Haqqımda sifarişli yazılar yazdıranları bilirəm Ramal özündən çıxdı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Ramal İsrafilov jurnalist Əfruzə Ağayevanın iddialarına cavab verib.
AZXEBER.COM xəbər verir ki, o, jurnalistin açıqlamalarını əsassız adlandırıb.
"Qonaqcanlı" verilişində məsələyə aydınlıq gətirən müğənni, yazıların sifarişli olduğunu iddia edib:
"Bir neçə gün öncə jurnalist xanım mənim pul aldığım halda məclisi idarə etmədiyimi, hətta gedib yatdığımı iddia etmişdi. Mən bunların sifarişlə, kimlər tərəfindən yazdırıldığını yaxşı bilirəm. Həmin adam özünü mənim dostum kimi aparsa da, mən artıq elə olmadığını bilirəm. Buradan da ona deyirəm ki, bunu sənin etdirdiyini bilirəm, amma heç vaxt sənin adını çəkməyəcəyəm. Qoy elə məclisdə üz-üzə gələndə sən biləsən bunu. Vəzifəsi və pulu olan iş xanımıdır. O heç müğənni də deyil, mənimlə nə işin var axı? Bu xəbərləri onun etdirdiyini elə onun öz yanındakı işçisi mənə deyib".
Xatırladaq ki, jurnalist Əfruzə Ağayeva "Gün ortası" verilişində müğənni Ramal İsrafilovun pul aldığı halda bahalı otellərdən birində təşkil olunan məclisi idarə etmədiyini, onu qardaşının əvəzlədiyini və müğənninin toyun keçirildiyi oteldə yatdığını açıqlamışdı.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















