Icma.az
close
up
RU
Laçından dünyaya qlobal mesaj

Laçından dünyaya qlobal mesaj

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert

Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş Laçın şəhərində, Azərbaycanın Müstəqillik Günündə etdiyi çıxış təkcə dost və qardaş ölkələrə ünvanlanmış səmimi təşəkkür ifadəsi deyil, həm də geosiyasi mesajlarla zəngin, çoxvektorlu bir strateji bəyanatdır. Azərbaycanın, Türkiyənin və Pakistanın ölkə rəhbərlərinin və yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin iştirakı ilə baş tutan bu Zirvə Görüşü təkcə üçtərəfli münasibətlərin növbəti mərhələsi deyil, həm də regional və qlobal güc balansına təsir edə biləcək yeni bir güc mərkəzinin formalaşmaqda olduğunun göstəricisidir. Zirvə Görüşünün məhz Laçında - uzun illər işğal altında qalmış və bu gün Azərbaycan dövlətçiliyinin dirçəliş simvoluna çevrilmiş bir bölgədə keçirilməsi dərin məna daşıyır. Prezident Əliyevin bu məkanı seçməsi, həm qələbə diplomatiyasının bir parçası, həm də beynəlxalq ictimaiyyətə verilmiş güclü bir mesajdır: Azərbaycanın ərazi bütövlüyü təmin olunub və bu bölgələr artıq regional əməkdaşlıq platformalarının mərkəzinə çevrilməkdədir.

Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçtərəfli əməkdaşlıq formatı artıq rəsmi bəyanatlardan praktik layihələr mərhələsinə keçməkdədir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı siyasi həmrəylik, hərbi əməkdaşlıq və iqtisadi layihələr bu birliyin sadəcə kağız üzərində qalmadığını sübut edir. Bu üçlüyün birgə fəaliyyəti təkcə regional sabitlik üçün deyil, həm də geosiyasi alternativlər axtaran digər müsəlman və inkişaf etməkdə olan ölkələr üçün nümunə model yaradır.

Enerji və nəqliyyat üzərindən güc projeksiyası

Prezident İlham Əliyevin çıxışında enerji təhlükəsizliyi və nəqliyyat xətlərinə dair söylədikləri xüsusilə diqqət çəkdi. Azərbaycanın enerji resurslarının Avropaya daşınmasında əsas rol oynaması və Zəngəzur dəhlizi, Orta Dəhliz kimi layihələrin perspektivləri Türkiyə və Pakistanla daha sıx əlaqələri zəruri edir. Bu baxımdan, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars kimi layihələrin genişləndirilməsi, Pakistanın multimodal daşımacılıq sisteminə qoşulması ilə birlikdə Asiya Avropa əlaqələrinin yeni bir strateji xəttini formalaşdırır. Prezident İlham Əliyevin süni intellekt, kosmik texnologiyalar və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq çağırışı, bu üç ölkənin müasir texnoloji inkişaf mərhələsinə keçmək istədiyini göstərir. Bu, təkcə iqtisadi potensial deyil, həm də strateji suverenliyin qorunması və kibertəhlükəsizliyin təminatı baxımından önəmlidir. Bu çağırış həm də Azərbaycanın artıq yalnız təbii sərvətləri ilə yox, intellektual resursları ilə də regional liderliyə iddialı olduğunu göstərir.

Yeni geosiyasi arxitektura

Prezident İlham Əliyevin çıxışında qeyd olunan BMT, İƏT, D-8 və digər platformalar çərçivəsindəki həmrəylik mesajı, bu üç ölkənin beynəlxalq arenada daha koordinasiyalı fəaliyyətə keçmək niyyətini əks etdirir. Bu, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq səviyyədə tanıdılması və müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi artıq yalnız mədəni və tarixi bağlarla deyil, real layihələrlə, strateji baxışlarla və texnoloji gündəmlə birləşir. Bu platforma qarşılıqlı maraqların təmininə və yeni regional güc balansının formalaşmasına xidmət edəcək güclü siyasi, iqtisadi və hərbi ittifaq kimi formalaşır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri