Mabel Matez haqqında növbəti cinayət işi KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Xəbər verdiyimiz kimi, Mabel Matizin “Perperişan” mahnısı ölkədə skandala səbəb olub.
KONKRET.az xəbər verir ki, “Perperişan” mahnısı bloklanan Mabel Matiz haqqında daha bir addım atılıb.
Belə ki, Xalq Alyansının üzvü BBP tərəfindən də cinayət işi açılıb.
Böyük Birlik Partiyasının (BBP) hüquq işlərinin məsul sədr müavini vəkil Samet Bağcı müğənni Mabel Matiz haqqında Ankara Respublika Prokurorluğuna cinayət işi qaldırdıqlarını açıqlayıb.
BBP üzvü Səməd Bağcı açıqlamasında bunları deyib:
“Böyük Birlik Partiyası olaraq sosial dəyərlərimizi və ailə quruluşumuzu hədəf alan ədəbsiz məzmunlar qarşısında səssiz qala bilmərik. Mabel Matiz adlı şəxsin bu yaxınlarda yayımladığı mahnıda yer alan açıq-aşkar əxlaqsız və nalayiq dil cəmiyyətimizin, xüsusən də uşaqlarımızın və gənclərimizin mənəviyyatını təhdid edir”.
Dəniz Pənahova
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Sentyabr 2025 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















