Icma.az
close
up
RU
Hara toxunursan uçur, kimə müraciət etsən susur Səbaildəki qəzalı binadan REPORTAJ,FOTOLAR

Hara toxunursan uçur, kimə müraciət etsən susur Səbaildəki qəzalı binadan REPORTAJ,FOTOLAR

Icma.az, Tribuna saytına istinadən bildirir.

Sovetdən qalma bu bina da, orada yaşayan sakinlər də Allah ümidinə günü-günə calayırlar.

Rütubət, çürümüş taxta döşəmələr, üfunət qoxusu, yararsız pilləkənlər burada insanların hansı çətinliklərlə yaşadığını göstərir. Bura Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən yaşayış binasıdır. Uzun illərdir ki, bərbad vəziyyətdədir. Mənzillərin girişləri dar və təhlükəli keçidlərə açılır. Divarların və tavanın bir çox hissəsində çatlar var. Ev əşyaları, su qabları və məişət tullantıları eyvanlarda saxlanılır. Sakinlərin sözlərinə görə bu binaların söküləcəyi ilə bağlı illərdir onlara vədlər verilsə də, hələ ki heç bir konkret addım atılmayıb.

Sakin Nazilə Səfərovanın sözlərinə görə o, 50 ildir ki, burada yaşayır. Ən böyük arzusu isə bina istismara verilənə qədər şəraiti əlverişli olan mənzildə yaşamaqdır.

“50 ildir ki, burada yaşayıram. Son illərdə isə burada keçən vaxtıma yaşamaq deməzdim. Siçovullar ən yaxın dostuma çevrilib, çünki qonşuların bir neçəsi artıq bu şəraitdə yaşamağa dözə bilməyib,  evlərini tərk ediblər. Rütubət qoxusundan isə dayanmaq mümkün deyil. Evdən çıxanda dua edirik ki, gələndə evi yerində görək. Qarşıdakı qonşunun pilləkəni yararsız vəziyyətə düşdüyü üçün məcbur qalıb özü əncam çəkib”.

Binanın halından ən çox əziyyət çəkən isə azyaşlılar və qocalardır. Pilləkənlərin və döşəmələrin çürük olması hərəkət etməyə maneə olur. Şikayətçi Türkan İbrahimova bildirib ki, onun azyaşlı övladı var, bina təhlükəli halda olduğu üçün onu nəzarətsiz qoya bilmir:

“Övladıma görə çox narahatam, qorxuram ki, gözümdən qaçar, ayağı ilişib yıxılar. Eyvanın bir hissəsində məhəccər belə yoxdur. Mənim uşağım buradan yıxılsa, onun məsuliyyətini kim daşıyacaq?! Dəfələrlə Fövqəladə Hallar Nazirliyinə zəng etmişəm. Hər dəfə deyiblər ki, baxılacaq. Söz var, lakin icraat yoxdur. Kirayə evə çıxmağa isə gücümüz çatmır. Əlacsız qalmışıq, uşağı bu vəziyyətdə böyüdürük. Bura ev demək olmaz, ancaq gecəqondu adı yaraşar”.

Sakinlərin sözlərinə görə hara toxunsalar başlarına uçur, təmir etmək belə faydasızdır. Qəzalı binada tək yaşayan Fatmaxanım Nəsirova yaşının çox olması və səhhətindəki problemlərlə bağlı daha ağır şərtlərlə üzləşdiyini deyir:

“Yaşlı adamam çölə çıxmaq ehtiyacı yaranır pilləkənlərdə isə o tərəf-bu tərəfə getməyə qorxuram. Məcbur qalıram ki, evə həkim çağırım. Amma həkim də gəlmək istəmir. Deyir ki, ora gələ bilmərəm, bina qəzalıdır, başıma uçar.

Bir dəfə də tibb bacısı çağırmışam. Yazıq qız pilləkənlərdən yıxılıb. Bəs mən nə edim? Bu binanın düz bir əsrdən çox yaşı var, bəlkə də 2 əsrdir. Şimal küləyi çox olur. Külək zamanı içimizi vahimə bürüyür ki, bina indi üstümüzə uçacaq. Bu, yaşamaq deyil, hər gün qorxu içindəyik. Heç olmazsa, müvəqqəti olaraq bizi başqa yerə köçürsünlər bir az rahat yaşayaq”.

Qəzalı binada yaşayan digər sakinlər də oxşar problemlərlə üzləşdiklərini deyiblər. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti üzrə qurumlara sorğu ünvanlanıb. Qurumlar isə “baxılacaq və nəzərə alınacaq” cavabını verib. Hazırda binanın taleyi ilə bağlı konkret addım atılmayıb.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri