Icma.az
close
up
RU
Menu

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

Ukraynada sülhə mane olanların adları açıqlandı

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşdü KONKRET

Haqqədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir

Haqqədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təsadüfi deyil ki, Azərbaycan bu gün qlobalmiqyaslı məsələlərin həllində fəal rol oynayır. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, sivilizasiyalararası dialoqların həyata keçirilməsi üçün mühüm təşəbbüslər irəli sürür, dünyanı narahat edən problemlərdən birgə çıxış yollarının aranması üçün uğurlu platformalar təqdim edir.

Prezident İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad edildiyini, 2023-cü il sentyabr ayında ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa olunduğunu, Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb: «İndi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik».

Bəli, bu gün dünyada güc amilinin dünyada hakim olduğunu nəzərə alan Prezident İlham Əliyev ölkəmizin daha da gücləndirilməsi üçün daim çalışır. Azərbaycanın hərbi potensialının artırılması da dövlətimizin prioritet istiqamətlərindəndir. Müharibədən sonra yeni silahlı birləşmələrin yaradılması və yeni texnikaların alınması bu məqsədlərə xidmət edir. Azərbaycanın hərbi gücünü artırması müdafiə və təhdidlərdən qorunmaq məqsədi daşıyır. Çünki Azərbaycan sabit, təhlükəsiz diyardır və hər zaman sülhün tərəfdarıdır. Bunu artıq bütün dünya görür və bilir. Bütün dünya, aparıcı ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Azərbaycanın təqdim etdiyi gündəlik artıq beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Bir sözlə, postmünaqişə dövründə gündəliyi Azərbaycan müəyyənləşdirir.

İndi qarşıda mühüm məsələ - sülh sazişinin bağlanması, Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Sərhədlərin müəyyənləşdirilməsi avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ Azərbaycanın ərazisidir və bütün dünya bunu belə qəbul edir. Və Ermənistan anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Azərbaycan 44 gün ərzində həm ərazi bütövlüyünü, həm ədaləti, həm də xalqımızın milli ləyaqətini bərpa etdi. İşğaldan azad olunmuş ərazilərdə bu gün bərpa-quruculuq işləri sürətlə davam edir. Birinci pilot layihə isə məhz Zəngilanın Ağalı kəndində icra edildi. Üç il yarım bundan əvvəl inşaat işlərinin başlandığı Ağalıda indi 200 evdən ibarət “Ağıllı kənd” salınıb. Kənddə yaşayış üçün lazım olan bütün infrastruktur yaradılıb. Azərbaycan xalqının bundan sonra müzəffər xalq kimi yaşayacağını bildirən Prezident İlham Əliyev Ağalı kəndindən olan sakinlərlə görüşdə gənclərin öz dədə-baba yurduna qayıtmağa çox həvəsli olduqlarını vurğuladı. Dedi ki, 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımız dövlətimizin gücü və qüdrəti sayəsində minalardan təmizlənir, kəndlər salınır, yollar çəkilir, bir sözə, insanların yaşayışı üçün əlverişli şərait yaradılır. Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında iştirak edərək təkcə regionda deyil, dünyada da sülh və təhlükəsizliyin qorunub saxlanmasına öz töhfəsini verib. Və bu gün İkinci Qarabağ müharibəsinin Qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Ermənistanla aparılan sülh danışıqları prosesində ortaya qoyduğu dəyişməz, qətiyyətli mövqeyi bir daha göstərir ki, məğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanılan sazişə imza atılacaq. Çünki Azərbaycan Qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirib vaxt udmaq istəsə də buna nail ola bilmir. Səbəb isə bölgədə marağı olan güclər Cənudi Qafqazda sülhün və təhlükəsizliyin tez bir zamanda təmin olunmasında israrlıdırlar. Və bu gün dünya birliyi də Azərbaycanın haqlı tələbini aydın şəkildə dəstəkləyir. Tərəflər arasında aparılan sülh danışıqları isə həm Rusiyada, həm də Avropada reallaşır.

Bəli, bu gün Azərbaycanın mövqeyi dəyişməzdir. Azərbaycan Prezidenti İlham Əliyev bütün görüşlərində, müsahibələrində dönə-dönə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayır. Qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Və Azərbaycan Prezidenti İlham Əliyevin bu mesajı Ermənistana 2 yol göstərir: Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "Dəmir yumruq" yenidən işə düşməlidir. Təbii ki, 44 günə diz çökən Ermənistan bir daha ağır zərbə almaq istəməz. Bu, Ermənistanın hərtərəfli çöküşü, məhvi ilə nəticələnməsi deməkdir. Və bu gün Ermənistan anlamalıdır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi - siyasi müstəvidə çox şey itirib - bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistana daha böyük zərbə vura bilər. Onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırmaqla özünü dalana dirəyib - artıq reallıqdan qaçmaq mümkün deyil. Və qələbəmizdən ötən dörd ilin hər ili, hər ayı, hər günü uğurlu, tarixi hadisələr kimi yadda qalır. Və bu gün xalqımız Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 21 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün uğurların şahidləriyik. Belə ki, 2023-cü il, 15 oktyabr tarixində Ali Baş Komandanımız İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə oktyabrın 15-də tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdığı şərəfli, tarixi gün cənab Prezidentin 21 illik gərgin fəaliyyətinin zəfər zirvəsi, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsi olmaqla bir daha xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarında olmasının hesabatı idi. Xüsusilə də, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. 21 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Azərbaycan Prezidenti də tam müstəqil siyasəti ilə 21 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxışı zamanı bildirdi ki: "Burada özünü "xarici işlər naziri" adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!".

Bəli, erməni işğalçıları onu da unutmasınlar ki, bu nailiyyətlər Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır. Çünki Qalib Lider İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!

Bəli, həqiqət budur ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq: Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" yenidən işə düşməlidir.

Bir sözlə, Azərbaycan öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Bütün bunlar bir daha göstərdi ki, dünyanın güc mərkəzləri Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq əməkdaşlığa töhfələrini, təşəbbüslərini və liderliyini yüksək qiymətləndirirlər. Eyni zamanda bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanmasının və qəbul olunmasının sübutudur.

Beləliklə, bütün bunlar onu göstərir ki, regionda vəziyyətə diktə edən tərəf Azərbaycandır və ölkəmizin atdığı addımlar beynəlxalq hüquqa əsaslanır. Və Azərbaycan öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see193

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see166

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see141

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see141

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see132

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see129

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see129

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see127

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see124

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see122

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see122

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see120

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see120

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see119

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see117

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see115

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see113

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

15 Aprel 2025 18:43see113

Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşdü KONKRET

15 Aprel 2025 23:24see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri