Icma.az
close
up
RU
Ədalətin təntənəsi və: canilərə haqq etdikləri cəza

Ədalətin təntənəsi və: canilərə haqq etdikləri cəza

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Deputat: “Davamlı sülh yalnız həqiqətin tanınması və cinayətin cəzasız qalmaması ilə mümkündür”

“Fevralın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları üzərində yekunlaşan məhkəmə prosesi və çıxarılan qərar təkcə ayrı-ayrı cinayətkarların cəzalandırılması deyil,  bu hadisə tarix, hüquq və beynəlxalq ədalət baxımından əsl dönüş nöqtəsidir. Uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlər - soyqırımı, müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlər, habelə terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi kimi əməllər beynəlxalq səviyyədə ya görməzdən gəlinib, ya da siyasi ikili standartların qurbanına çevrilib. Bu gün isə Azərbaycan dövləti göstərdi ki, ədalət gecikə bilər, amma itə bilməz”.

Bu sözləri AYNA.AZ-a Milli Məclisin deputatı Azay Quliyev deyib. Bildirib ki, bu məhkəmə prosesi revanşizm deyil, qisas deyil: “Bu, hüququn aliliyinin bərpasıdır. Bu, beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının və Nürnberq prinsiplərinin milli hüquq müstəvisində tətbiqinin real nümunəsidir. Bu, hökm “Xocalıya ədalət” deyə onilliklərdir dünyaya səslənən bir millətin səsinin nəhayət eşidildiyi an və Xocalı soyqırımına görə insanlığın alnındakı qara ləkənin silindiyi tarixi məqamdır”.

“Xüsusilə qeyd etmək istəyirəm ki, hökm oxunan şəxslər yalnız fərdi cinayətlərə görə deyil, təşkilatlanmış, planlı və sistemli hərbi təcavüzün və beynəlxalq cinayətlərin icraçıları və ideoloqları kimi məsuliyyətə cəlb olunublar. Onların törətdiyi əməllər bir xalqın tarixinə, mövcudluğuna və ləyaqətinə qarşı yönəlmişdi”, - deyə millət vəkili qeyd edib.

A.Quliyev bildirib ki, ən önəmli məqam isə budur ki, bu məhkəmə prosesində nə etnik mənsubiyyətə, nə də siyasi baxışlara görə hökm çıxarıldı: “Hökm əməllərə, faktlara və sübutlara əsaslandı. Bu qərar eyni zamanda, beynəlxalq ictimaiyyətə açıq mesajdır: müharibə cinayətləri zaman tanımır, siyasi himayə cinayət məsuliyyətindən azad etmir və qurbanların haqqı sonsuzluğa qədər tapdana bilməz”.

“Sonda onu da vurğulamaq  istəyirəm ki, Ermənistan vətəndaşlarının törətdikləri cinayət əməllərinə görə cavab vermələri  nə nifrət yaradır, nə də yeni qarşıdurma. Əksinə, ədalət üzərində qurulan sülhün mümkün olduğunu göstərir. Davamlı sülh yalnız həqiqətin tanınması və cinayətin cəzasız qalmaması ilə mümkündür”, - deyə deputat yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 Fevral 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri