Icma.az
close
up
RU
Haqq səsinə səs verənlərin Zirvə görüşü Laçından verilən mesaj

Haqq səsinə səs verənlərin Zirvə görüşü Laçından verilən mesaj

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün dövlətimiz, xalqımız üçün şərəf və ləyaqət günü hesab edilən 28 May-Respublika Günündə Laçında Türkiyə və Pakistan liderlərinin iştirakı ilə hava limanının açılışı çox böyük siyasi məna kəsb edir. Müstəqilliyinin 107-ci ilini qeyd edən Azərbaycanın ilk Cümhuriyyət dövrünə ən böyük qiyməti elə Ulu öndər Heydər Əliyev verib. Ulu öndər XX əsrin sonunda yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasını 1918-ci ildəki Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi  elan edib. Varis olaraq biz bu gün AXC-nin yaradıcılarının, eyni zamanda Ulu öndər Heydər Əliyevin başa çatdıra bilmədiyi arzu və niyyətlərini həyata keçirməkdəyik”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, 23 ay yaşamış AXC-nin süqutunda ermənilərin müstəsna rolu olub. “Belə ki, AXC ordusunun böyük bir hissəsi ermənilərin Qarabağdakı üsyanını yatırmağa yönəldiyi bir zamanda XI bolşevik ordusu Azərbaycanı işğal etdi. Bununla da  AXC qurucularının niyyətləri yarımçıq qaldı. 

70 ildən sonra özünün müstəqilliyini yenidən bərpa edən Azərbaycanın müstəqilliyinə, suverenliyinə yenə də ciddi təhdidi ermənilərin Qarabağı işğalı yaratdı. Ulu öndər Heydər Əliyev bu problemin həlli ilə məşğul olsa da, ömür ona vəfa etmədi və dünyadan Qarabağ nisgili ilə köçdü. Bununla belə o, Qarabağ probleminin həll olunacağına inanırdı. Bildirirdi ki, siyasi varis elan etdiyi İlham Əliyev nəinki onun, hətta AXC qurucularının yarımçıq qalan arzularını reallığa çevirəcək və problemləri həll edəcək. Belə də oldu”, - o qeyd edib.

Deputat əlavə edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 2020-ci ildə 44 günlük müharibə nəticəsində erməni işğalına son verib ölkənin ərazi bütövlüyünü təmin etdi: “Buna baxmayaraq, bu problemin kökü hesab edilən Qarabağ məsələsi həll olunmadığından təhlükə qalmaqda idi. Lakin 2023-cü ilin sentyabrındakı bir günlük antiterror əməliyyatı ilə Azərbaycan dövlətçiliyinə ciddi təhdid yaradan yüz illik Qarabağ problemi birdəfəlik həll olunaraq tarixin zibilliyinə atıldı. Azərbaycanın suverenliyi tam şəkildə təmin olundu.

Hər zaman olduğu kimi Azərbaycanın  bu məsələlərdə haqq səsinə səs verən yenə də qardaş Türkiyə və Pakistan dövləti oldu. Onların siyasi və mənəvi dəstəyi ilə Azərbaycan tarixi bir qələbəyə imza atdı. Bu qardaş ölkələr Vətən müharibəsindən sonra da işğaldan azad olunmuş ərazilərin yenidən bərpa-quruculuq işlərində Azərbaycanın yanında oldular. Bununla da Ermənistana havadarlıq edən tomsonların, consonların, makronların və onların babalarının arzularını ürəklərində qoydu. Bundan sonra da onların Azərbaycana qarşı pis niyyətləri   ürəklərində qalacaq.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak etməklə dünyaya, Avropaya bir daha mesaj verirlər ki, biz birik, həmrəyik. Azərbaycanın haqq səsinə səs verməkdə davam edirik və edəcəyik də... Bunda kimsənin şübhəsi olmasın. Azərbaycan qüdrətli dövlətdir və tək deyil. Dostluğumuz, qardaşlığımız əbədidir və sarsılmazdır. Kimsə bu qardaşlığa, dostluğa kölgə sala bilməz. Bu, həm də o deməkdir ki, qarşıda birgə hələ görəcəyimiz çox işlər var. 

Son olaraq onu qeyd edə bilərəm ki, Laçında  Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bir araya gəlməsi, Azərbaycanın haqq səsinə səs verənlərin Zirvə görüşüdür. Bu Zirvə görüşünün çox uğurlu nəticələri olacaq. Bundan ilk növbədə dərs çıxaran ölkə varsa, o da Ermənistan olmalıdır. Bu Zirvə görüşü ümumiyyətlə dünyaya ciddi mesajdır”.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see201

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see175

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see172

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see145

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see133

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see131

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see129

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see129

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see126

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri