının cəsədi ilə birlikdə düşən hollandiyalı qadın da olub. Sonradan həmin qadının özü də vəfat edib. İlk ölüm hadisəsindən sonra yalnız mayın 2-də gəmidə hantavirus təsdiqlənib.

Bu gecikmə səbəbindən bir çox ölkə həmin sərnişinlərin harada olduğunu müəyyən etməyə çalışır.

Gəmini tərk edən sərnişinlərin bir hissəsi müxtəlif ölkələrə səfər edib. Məsələn, vəfat edən hollandiyalı qadın əvvəlcə Johannesburga uçub, daha sonra Amsterdama getməyə hazırlaşan reysdən səhhəti pisləşdiyi üçün çıxarılıb və daha sonra həyatını itirib.

Niderland rəsmiləri onunla təmasda olmuş şəxsləri izləyir. Təmasda olan bir ekipaj üzvü simptomlar göstərsə də, test nəticəsi mənfi olub.

Bəzi ölkələr öz vətəndaşlarının vəziyyətini müəyyən etsə də, onların sonrakı təmasları barədə tam məlumat yoxdur. ABŞ-da isə evlərinə qayıtmış az sayda sərnişin müşahidə altındadır və onlarda hələlik simptom aşkarlanmayıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri