Icma.az
close
up
RU
Haqqında şayiə yayan dostuna 14 bıçaq zərbəsi vurdu Batya nın CİNAYƏT İŞİ

Haqqında şayiə yayan dostuna 14 bıçaq zərbəsi vurdu Batya nın CİNAYƏT İŞİ

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il iyunun 7-də Bakıda bıçaqlanma hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət faktı Sabunçu rayonunun eyniadlı qəsəbəsində, Seyid Hüseyn küçəsi 3 ünvanındakı kafenin qarşısında baş verib.

Yardımlı rayon sakini 1994-cü il təvəllüdlü Bəhrəm İbayev könüllü 12-ci Polis Şöbəsinə gələrək, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
KİV-də yayılan məlumatlara əsasən, Bəhrəm İbayev kriminal dairələrdə “Batya” ləqəbi ilə tanınıb. Onun qardaşı Namiq İbayev bir neçə il əvvəl Sabunçu qəsəbəsində Nadir Səlifov və Rövşən Canıyevin tərəfdarları arasında baş vermiş kriminal hesablaşma zamanı saxlanılıb. Digər qardaşı Hamlet İbayev də başqa cinayət əməlinə görə məhkum olunub.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, aprel ayının əvvəllərində Bəhrəm İbayev tanışı 1990-cı il təvəllüdlü Natiq Hüseynovdan hansı səbəbə görə yanından keçən zaman, görüb salam verməməsini soruşub. Aralarında aranmış anlaşılmazlığa aydınlıq gətirərək, dava-dalaş olmadan, mehriban şəkildə ayrılıblar. Amma bir müddətdən sonra eşidib ki, Natiq Hüseynov ortaq tanışları arasında barəsində xoşagəlməz ifadələr işlədərək, guya onu aparıb təklikdə cəzalandırması, ondan üzr istəməsi kimi həqiqətə uyğun olmayan məlumatları yayıb. Bundan hiddətlənən Bəhrəm yayılmış söz-söhbətə son qoymaqdan ötrü qisas niyyəti ilə onu öldürmək qərarına gəlib.

Bəhrəm iyunun 7-i saat 15:30-da dostu Məhərrəm Sədrəliyevlə birlikdə çay içmək üçün Sabunçu qəsəbəsində yerləşən kafeyə gələndə, Natiqin də obyektin qarşısında, masada əyləşdiyini görüb. Qisas məqsədi ilə belində saxladığı bıçağı çıxarıb, tanışının bədənin müxtəlif nahiyələrinə ümumilikdə 14 dəfə zərbə vurub. Natiq Hüseynov qaçıb kafeyə daxil olduğundan, habelə yanında olan Məhərrəm Sədrəliyev onu tutub saxladığından, növbəti zərbələri vura bilməyib. Aldığı xəsarətlərdən onun öləcəyini düşünən Bəhrəm İbayev hadisə yerindən uzaqlaşıb. Natiq Hüseynova Sabunçu Tibb Mərkəzində vaxtında ixtisaslı tibbi yardım göstərilməklə, həyatı xilas olunub.

İş üzrə dindirilmiş Bəhrəm İbayev bildirib ki, 2023-cü ilin aprel ayında saat 15 radələrində istifadəsində olan telefona tanımadığı nömrədən Natiq Hüseynov zəng edib, görüşmək istədiyini söyləyib. O razılaşıb:

“Təxminən 1 saatdan sonra Natiq yenidən zəng vurub harda olduğumu soruşanda, 62 nömrəli avtobusun sonuncu dayanacağında olduğumu dedim. Tanışımı gözləyən zaman gördüm ki, “Niva” markalı avtomobil yanımda dayandı. Maşını idarə edən Natiq düşüb mənimlə görüşəndən sonra, avtomobilə oturmağımı dedi. Qabaq sərnişin oturacağında əyləşdim. Natiq avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə tərəf sürdü, yolun kənarında, zibil qutularının qarşısında saxladı. Ona bu nə hərəkətlərdir, maşınımın qarşısından keçib, mənə salam vermirsən dedim. Sonra avtomobildən düşərək, qapının saxlanc yerindən tapançanı çıxardıb, qarnıma tərəf tutdu. Tapançanı çıxartmaqla, düzgün hərəkət etmədiyini və ona qarşı heç bir səhvim olmadığını söylədim. Silahı kiminsə anasına, bacısına sataşanda çıxardarlar deyə ona irad bildirdim. 10 gündən sonra qayınanam vəfat etdiyi üçün Göyçay rayonuna getdim. Təxminən 2 aya yaxın rayonda qalandan sonra, may ayının axırlarında Bakıya qayıtdım.

Tanışlarımdan eşitdim ki, guya Natiq qəsəbə uşaqlarına, məni maşınla harasa aparıb cəzalandırdığını danışıb, barəmdə artıq-əskik ifadələr işlədib. Cavab olaraq dost-tanışıma Natiqin bunu özündən uydurduğunu və aramızda belə bir hadisənin olmadığını söylədim. Natiqin mənə qarşı tapança çıxartması, arxamca xoşagəlməz sözlər işlətməsi səbəbindən, onunla görüşdükdə özümü müdafiə etməkdən ötrü Sabunçu qəsəbəsində yerləşən bazardan bıçaq aldım. İyunun 7-də günorta dostum Məhərrəmlə görüşüb parkda yerləşən çayxanaya getdik. Dostum irəlidə gedirdi, mən avtomobildən çıxıb telefonla danışarkən Natiqin masada əyləşib çay içdiyini gördüm. Yaxınlaşıb salam verdim və nə üçün barəmdə yalan sözlər danışdığını soruşdum. Natiq sağ əlini belinə tərəf aparıb ayağa qalxdı və kobud şəkildə “yaxşı etdiyini” dedi. Dərhal şalvarımın kəmərinə keçirdiyim bıçağı çıxarıb, ona zərbələr vurmağa başladım. Xəsarət alan Natiq kafenin içərisinə qaçdı. Onun arxasınca getmədim, bıçağı cibimə qoyub ərazidən uzaqlaşdım. Hadisə zamanı dəqiq neçə zərbə və hansı nahiyələrinə vurmağımı xatırlamıram”.


Məhkəmə iclasında Bəhrəm İbayev ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Natiq Hüseynov qəsəbədə olan tanışlarına onu “sındırdığını” və qarşısında dizlərini yerə atdığını deyib:

“Heç vaxt Natiqə zəng edib, arxamca danışdığı sözlərə görə izah verməsini tələb etməmişəm. Planlı şəkildə Natiqi vurmaq istəsəydim, onunla çayxanada yox, gözdən uzaq bir yerdə bunu edərdim. Öldürmək niyyətim olsaydı, ona 14 yox, yalnız ürəyinə bir bıçaq zərbəsi vurardım. İlk dəfə görüşərkən Natiqin çıxartdığı silahın markasını, ümumiyyətlə tapançanın həqiqi və ya oyuncaq olmasını bilmirəm. Lakin Natiqin uzun müddət cəza çəkməsi, habelə Sabunçu qəsəbəsində hörmətinin olmasından düşünürəm ki, həmin silah həqiqi idi”.

Natiq Hüseynov
Zərərçəkmiş Natiq Hüseynov bildirib ki, heç vaxt üzərində nə odlu, nə də soyuq silah gəzdirib. 2013-cü il sentyabrın 14-də adam öldürdüyü üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum olunub:

“2022-ci ildə azadlığa çıxandan sonra heç yerdə işləməmişəm. Bəhrəm İbayevin qardaşı Hamlet İbayev mənimlə eyni həbsxanada cəza çəkib. 2023-cü ilin aprel ayında hansı səbəbə görə salam vermədiyini soruşanda, Bəhrəm salamlaşdığını, ola bilsin ki, mənim fikirli olduğumu və bunu görmədiyimi dedi. İbayevə izah etdim ki, kasıb, zəif insanları incitməsin, onlarla işi olmasın. Çünki qəsəbədə kafedə, eləcə də saç ustası işləyən şəxslər mənə tez-tez şikayət edirdilər. Bəhrəmin gəlib saçını kəsdirdiyini, yemək yediyini, lakin pulunu ödəmədiyini bildirirdilər. Bəhrəm iradlarıma etiraz etmədi, sakit tərzdə söhbət edəndən sonra ayrıldıq. Maşından düşən kimi Bəhrəm məni qucaqladı və öz dostlarına “Natiq mənim qardaşımdır, aramızda olan anlaşılmazlığı həll etdik” dedi. Bundan sonra, Bəhrəmdən şikayətlənən şəxslərə söylədim ki, o, bir daha belə hərəkətlərə yol verməyəcək.

İyunun 7-də kafedə çay içəndə Məhərrəm yaxınlaşaraq, mehriban şəkildə salamlaşıb və sonra səhv etmirəmsə, obyektin içərisinə keçdi. Qəflətən kimsə məni arxadan başımdan vurdu. Nə baş verdiyini anlamaq üçün ayağa qalxmaq istəyəndə, bədənimin müxtəlif nahiyələrinə bıçaqla zərbələr enirildi. Özümü qorumağa çalışırdım. Bir təhər çevrilib kafenin içərisinə tərəf qaçdım, bu zaman həmin şəxs kürəyimdən də zərbələr vurdu. Taqətim qalmadığından, arxası üstə divanın üzərinə yıxıldım. Səs-küyə mətbəxdən kafenin Ruslan adlı icarədari və qadınlar gəldi. Məni avtomobilə mindirib Sabunçu Tibb Mərkəzinə çatdırdılar. Bir neçə gündən sonra özümə gələndə öyrəndim ki, məni Bəhrəm İbayev yaralayıb”.


Zərərçəkmiş Bəhrəm İbayevi bağışladığını və ondan şikayəti olmadığını bildirib.
Məhkəmə nəticəyə gəlib ki, Bəhrəm İbayevin Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilib. Ona həmin maddələrin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Bəhrəm İbayev 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 May 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri