Icma.az
close
up
RU
Stas Pokatilov: Qarabağ a qarşı oyun prinsipial oyundur

Stas Pokatilov: Qarabağ a qarşı oyun prinsipial oyundur

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sabah" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, "Sabah"ın qapıçısı Stas Pokatilov keçirdikləri son oyun və qarşıdakı oyunlar barədə matc.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Görüş sizin üçün necə alındı?
- Əsas odur ki, qalib gəldik. Ağır oyun oldu. Belə olacağını da yaxşı başa düşürdük. Çünki "Turan Tovuz" yaxşı komandadır, standart vəziyyətlərdə təhlükəlidir. Üstəlik, onların oyun intizamı var. Üstəlik, çox çətin meydança idi. Artıq neçə vaxtdır, Azərbaycandayam, mənə görə ən pis meydança idi. Hətta Sumqayıtdakı ot örtüyü də bundan yaxşı idi.

- Tovuz stadionu süni örtüklü meydança olanda da oynamısınız. Demək olar ki, əvvəlki süni örtüklü meydança təbii örtüklü meydançadan daha yaxşı idi?
- Bəli, məncə, bu cür təbii örtüklü meydançadansa, ən yaxşısı elə süni örtüklü meydançadır. Quba və Sumqayıtdakı meydançalar məncə daha yaxşıdır.

- Həftə ərzində "Turan Tovuz"un standart vəziyyətlərinə qarşı xüsusi məşqləriniz oldu?
- Bəli, bunu bilirdik. Yaxşı hazırlaşmışdıq. Ümumilikdə, biz standart vəziyyətlərə də hazırlaşırıq. Bu görüş üçün də hazırlaşdıq. "Turan Tovuz" da bizə baxır, analiz edir. Qalib gəldiyimiz üçün şadam.

- Meydançaya komandanı kapitan kimi çıxarmışdınız. Hansı hissləri keçirdiniz?
- Nə deyim?(gülür). Açığı kapitan sarğısı oldu, ya olmadı fərqi yoxdur, meydançaya çıxıramsa, ən yaxşısını etməyə çalışıram.

- Komanda indi liderdir. "Qarabağ"la təxirə salınmış oyun da olacaq. Ümumiyyətlə, çempionluq istəyi, arzunuz var? Realdır?
- "Qarabağ"... Nə demək olar? "Qarabağ"ı hamı tanıyır, necə komanda olduqlarını hamı bilir. Düzü, indi bu haqda danışmaq istəməzdim. Çünki istirahət vaxtımız olacaq. Orada isə hazırlaşacağıq.

- "Qarabağ"a qarşı matç sizin üçün xüsusi olacaq, yoxsa adi oyun kimi hazırlaşacaqsız, yanaşacaqsız?
- Gəlin açıq danışaq, Azərbaycanda bir komanda üçün "Qarabağ"a qarşı oyun prinsipial oyundur. Çünki bəli, mən də buna prinsipial görüş deyəcəm. Biz hazırlaşacağıq. "Sabah"ın "Qarabağ"la çempionluq mübarizəsindəki şanslarından danışsaq, indidən böyük nəsə demək istəmirəm. Biz oyundan-oyuna irəliləmək istəyirik. Bir oyun başa çatdısa, sonra qarşıdakını düşünürük. Hər halda, hər görüşə qələbə üçün çıxırıq. Çempionluq haqda danışmaq isə çox tezdir. Mövsümün sonunda baxacağıq turnir cədvəlinə.

- Əslində, yerli azarkeşlər və media üçün də maraqlıdır ki, "Qarabağ"ın qarşısında çempionluq mübarizəsi aparacaq rəqib olsun. Artıq sanki "Qarabağ"ın rəqibsiz çempion olmağı maraqsız gəlir...
- Nə deyim? Bizim öz düşündüklərimiz var. Dediyim kimi, biz oyundan-oyuna irəliləyirik, qalib gəlmək istəyirik.

- Bəs, rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
- Sizə dedim, rəhbərlik də o cür deyir oyundan-oyuna irəliləmək, hər oyunu udmaq, mövsümün sonunda isə necə olduğuna baxacağıq. Kim hansı pillədə olacaq, görəcəyik. Hər halda, biz çalışırıq, daim qələbə üçün can atırıq.

- Valdas Dambrauskasla işləmək prinsipi necədir? Onunla ilk dəfədir işləyirsiniz.
- O, daim qalib gəlmək istəyir. Üstəlik, onun üçün intizam birinci pillədədir.

- Öz mövqeyinizdə rəqabət hiss edirsiniz heç?
- Bizim yaxşı qapıçılarımız var, yaxşı rəqabətimiz var. Nicat Mehbalıyev, Rüstəm Samiqulin də yaxşı qapıçılardır, daha bir gənc qapıçımız da var, yeni gəlib. Rauf Eyyubovumuz da var. Qapıçı komandasında da, yaxşı rəqabətimiz, yaxşı atmosferimiz var. Hamımız əlimizdən gələni edirik ki, komanda üçün ən yaxşısını edək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Dekabr 2025 02:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see325

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see198

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see189

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see150

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see142

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see138

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see126

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see124

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri