Icma.az
close
up
RU
Haqq ədalətin zəfəri: yeni inkişaf və sabitlik dövrünün başlanğıcı!

Haqq ədalətin zəfəri: yeni inkişaf və sabitlik dövrünün başlanğıcı!

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avqustun 8-də Ağ Evdə, ABŞ-ın təşəbbüsü və vasitəçiliyi iləAzərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. Tərəflər bununla yalnız sülhə deyil, bütövlükdə regionun yeni inkişaf mərhələsinə qədəm qoymasına imza atdıqlarını göstərdilər.

Vaşinqton görüşündə iki xalq arasında qarşılıqlı anlaşma, birgə əməkdaşlıq, təhlükəsizlik və rifahın təmin olunması üçün möhkəm təməl atıldı: “Qalib tərəf olmağına rəğmən, daim sülh və əməkdaşlığın tərəfdarı olan Azərbaycan tərəflər arasında etimadın möhkəmləndirilməsi, siyasi-iqtisadi münasibətlərin qurulması, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası üçün əməkdaşlığa hər zaman hazır olduğunu bəyan edib.

Bu baxımdan, bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru atılmış mühüm addımdır.Birgə Bəyannamə mövcud postmüharibə dövründə Cənubi Qafqaz regionunun mürəkkəb geosiyasi reallıqları fonunda Sülh sazişinə aparan və konkret yol xəritəsini özündə ehtiva edən önəmli sənəddir.

Hadisələrin bu mərhələyə gəlib çatması heç də asan və təsadüfi olmayıb. Belə ki, illərlə davam edən münaqişədən sonra əldə edilmiş bu uğur, əlbəttə ki, Prezident İlham Əliyevin istər 44 günlük Vətən müharibəsi, istərsə də birgünlük antiterror tədbirləri zamanı döyüş meydanında Ali Baş Komandan kimi qazandığı parlaq Zəfərin məntiqi davamı olaraq, diplomatiya sahəsində göstərdiyi qətiyyətli və uzaqgörən siyasətin, sarsılmaz liderliyin yekun nəticəsidir.

Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) yaradılması kimi mühüm müddəalar da öz əksini tapıb. Xatırladaq ki, bu tələb də Sülh Sazişinin imzalanması üçün Ermənistan qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən biri idi. Belə ki, Prezident İlham Əliyev daim çıxışlarında da Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, yalnız bunun zaman məsələsi olduğunu vurğulayıb.

Zəngəzur dəhlizi (TRIPP) türk dövlətləri arasında mövcud münasibətləri də dərinləşdirərək, Azərbaycanı Türkiyə və digər türk dövlətləri ilə daha da sıx birləşdirəcək.

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri yalnız regionda davamlı sülh və sabitliyin bərqərar olması baxımından deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı üçün böyük tarixi əhəmiyyət daşıyır.

Ölkəmiz üçün digər önəmli strateji qərarlardan biri də 1992-ci ildən bəri ABŞ tərəfindən haqsız şəkildə tətbiq edilən, keçmişin mənfi mirası 907-ci düzəlişin ləğvidir ki, bu da olduqca önəmli tarixi hadisədir. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi.

Beləliklə, yüksək liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyevin çoxşaxəli siyasi-diplomatik uğurları nəticəsində bu gün nəinki sülh prosesində, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərində yeni və parlaq səhifə açıldı.

Atılan bu addımlar, imzalanan sənədlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında tarixi sülh müqaviləsinin imzalanmasına və Cənubi Qafqazın gələcək siyasi-iqtisadi strukturunun formalaşmasına töhfə verəcək.

Bu, yalnız münaqişənin sonu deyil, həm də haqq-ədalətin zəfəri – yeni əməkdaşlıq, inkişaf və sabitlik dövrünün başlanğıcıdır.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri